Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1142/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayonu, 20-ci sahədə vətəndaş X7 qarşı dələduzluq edərək sonuncuya məxsus 110 manat məbləğində ərzağı mənimsəmişdir. Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, 20-ci sahə dairəsində idarə etdiyi “Ford transit” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayanan zaman bir nəfər uşağın “Araz” marketdən əlində bazarlıq torbalan ilə çıxmasını görərək onu yaşadığı evə aparmağı təklif etmiş və onlar 3 Azn qarşılığında razılığa gəlmişlər. Daha sonra həmin uşaq əraaq torpabalarını a/m-da qoyaraq marketdə qayıtmalı olduğunu deyib a/m-nı tərk etmiş, bu zaman Nicatın evdə vacib işi olduğundan o evinə getməli olmuş və geri qayıdarkən uşağı tapa bilməyərək hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:46 radələrində azyaşlı oğlu, X2 rayonu, 20-ci sahə, Salyan yolu-2 ünvanında yerləşən “Araz” marketdən bazarlıq edərək marketdən çıxarkən onun qarşısında saxlamış” Ford” markalı avtomobilin sürücüsü onu yaşadığı evinə aparmağı təklif etmiş, Vasif evinə getmək üçün həmin avtomobilə əyləşdikdə yenidən marketə qayıtmaq zərurəti yarandığından almış olduğu ərzaqları avtomobildə qoyaraq marketə geri qayıtmış, marketdən çıxdıqda isə “Ford” markalı avtomobilin yerində olmadığını və ona məxsus almış olduğu ərzaqlarla birlikdə çıxıb getməsini müəyyən etmişdir. Vasif baş vermiş hadisə ilə bağlı evinə gedərək ona məlumat verdikdə o dərhal bu barədə DİN-nin “102” XZM-ə zəng edərək məlumat vermişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından protokol və digər sənədlər geri qaytarılmalıdır. 30 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 oğlu X6 etibarından sui-istifadə etməklə aldadaraq dələduzluq etmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın təhqiqat orqanın rəhbərliyinə təqdim olunması qərara alınmışdır. Belə ki, 15 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayonu, 20-ci sahədə vətəndaş X7 qarşı dələduzluq edərək sonuncuya məxsus 110 manat məbləğində ərzağı mənimsəmişdir.” Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi özgənin əmlakını qanunsuz olaraq xırda talamaya görə fiziki şəxsin inzibati məsuliyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Qeyd edilməlidir ki, nə təhqiqatçı, nə də inzibati protokol tərtib edən şəxs tərəfindən aparılmış araşdırma zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndənin iştirakı ilə izahatı alınmamış, inzibati protokolda zərərçəkmiş şəxsin şəxsiyyətini səciyyələndirən məlumatlar öz əksini tapmamışdır. Digər tərəfdən AR İXM 227-ci maddəsinin sanksiyasında həbs növündə inzibati tədbirin tətbiq edilməsi nəzərdə tutulduğundan inzibati xəta törədən şəxsin iştirakı işə baxılarkən təmin edilməlidir. İşə baxarkən zərərçəkmiş şəxsin hadisə ilə əlaqədar mövqeyini bildirilməsi zəruri olduğundan, inzibati protokolda zərərçəkən şəxsin şəxsiyyətini əks etdirən məlumatlar qeyd edilmədiyindən bununla da tərtib edilmiş protokol natamam olduğundan hazırki işə baxılması mümkün deyil , bu səbəbdən materiallar geri qaytarılmalıdır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 15 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1142/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1142/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver