Məhkəmə qərarları › İş №3(009)-1161/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1161/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1161/2022 21.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X9 və X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs X1 xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi, Arif İsmayılov küçəsində X7 məxsus “Mercedes” markalı, 90LV071 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırma yolu ilə orada olan 150 manat dəyərində “Pioner” markalı maqnitafon və qoltuq altında olan pul qabının içindən 200 manat nağd pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi X14 küçəsi 15 ünvanında yerləşən X16 A-giriş qapısı qarşısında X5 məxsus 250 manat dəyərində “Naviqator” markalı velosipedi oğurlamışdır. Bu barədə Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X6 tərəfindən 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokollarda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olduğunu bildirmiş, barəsində yüngül cəza seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirmişdir ki, “Mercedes” markalı avtomobilindən 150 manat dəyərində “Pioner” markalı maqnitafon və 200 manat pul oğurlamışdır. Bundan əlavə o, avtomobilin pəncərəsinin təmir xəcini də çəkmişdir. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, oğluna məxsus “Naviqator” markalı velosiped X15rşısından oğurlanmışdır. Bununla da ona 250 manat ziyan dəymişdir. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını və zərərçəkmişləri dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X1 xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi, Arif İsmayılov küçəsində X7 məxsus “Mercedes” markalı, 90LV071 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırma yolu ilə orada olan 150 manat dəyərində “Pioner” markalı maqnitafon və qoltuq altında olan pul qabının içindən 200 manat nağd pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi X14 küçəsi 15 ünvanında yerləşən X16 A-giriş qapısı qarşısında X5 məxsus 250 manat dəyərində “Naviqator” markalı velosipedi talamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, “Naviqator” markalı velosipedi talaması faktı üzrə Şəxs İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məsuliyyəti yüngülləşirən halın olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmişə dəyən ziyanın ödənilməməsini, hərəkətlərini davam etdirməsini, bu cür hərəkətləri ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi, Arif İsmayılov küçəsində X7 məxsus “Mercedes” markalı, 90LV071 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırma yolu ilə orada olan 150 manat dəyərində “Pioner” markalı maqnitafon və qoltuq altında olan pul qabının içindən 200 manat nağd pulu taladığına görə həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 21 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Bayıl qəsəbəsi, Arif İsmayılov küçəsində X7 məxsus “Mercedes” markalı, 90LV071 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini sındırma yolu ilə orada olan 150 manat dəyərində “Pioner” markalı maqnitafon və qoltuq altında olan pul qabının içindən 200 manat nağd pulu taladığı fakt üzrə inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən həmin fakt üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114, 115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Naviqator” markalı velosipedi talaması faktı üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 21 iyul 2022-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. “Pioner” markalı maqnitafon və qoltuq altında olan pul qabının içindən 200 manat nağd pulu talaması faktı üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin hissədə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar