Məhkəmə qərarları › İş №3(009)-1162/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1162/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1162/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin inzibati tənbeh vermə haqqında 18 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 18 fevral 2025-ci il tarixli, MN ******* inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətininin Bakı şəhəri İdarəsinin 18 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən, 1800 AZN (bir min səkkiz yüz manat) məbləğində inzibati cərimə edilmişdir. Aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətininin Bakı şəhəri İdarəsinin 18 fevral 2025-çi il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, İnzibati X1 işçisi X5 31 yanvar 2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktının gizlədilməsində təqsirli bilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 555.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə İnzibati Orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar 18 fevral 2025-ci il tarixində qəbul edilmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Səlahiyyətli orqan isə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda həmin Məcəlləni 555.3-cü maddəsinə əsaslanaraq barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə,digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq İXM-nin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin inzibati tənbeh vermə haqqında 18 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayəti müdafiə edərək göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə olmuşdur. Hadisə ilə bağlı Əmək Müfəttişliyinə məlumat verilməmişdir. Xəstənin sağalması ilə məşğul olmuşdur. Həmin hadisədən bir müddət keçəndən sonra cərimələnmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 18 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 bildirmişdir ki, 17 dekabr 2024-cü il tarixdə məktub daxil olmuşdur. 17 yanvar 2025-ci il tarixdə xəta aşkar olunmuş və təhqiqata başlanmışdır. Hadisə iş vaxtı olsa da, iş yerində olmamışdır. Məsuliyyətə cəlbetmə müddəti ötməmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin inzibati tənbehvermə haqqında 18 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X8 Xidmətinin MN ******* nömrəli, 18 fevral 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, fiziki şəxs X4 tərəfindən işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı gizlədilmişdir. Bununla da, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinin tələbləri pozulmuş və o, 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 tərəfindən işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş vermə faktı gizlədilmişdir. İnzibati xəta X5 xx.xx.2024-cü il tarixli məktubu əsasında aşkar olunmuş və araşdırılmışdır. Araşdırmanın nəticəsində X8 Xidməti Bakı şəhər idarəsində MN ******* saylı, 18 fevral 2025 il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X8 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 18 fevral 2025 il tarixli inzibati tənbehvermə haqqında qərarı vətəndaş X5 şikayəti əsasında qəbul edilmişdir. Həmin şikayət xx.xx.2024-cü il tarixdə xidmətə daxil olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 tərəfindən işçisi X5 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş vermə faktı gizlədilmişdir. Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 öz izahatında faktı təsdiq edir. Göründüyü kimi X8 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, X4 qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 18 fevral 2025 il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X2 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə- min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X4 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 18 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında 18 fevral 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar