Məhkəmə qərarları › İş №3(009)-1147/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1147/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1147/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs Əlibala oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonunun Muxtariyyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Xuluf kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, 20ci sahədə kirayə yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Əlibala oğlu DİN “102” Xidmətinə zəng edərək Şəxs tərəfindən Şıxov qəsəbəsi dəniz kənarı “Dəniz” marketin qarşısında döyülməsi və təhqir edilməsi barədə məlumat vermişdir. Həmin müraciətdən sonra polis bölməsinin təhqiqatçısı tərəfindən qərar qəbul edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Əlibala oğlu izahatında göstərmişdir ki, hadisə günü Şəxs yanında olmamışdır, başqa bir nəfər tərəfindən vurulmuşdur. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu toplanmış material əsasında araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə saat 06:02 radələrində Zərərçəkmiş şəxs Əlibala oğluna qarşı Şıxov qəsəbəsində 40 manat gediş haqqı verilməmiş, döymüş və təhqir etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Əlibala oğlunun müraciəti əsasında toplanmış "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"nda 256 nömrə ilə qeydiyyatdan keçirilmiş materialda cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən toplanmış material Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməli, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin aidiyyəti əməkdaşına göndərilməli, həmçinin vətəndaş Zərərçəkmiş şəxs Əlibala oğluna qeyd etdiyi X1 tərəfindən gediş haqqının tam məbləğinin ödənilməməsi barədə xüsusatla bağlı iddiası olduğu halda mülki qaydada cavabdehin yaşadığı ərazi üzrə AR MPM-nin 25-ci maddəsinə müvafiq olaraq məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. vətəndaş Zərərçəkmiş şəxs Əlibala oğlunun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 123 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Əlibala oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - üst dodağın sağ yarısının bayır səthinin, alt dodağın sağ yarısının selikli qişasının, sağ almacıq, hər iki yanaq nahiyyəlıərinin, sağ ağız bucağı və çənə sümüyünün sağ şaxəsi proyeksiyasının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Əlibala oğlunun xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs onu vurmamışdır, başqa bir adam vurmuşdur. Şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, Şəxs təqsiri məhkəmə araşdırması zamanı sübuta yetirilmir. Belə ki, Zərərçəkmiş şəxs Əlibala oğlu izahatında göstərmişdir ki, onu vuran şəxs Şəxs yox, başqa bir şəxs olmuşdur. Beləliklə barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130, 181.0.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar