Məhkəmə qərarları › İş №3(009)-1156/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1156/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1156/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X4 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X8 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 etdiyim 77CZ345-DODGE CHARGER minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarix də saat 16:48 də (Elektron qərarda 6415345-saat 15:49 yazılıb) Bakı şəhər, Səbail rayonu Nizami küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin, 1-ci hissəsinin tələbinə riayət etməyərək Zərgərpalan küçəsi ilə kəsişmədə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək, yol ayrıcını keçmə qaydasını pozduğuna (guya) görə həmin ərazidə xidmət edən YPX əməkdaşı Polis Baş serjantı X5 tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikasının ZXM- in 327 .2 maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəzərə çatdırır ki, qanunla ona verilmiş hüquqdan istifadə edərək tərtib olunmuş protokoldan BŞBPYİ-ə şikayət etdi. Obyektiv araşdırma tapmayaraq və sübut kimi motosikletdə quraşdırılmış kamera vasitəsi ilə qeyd olunmuş video görüntülər əsas gətirildi. Aşağıdakı səbəblərə əsasən qərar əsassız və qanunsuz hesab edir. Yol hərəkəti qanunun Maddə 1-41 hissəsinin yol vermək-sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişməyi məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlaması, manevr etməsidir. Qeyd etmək istəyir ki, yuxarıda göstərilən halları pozmasam: üstünlük təşkil edən yoldan gələn avto maşının Zərgərpalan küçəsindən hərəkətdə olarkən və hələ çox məsafədə yəni artıq onun Nizami küçəsi ilə rahat İrələməyinin, zərgərpalandan hərəkətdə olan nəqliyyat vasitəsinin hansı manevr və qəflətən hərəkət istiqamətinin dəyişməsinə səbəb olmasıdır. BŞYDPİ-nin 108 nömrəli otağında video görüntüləri yoxlamasını tələb edəndə qarşı tərəf ona o ərazidə video görüntününün olmamasını səsləndirdi. Səbəb də o idi ki, polis inspektoru ona arxadan yəni Nizami küçəsi tərəfdən sistemə daxil edilməyən, zərgərpalanndan gələn üstünlük təşkil edən maşının həmin ona qayda pozuntusunun olma faktını sübut edə bilməməsidir. Çünki Nizami küçəsi ilə hərəkətdə olarkən o, artıq qayda pozuntusu yəni yol vermə intervalını gözləmiş, yalnız sonra da polis inspektoru arxadan gələrək öz nəzərilə qanun pozuntusuna yol verərək mənim avtomobilimi protokollaşdırmasıdır. xx.xx.2021-ci il (614 9553 saylı) protokoldan inzibati xətanın törədildiyi vaxtla (16:48) BAKİ ŞƏHƏRİ dypi-nin ******* saylı qərarda isə (15:49) göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 83.1-ci maddəsində deyilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə mimiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirim olmayan hesab edilir. Məcəllənin 8.2 maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.Məcəllənin 8.3 maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd olunanlara əsaslanaraq ZXM-nın 53.0.1 və 53.0.2 maddələrinə görə mənə əsassız tərtib olunmuş protokol və əsasında verilmiş ZXM-nin 135.1-135.1.1, 135.1.3- 135.1.4 maddələrində göstərilən əsaslar rəhbər tutaraq TP-6415345 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 15 aprel 2024-cü il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 15 may 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətində qərarı hansı tarixdə aldığını göstərməmiş, ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X4 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 Bakı şəhəri DYPİ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar