Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-116/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 142000,00 ABŞ dolları vəsaiti 08 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 142000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 09 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X4 Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İlkin olaraq ümumi müqavilə dəyəri 16,569,784.32 ABŞ dolları (on altı milyon beş yüz altmış doqquz min yeddi yüz səksən dörd ABŞ dolları, otuz iki sent) və faiz məbləği 1,087,392.10 ABŞ dolları (bir milyon səksən yeddi min üç yüz doxsan iki ABŞ dolları, on sent) olan, 1 (bir) ədəd DRİLLMEC 1500 HP AC qazma qurğusunun satınalinmasına dair 06/SAİD/17 saylı, 28 dekabr 2017-ci il tarixli "Müqavilə" (bundan sonra "Satış Müqaviləsi" adlanacaq) "DRİLLMEC S.p.A" və SOCAR AQS İNTERNATİONAL DMCC (X1 qeydiyyatdan keçən və "xxxx" MMC-nin 100 % payı olan törəmə müəssisəsi) arasında imzalanmışdır. Bu Qazma qurğusu SOCAR AQS İNTERNATİONAL DMCC və BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON COMPANY LİMİTED (BAPEX) arasında olan, bütün mal-materialın təhcizatı və tələb olunan üçüncü tərəf xidmətləri də daxil olmaqla, açar təslimi əsasında 3 (üç) quyunun qazılmasına dair müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün alınmışdır və Banqladeş Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. Qazma qurğusunun alqı-satqısı müqaviləsinə əsasən, SOCAR AQS İNTERNATİONAL DMCC ümumi məbləği DRİLLMEC S.p.A-ya müəyyən hissələrlə ödəməli idi. SOCAR AQS İNTERNATİONAL DMCC, SOCAR-AQŞ MMC və DRİLLMEC S.p.A arasında 15 may 2019-cu il tarixində Satış Müqaviləsi üzrə "Hüquqların ötürülməsi razılaşması" imzalanmışdır və bu razılaşma ilə qazma qurğusuna mülkiyyət və bütün müvafiq hüquqlar SOCAR AQS İNTERNATİONAL DMCCdən SOCAR-AQŞ MMC-yə ötürülmüşdür. Həmin gündən etibarən SOCAR-AQŞ MMC əfindən DRİLLMEC S.p.A şirkətinə bir neçə ödəniş həyata keçirilmişdir. Lakin SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri (X2 Məhkəməsində) davam etdiyi üçün hazırda Banqladeşdə olan qazma qurğusunun ölkədən ixrac olunması mümkün olmamışdır. Qazma qurğusu yalnız 2024-cü ilin dördüncü kvartalında arbitraj məhkəməsi başa çatması halında Banqladeş Xalq Respublikasından ixrac edilərək Azərbaycan Respublikasına idxal oluna bilər. Göstərilənlərə əsasən, SOCAR-AQŞ MMC həyata keçirdiyi avans ödənişlərinin müqabilində hazırda öz iradəsindən asılı olmayan səbəblərə görə (yəni davam edən məhkəmə çəkişmələrinə görə) qanunla müəyyən edilmiş müddətdə müvafiq malı idxal edə bilməyib, həmçinin ödənilmiş valyuta vəsaiti də xaricdən SOCAR-AQŞ MMC-yə geri qaytarılmayıb. Həmçinin bildirilir ki, qazma qurğusu ilə bağlı arbitraj məhkəməsinin yekunlaşması və qurğunun Banqladeş Xalq Respublikasından ixrac olunaraq Azərbaycan Respublikasına idxal edilməsi proseslərinin xx.xx.2024-cü il tarixinə qədər yekunlaşması gözlənilir. Göründüyü kimi, SOCAR-AQŞ MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması müəyyən vəzifələr şirkətin müvafiq edilir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən SOCAR-AQŞ MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə "İnzibati tənbeh vermə haqqında" xx.xx.2023-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" tərtib edilərkən SOCAR-AQŞ MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və bu barədə protokolda müvafiq qeydlər nümayəndəsinə izah edilməmişdir aparılmamışdır. Həmçinin həmin "xxxx" şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, "Protokol”un məzmunu barəsində öz mülahizələri təqdim etmək üçün onlara şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş" şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli "Plenum Qərarı"na əsasən, "İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair" 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xatalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyǝn etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hamin Qərarda hamçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti va baxışının keçirilməsi va s.). Buna göra məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edan əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tartib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq ganunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin hayata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, EP №: ******* nömrəli "xxxx"da qeyd olunan SOCAR-AQŞ MMC 164600,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 164600,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmati) ölkəyə idxal etməmiş, valyuta vasaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir." qeydi tam əsassızdır, çünki KM-nin qeyd olunan "xxxx"da qeyd olunduğu kimi, SOCAR-AQS MMC baş vermiş hadisədə təqsirsizdir və həmin valyuta vəsaitinin geri qaytarılmaması onun iradəsindən asılı olmayan səbəblərə görə, başqa sözlə desək, Şəxs MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri davam etdiyi üçün gecikdirilmişdir. Qeyd olunmalıdır ki, Mərkəzi Banka SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə proseslərinin davam etdiyi məlum olduğu halda (yəni bank bunu bildiyi halda) bankın bu halları araşdırmadan göstərilən "Protokolu" tərtib edərək məhkəməyə göndərməsi əsassızdır və bununla Mərkəzi Bank SOCAR-AQŞ MMC-yə qarşı qərəzli mövqedən çıxış etmişdir. "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilən inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli. EP №: ******* nömrəli "xxxx" qanunsuz və əsassız olduğundan Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli ZB 2462 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 142000,00 ABŞ dolları məbləğində vəsait MASHREQBANK PSC bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “SOCAR AQS” LLC ilə BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON COMPANY LİMİTED (BAPEX) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, qazma qurğusu bütün mal-materialın təhcizatı və tələb olunan üçüncü tərəf xidmətləri də daxil olmaqla, açar təslimi əsasında 3 (üç) quyunun qazılmasına dair müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün alınmış və Banqladeş Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. İş materiallarına əlavə edilmiş 06/SAİD/17 saylı, 28 dekabr 2017-ci il tarixli “Satış Müqaviləsi”ndən görünür ki, “DRİLLMEC S.p.A” və SOCAR AQS İNTERNATİONAL DMCC (X1 qeydiyyatdan keçən və Şəxs MMC-nin 100 % payı olan törəmə müəssisəsi) arasında 1 (bir) ədəd DRİLLMEC 1500 HP AC qazma qurğusunun satınalınmasına dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarxili bildirişlərdən görünür ki, X2 Məhkəməsində SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri mövcuddur. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-116/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-116/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver