Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1165/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızı katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin rəisi X2 iştirakları ilə, xx xxxxxx 1978-ci il təvəllüdlü, Lerik rayonu, Kələxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, V.Məmmədov 55 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdi. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş 12 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* saylı protokol üzrə, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. 12 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, Lerik rayonu, Kələxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, V.Məmmədov 55 ünvanında yaşayan Şəxs 10 iyun 2023-cü il tarixdə saat 18:00-da metronun Sahil stansiyasında sərxoş halda polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirləndirilir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin rəisi X4 protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasına uyğun inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin gün saxlanılarkən başından xəsarət aldığını bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə Bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi polis nəfəri X5 ifadəsində Şəxs 10 iyun 2023-cü il tarixdə saat 18:00-da metronun Sahil stansiyasında sərxoş halda polisin qanuni tələbinə tabe olmadığını, təhlükəsizliyin təmini məqsədi ilə xidmətdə olan zaman platformada olan sərnişin Şəxs yaxınlaşmış özünü təqdim etmiş və həmin vaxt sərnişin onun sifət nahiyyəsindən bir dəfə kəllə ilə vurduğunu bildirmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi və barəsində protokol tərtib olunmuş şəxsi, o cümlədən şahidi və iş üzrə digər sübutları araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan 12 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsdi haqqında qəradan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən.ş toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlaməti olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilməklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 11 iyun 2023-cü il tarixdə saat 16:00-da tutulmuşdur. İş masteriallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/18442 saylı 10 iyun 2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkogol sərxoşluğu vəziyyəti olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər yüz əlli manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarının 7.7-ci bəndinə əsasən, ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7.-ci maddəsinə görə İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir: Belə olan halda Şəxs sərxoşluğu onun vəziyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114.1.4, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 11 iyun 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X3 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1165/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1165/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver