Məhkəmə qərarları › İş №3(009)-115/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-115/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-115/2021 07.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X1 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X1 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edilmişdir ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X1 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Agentlik Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov, 7 A ünvanında yerləşir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, inzibatı xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X1 və Toxum Nəzarəti üzrə Dövlət Xidməti hüquqi şəxs kimi fəaliyyət göstərməmiş, onun və digər struktur qurumların əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 7 A olduğundan X1 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X1 və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar