Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1155/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə2, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 22 aprel 2025-ci il, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 22 aprel 2025-ci, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 26 fevral 2025-ci il tarixdə, saat 09:28-də etibarnamə əsasında idarə etdiyi “Hyundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Səbail rayonu Puşkin küçəsi ilə hərəkətdə olarkən Ü.Hacıbəyov küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığının tələbinə əsasən qarşıdakı digər nəqliyyat vasitəsi və onun arxasında isə onun nəqliyyat vasitəsinin hərəkətini dayandırdı. Bu zaman yolun ortasında dayanıb hərəkəti nizamlayan yol patrul xidməti əməkdaşının (nizamlayıcı) əlindəki jelezlə istiqamətləndirib hərəkəti davam etdirməklə bağlı göstəriş verdi. Qanuna görə nizamlayıcının işarələri yol nişanlarından və işıqforun nişanlarından üstündür. Buna görə də, nizamlayıcının işarəsindən sonra qarşısındakı avtomobil, onun ardınca da o idarə etdiyi nəqliyyat vasitəni hərəkət etdirdi. Səbail rayonu, Puşkin küçəsi ilə hərəkətini düz istiqamətdə davam etdirdiyi zaman Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan “Hyundai Sonata” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi onun idarə etdiyi “Hyundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol tərəfindən toqquşdu. Həmin faktla bağlı Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 26 fevral 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir, həmin protokol ona 05 mart 2025-ci il tarixdə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokol ilə razı deyil, əməlində inzibati xəta tərkibi yoxdur, heç bir qayda pozuntusuna yol verməmiş və baş vermiş yol nəqliyyat hadisəsinə səbəb olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq inzibati xəta tərkibi olmadığından barəsində başladılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 şikayətdə qeyd edilənləri müdafiə edərək, şikayətin təmin edilməsini, idarə etdiyi “Hyundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Səbail rayonu Puşkin küçəsi ilə hərəkətdə olarkən Ü.Hacıbəyov küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığının tələbinə əsasən qarşıdakı digər nəqliyyat vasitəsi və onun arxasında isə onun nəqliyyat vasitəsinin hərəkətini dayandırdı. Bu zaman yolun ortasında dayanıb hərəkəti nizamlayan yol patrul xidməti əməkdaşının (nizamlayıcı) əlindəki jelezlə istiqamətləndirib hərəkəti davam etdirməklə bağlı göstəriş verdi. Buna görə də, nizamlayıcının işarəsindən sonra qarşısındakı avtomobil, onun ardınca da o idarə etdiyi nəqliyyat vasitəni hərəkət etdirdi. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə2 şikayətin əsassız hesab olunaraq təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 17 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: 17 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 09:28-də Səbail rayonu Puşkin küçəsi ilə Ü.Hacıbəyov küçəsi ilə kəsişmədə “Hyundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-725/2025 saylı qərarından görünür ki, X1 şikayəti qismən təmin olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması, sözügedən işin məhkəmə qərarı ilə yenidən araşdırılma aparılması üçün inzibati orqana göndərilməsinə baxmayaraq inzibati orqan tərəfindən formal mülahizələrə əsaslanaraq yenidən qərarını qüvvədə saxlaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Eyni zamanda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüdən görünür ki, o, 26 fevral 2025-ci il tarixdə, saat 09:28-də “Hyundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Səbail rayonu Puşkin küçəsi ilə hərəkətdə olarkən Ü.Hacıbəyov küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığının tələbinə əsasən qarşıdakı digər nəqliyyat vasitəsi və onun arxasında isə onun nəqliyyat vasitəsinin hərəkətini dayandırmışdır. Bu zaman yolun ortasında dayanıb hərəkəti nizamlayan yol patrul xidməti əməkdaşının (nizamlayıcı) əlindəki jelezlə istiqamətləndirib hərəkəti davam etdirməklə bağlı göstəriş vermişdir. Daha sonra nizamlayıcının işarəsindən sonra onun qarşısındakı avtomobil, onun ardınca da o idarə etdiyi nəqliyyat vasitəni hərəkət etdirmişdir. Səbail rayonu, Puşkin küçəsi ilə hərəkətini düz istiqamətdə davam etdirdiyi zaman Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan “Hyundai Sonata” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi onun idarə etdiyi “Hyundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol tərəfindən toqquşmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsinin 22 aprel 2025-ci, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 22 aprel 2025-ci, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1155/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1155/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver