Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1155/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Səbail rayonu DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 11 may 2021-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 22 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 02 may 2021-ci il tarixli qərardan görünür ki, 22 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində şərh olunanlara əsasən, “Hyundai Elantra” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış material Səbail RPİ-nin DYPŞ-nin vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilməsi və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-yə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, 23 aprel 2021-ci il tarixdə saat 00:05-də 3 saylı Şəhər Klinik Xəstəxanasından Səbail RPİ-nin Növbətçi hissəsinə Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında, “Azneft” dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ünvan 3 ünvanında yaşayan, Yevlax rayon sakini, 1999-cu il təvəllüdlü X4 başın yumşaq toxumalarının əzilməsi xəsarəti ilə müraciət etməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan 23 aprel 2021-ci il tarixlui 2/10918 saylı sərxoşluq vəziyyətinin tibb müayinəsi aktından görünür ki, 23 aprel 2021-ci il tarixdə Şəxs sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin 26 aprel 2021-ci il tarixli 207 saylı Ekspert Rəyindən görünür ki, 1999-cu il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Vətəndaş A.T.Həsənlinin adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş “təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi” diaqnozu obyektiv kliniki və məhkəmətibbi əlamətlərlə öz təsdiqini tapmadığından xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. İş materiallarında olan Şəxs izahatından görünür ki, 22 aprel 2021-ci il tarixdə saat 23:05 radələrində “xxxx” ASC-yə məxsus olan və etbarnamə ilə “xxxx” MMC-yə verilmiş, eyni zamanda “xxxx” MMC tərəfindən idarə etmək üçün X2 verilmiş “Hyundai Elantra” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Səbail rayonu, Neftçilər prospekti ilə “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətində və yolun 3- cü zolağı ilə hərəkətdə olarkən önündə gedən avtomobilin dayandığını görmüş, dərhal tormoz əyləcinə basmış, lakin məsafə yaxın və yol yaş olduğuna görə, avtomobili dayandıra bilməyib qabaq hissəsi ilə “Peugeot 307” markalı **-KV- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına toqquşmuş, zərbənin təsirindən “Peugeot 307” markalı avtomobil qarşısında dayanmış “Mercedes Benz E220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılmışdır. “Peugeot 307” markalı avtomobildə olan sərnişin kişi başının arxa oturacağa dəydiyini bildirmişdir. Təcili tibbi yardım maşını xəsarət almış kişini xəstəxanaya aparmış, onlar isə hadisə yerində qalmışlar. Hadisə yerinə gələn YPX-nin əməkdaşı yolun hərəkət hissəsini bağlamamaq üçün avtomobilləri kənara çəkmələrini bildirmişdir. Sonra YPX əməkdaşı onun idarə etdiyi avtomobili evakuator vasitəsilə Səbail DYPŞ-nin cərimə meydançasına göndərmişdir. İş materiallarında olan toplanmış təhqiqat materiallarından görünür ki, 22 aprel 2021-ci tarixdə sürücü X3 yol vərəqəsi ilə idarə etmək üçün ona verilmiş “Hyundai Elantra” markalı 99- PC-086 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığını bilə-bilə Şəxs vermiş, sonuncu avtomobil idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi həmin avtomobillə Səbail rayonu, Neftçilər prospekti ilə “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətində, 60 km/saat sürəti və yolun 3-cü zolağı ilə hərəkət edərək əks nəqliyyat axınlarını ayıran üfüqi nişanlama xəttini kəsib keçməklə yenidən həmin zolağa qayıdaraq, ara məsafəsi saxlamadan, həmin zolaqda və eyni istiqamətdə yoldakı sıxlıqla bağlı hərəkətsiz vəziyyətdə olan sürücü, Türkiyə Respublikasının vətəndaşı X8 idarə etdiyi “Peugeot 307” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil qabaq hissəsi ilə önündə dayanmış sürücü X5 idarə etdiyi “Mercedes Benz E220” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Peugeot 307” markalı avtomobildə sərnişin qismində olan X4 heç bir xəsarət almadığı müəyyən edilmiş, lakin hadisənin iştirakçısı olan nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1155/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1155/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver