Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1153/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Sabirabad rayonunun Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sabirabad rayonunun Cavad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsi özəl tikilidə yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X5 17 iyul 2022-ci ildə Səbail rayonu Badamdar qəsəbəsi, 4-cü Bağlar küçəsində yerləşən fərdi yaşayış evində olan zaman pul kisəsini oğurlamışdır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 41-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X11 inzibati xəta haqqında protokolu müdafiə edərək, X2 barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən fəhlələrin toplaşdığı yerdə olan zaman Məmməd adlı şəxs ona yaxınlaşmış, ona bağ evində fəhlə işinin olmasını dedikdən sonra onlar yaxınlıqdakı fərdi yaşayış evinə getmişdirlər. O, həmin evdə olan zaman alacağı pul ilə razilaşmamış və paltarını dəyişdiyi otağa gedərək əynini dəyişmiş və bu zaman masının üzərində pul kisəsi görmüşdür. Pul kisəsini açan zaman onun birinci cibində olan 160 manat pulu götürmüş və sənədlər ilə birlikdə pul kisəsini geri qoyaraq evi tərk etmişdir. Əməlindən peşman olduğunu, dəymiş zərər tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında sürücüsü işlədiyi Əbdülqadir adlı şəxsə məxsus, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən fərdi yaşayış evində görüləsi işlər olduğundan evdə bağban kimi işləyən Məhəmməd adlı şəxs evin yaxınlığında fəhlələrin toplaşdığı yerə getmiş, orada Ruslan adlı şəxsi beton qarışdırması içün evə gətirmiş, Ruslan paltar dəyişmə otağında paltarını dəyişdikdən sonra onlarla pul söhbəti etmiş, lakin razılaşmadığı üçün tez tələsik paltarını dəyişərək çıxıb getmişdir. Ruslanın evi tələsik tərk etməsindən şübhələndiyi üçün onun paltarını dəyişdiyi otağa getmiş, orada olan masanın üzərinə qoyduğu, içərisində 580 AZN pul və sənədləri olan pul kisəsini masanın üzərində görməyərək Ruslanın arxası ilə evi tərk etmişdir. O, evə fəhlə kimi gətirilmiş Ruslanın ona məxsus pul kisəsini oğurlamasından şübhələndiyi üçün 41-ci PB-yə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. İzahatında bildirmişdir ki, Ruslan ilə sonradan görüşdükdən sonra onunla birlikdə evə gəlmiş və Ruslan pul kisəsini qoyduğu yeri ona göstərmişdir. Lakin Kamran pul kisəsinə baxdıqda onun içərisində olan 180 AZN pulun yerində olmadığını görmüşdür. O, hadisə zamanı ona 180 AZN maddi ziyan dəyməsini bildirmişdir. Ona dəyən maddi ziyan ödənilmişdir, X3 qarşı şikayəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 tərəfindən daxil olmuş şikayət ərizəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X6 qarşı oğurluq əməli törədərək ona maddi ziyan vurmuş X5 barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 17 iyul 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X5 17 iyul 2022-ci il tarixdə saat 23:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, ünvan 1 ünvanında yaşayan X6 məxsus pul kisəsindən 180 AZN pulun oğurlanması faktı ilə əlaqədar yazdığı şikayət ərizəsi əsasında araşdırma aparılaraq xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Baş vermiş oğurluq hadisəsini törədən X2 əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, X5 ilə barışmışdır, ona dəymiş ziyan ödənilmiş, X3 qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X5 dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1153/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1153/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver