Məhkəmə qərarları › İş №3(009)-1153/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1153/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1153/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsi X10 Şöbəsinin nümayəndəsi Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru X1, Barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsi X10 Şöbəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, Bayıl qəsəbəsində, Bayıl bazarının qarşısında fəaliyyət göstərən "Proqres" adlı marketin önündə avtomobildə əyləşib ayıq sürücü gözləyirmiş. Həmin vaxt olan **-XA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markali avtomobilin sahibi, əmisi oğlu X4 marketdə idi. O, avtomobildə əyləşdikdən bir neçə dəqiqə sonra X10 əməkdaşları avtomobilə yaxınlaşaraq “nə edirsiniz, burada niyə dayanmısınız?” deyə sual verdilər. O öz növbəsində bildirdi ki, ayıq sürücü gözləyir. Daha bir neçə dəqiqə keçdikdən sonra Rəşad Abbasov marketdən çıxaraq avtomobilə yaxınlaşdı, o da öz növbəsində bildirdi ki, ayıq sürücü gözləyirik. Polis əməkdaşlarının zor tətbiqi altında avtomobil saxlama məntəqəsinə aparıldı, halbuki, ayıq sürücü artıq yaxınlaşmışdı. Həkim müayinəsindən keçirilməmiş və polis əmkəkdaşları tərəfindən hər hansı bir protokol belə tərtib edilmədi. DYPŞ-nin əməkdaşları ona bildirdilər ki, sabah avtomobili apararsınız, hər hansı bir problem və qanun pozuntusu yoxdur. Hətta etdikləri kobud və qanundankənar hərəkətlərə görə onları idarə etdikləri xidməti avtomobillə yaşayış ünvanına gətirdilər. Əldə etdikləri TŞK görüntülərindən də, göründüyü kimi, görüntülər tam götürülməmiş və hadisə gizlədilmişdir. Bundan sonra onlar, DYPŞ-nin əməkdaların gənc və təcrübəsiz olmalarını nəzərə alaraq onlardan aidiyyəti üzrə hər hansı bir şikayət etməmişdirlər. 11 aprel 2025-ci il tarixdə avtomobili götürmək üçün Səbail Rayon Dövlət X9 yaxınlaşdıqda bildirdilər ki, onlara protokol tərtib ediləcək. Buna etiraz etsələr də, qanunsuz olaraq 09 aprel 2025-ci il tarixə protokol tərtib olundu. Mövcud ziddiyətli məqamlardan göründüyü kimi, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar 18 aprel 2025-ci il tarixdə qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X3 şikayətin əsassız olduğundan təmin edilməməsini, inzibati tənbeh vermə haqqında TP ******* saylı, 18 aprel 2025-ci il tarixli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilən şəxs X5 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Belə ki, 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, “Hyundai Santafe MİNİK” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X5, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisində “Hyundai Santafe MİNİK” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə və əks istiqamətli hərəkət zolağına çıxmaqla arxaarxaya verməklə manevr etmə qaydalarını pozaraq idarə etmişdir. Məhkəmə iclasında X5 alkoqol qəbul etdiyini etdiyini, etiraf etsədə, avtonəqliyyat vasitəsini hərəkət etdirmədiyini və ayaq sürücü gözlədiyini bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 13-cü hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci bəndinin 1-ci hissəsinə əsasən ötmə nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsasən iş materiallarını araşdırıraraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar