Məhkəmə qərarları › İş №3(009)-1150/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1150/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1150/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, 5-ci ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2365/2020 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail rayon məhkəməsinin 2(009)-2365/2020 saylı, xx.xx.2020-ci il tarixli cavabdeh Şəxs yetkinlik yaşına çatmayan 20 yanvar 2014-cü il təvəllüdlü X8 və 28 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılmalı, cavabdehdən hər ay hər bir uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment tutularaq cavabdeh X4 verilməlidir. Tələbkar xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs qarşı aliment tələbinin olmadığını və icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmişdir. İcra sənədi "icra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Daha sonra tələbkar yenidən məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədi üzrə tələb borclu Şəxs tərəfindən icra edilmədiyindən onun qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, 5-ci ünvan 2 ünvanda tapmaq mümkün olmamış və bu barədə tərəfimizdən müvafiq akt tərtib edilmişdir. Borclunun yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarakən izahatı alınmış, izahatında bugünədək X3 xeyrinə 10000 (on min) manat aliment ödənişi etdiyini bildirmiş, həmçinin X3 şöbəyə gələrək ona aliment borcunun olmadığı barədə ərizə təqdim etdiyini qeyd etmişdir. Daha sonra sentyabr ayından etibarən alimentin yenidən bərpa olunduğunu və 300 manat məbləğində aliment ödənişlərini ödədiyini bildirmiş və ödənişlə bağlı müvafiq qəbzləri təqdim etmişdir. X1 isə öz növbəsində sözügedən tarixdə şöbəydə ərizə yazaraq borclunun hər iki icra sənədi üzrə bugündək ümumilikdə 11520 manat ödənilməmiş aliment borcunun yarandığını qeyd etmişdir, sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə borclu , AR inzibati xətalar məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsi tərtib , inzibati xəta haqqında protokola xitam vermişdir. Daha sonra zərurət yarandığından xx.xx.2024-cü il tarixdə alimentin hesablanması jqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclu Şəxs tərəfindən həmin qərardan şikayət vermiş Səbail rayon məhkəməsinin 8(009)-258/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadıyla təmin edilməmişdir. Borclu aliment borcunu ödəməkdən yayındığı üçün icra məmuru tərəfindən xx.xx.2025- ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış qərarı təmin edilmiş və Şəxs xx.xx.2025- ci il tarixdə şöbəyə təqdim edilmişdir. Borclu izahatında yeni aliment işiylə əlaqədar mütəmadi olaraq ödənişlərini etdiyini, işsiz olduğunu, yenidən ailə həyatı qurduğunu bu səbəbdən hər ay köhnə borcdan əlavə olaraq 100 manat ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X6 izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəmir. Borcun hamısını birdəfəlik ödəməsini istəyir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işləmir, lakin işləsə, aliment borcunu ödəməyə hazırdır. xx.xx.2025-ci il tarixdə 1000 manat məbləği X1na ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2365/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs yetkinlik yaşına çatmayan 20 yanvar 2014-cü il təvəllüdlü X8 və 28 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılması, cavabdehdən hər ay hər bir uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi, alimentin artırılması ilə bağlı Şəxs 300 (üç yüz) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən X3 bank hesabına 1000 manat məbləğində pul ödənmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-2365/2020 saylı, xx.xx.2020-ci il tarixli cavabdeh Şəxs yetkinlik yaşına çatmayan 20 yanvar 2014-cü il təvəllüdlü X8 və 28 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılmalı, cavabdehdən hər ay hər bir uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment tutularaq cavabdeh X4 verilməlidir. Tələbkar xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs qarşı aliment tələbinin olmadığını və icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmişdir. İcra sənədi "icra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Daha sonra tələbkar yenidən məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədi üzrə tələb borclu Şəxs tərəfindən icra edilmədiyindən onun qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, 5-ci ünvan 2 ünvanda tapmaq mümkün olmamış və bu barədə tərəfimizdən müvafiq akt tərtib edilmişdir. Borclunun yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarakən izahatı alınmış, izahatında bugünədək X3 xeyrinə 10000 (on min) manat aliment ödənişi etdiyini bildirmiş, həmçinin X3 şöbəyə gələrək ona aliment borcunun olmadığı barədə ərizə təqdim etdiyini qeyd etmişdir. Daha sonra sentyabr ayından etibarən alimentin yenidən bərpa olunduğunu və 300 manat məbləğində aliment ödənişlərini ödədiyini bildirmiş və ödənişlə bağlı müvafiq qəbzləri təqdim etmişdir. X1 isə öz növbəsində sözügedən tarixdə şöbəydə ərizə yazaraq borclunun hər iki icra sənədi üzrə bugündək ümumilikdə 11520 manat ödənilməmiş aliment borcunun yarandığını qeyd etmişdir, sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə borclu , AR inzibati xətalar məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsi tərtib , inzibati xəta haqqında protokola xitam vermişdir. Daha sonra zərurət yarandığından xx.xx.2024-cü il tarixdə alimentin hesablanması jqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclu Şəxs tərəfindən həmin qərardan şikayət vermiş Səbail rayon məhkəməsinin 8(009)-258/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadıyla təmin edilməmişdir. Borclu aliment borcunu ödəməkdən yayındığı üçün icra məmuru tərəfindən xx.xx.2025- ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış qərarı təmin edilmiş və Şəxs xx.xx.2025- ci il tarixdə şöbəyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə yaranmış borc məbləğindən 1000 manatı X3 hesabına ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və hissə-hissə aliment borcunu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar