Məhkəmə qərarları › İş №3(009)-1145/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1145/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1145/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 15 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 15 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra sənədini borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-226/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəldilmişdir. “Elektron İcra” informasiya sistemindən alınan məlumata əsasən borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar olunmamışdır. Borcun ödənilməsi ilə bağlı borclu Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunmuş, izahatı alınmış, verdiyi izahatında hər ay 140 manat sabit pul məbləğində alimenti ödədiyini bildirmiş, aliment borcundan isə imkanı olduğu təqdirdə hər ay ödəniş edəcəyini qeyd etmişdir. Lakin tələbkar X5 aliment borcunun ödəniməsini tələb edir. Bu günə olan aliment borcu 1000 (bir min) manat məbləğində təşkil edir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, aliment ödənişinə dair qəbzləri məhkəməyə təqdim edərək bildirmişdir ki, aliment ödənişləri ödəməkdən imtina etmir maddi vəziyyəti ilə bağlı ödənişləri bir neçə dəfə az ödəmişdir. Lakin hər ay aliment borcundan əlavə qalıb məbləğdən də ödənişlər edəcək. Həmçinin aliment məbləğinin qaldırılması barədə icra sənədindən xəbərsiz olmuşdur. Maddi çətinliklə bağlı ödənişləri edə bilməmişdir. Məhkəmə qərarının icrasından boyun qaçırmır. Göstərdiklərini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 19 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq 140 manat sabit pul məbləğində müəyyən edilmişdir. Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərə əsasən X2 hesabına mütəmadi ödənişlər edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra sənədinə əsasən Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 19 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq 140 manat sabit pul məbləğində müəyyən edilmiş, Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra sənədinə əsasən yaranmış 1000 manat borc, borclu tərəfindən mütəmadi olaraq aliment borcunu ödəməkdən yayınması nəticəsində yaranmamışdır. Qeyd edilən aliment borcu məhkəmə qətnaməsi ilə alimentin məbləğinin artırılması nəticəsində həmin icra sənədindən xəbərsiz olması, həmçinin borclu tərəfindən maddi durumunun pis olmaması səbəbindən bir neçə ay az ödəniş etməsi nəticəsində yaranmışdır. Bundan əlavə qeyd edilməlidir ki, materialda borclunun xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş almasına dair heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, borclunun qeyd etdiyi Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-226/2021 saylı icra sənədindən xəbərsiz olması, yəni aliment məbləğinin artırılmasından xəbərsiz olmasının əksini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını inandırıcı hesab edir. Halbuki, “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar