Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1168/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Səbail Rayon Dövlət X15 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Dövlət X15 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs şikayətində göstərmişdir ki, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 100 manat cərimə edilmişəm. Bildirirəm ki, mən xx.xx.2025-cü il tarixdə gecə 00:20 radələrində Bayıl qəsəbəsində, Bayıl bazarının qarşısında fəaliyyət göstərən “Proqres” aslı marketdən çıxarkən (təqribən 10 dəqiqə aralığnda marketdə alış-veriş etmişəm), mənə məxsus ** XA *** dövlət qeydiyyat nişanlı, HUNDAİ SANTAFE minik markalı aftomobilin ətrafında X17 əməkdaşlarını gördüm. Mən avtomobilə yaxınlaşarkən, öncədən tanımadığım polis əməkdaşları kobud qanun pozuntusuna yol verərək məni idarə etdikləri xidməti avtomobillərinə sürüklədilər. Sonradan mən onlara bildirdim ki, mən vəkiləm və etdiyiniz hərəkətlər təmamilə qanunsuzdur. Bundan sonra onlar üzr istədilər, mən onların gənc və təcrübəsiz olmaqlarını nəzərə alaraq aidiyyəti üzrə tədbir görülməsi üçün şikayət ərizəsi ilə müraciət etmədim. Buna baxmayaraq mənə məxsus avtomobildə əyləşərək ayıq sürücü gözləyən əmimoğlu ilə birlikdə mənə məxsus avtomobili cərimə meydançasına apararaq, hər hansı narahatlığın olmadığını və növbəti gün avtomobili götürməyimizi bildirərək bizi öz xidməti avtomobilləri ilə əmimoğlu X4 yasşadığı ünvana gətirdilər. Mən və Zaur Abbasov 12 aprel 2025-ci il tarixdə avtomobili götürmək üçün Səbayil rayon X17 Şöbəsinə yaxınlaşdıqda bildirdilər ki, sizə protokol tərtib ediləcək. Buna etiraz etsək də, qanunsuz olaraq xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixə protokol tərtib olundu. Göründüyü kimi, tamamilə əsassız olaraq tərtib olunmuş protokol və qəbul olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar xx.xx.2025-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd etməliyəm ki, qeyd etdiyim hallar təmamilə həqiqətdir və tərtib olunmuş protokol və onun əsasında qəbul edilmiş qərar tamamilə əsassızdır. Belə ki, mənə məxsus ** XA *** dövlət qeydiyyat nişanlı, HUNDAİ SANTAFE minik markalı avtomobil polis əməkdaşları yaxınlaşarkən dayanmış vəziyyətdə olmuş, mən isə avtomobildə olmamışam. Bu ərazini nəzarətdə saxlayan TŞK görüntülərindən də aydın surətdə görsənir. Lakin orda olan qanunsuz hərəkətlərin gizlədilməsi məqsədi ilə, görüntülər tam olaraq götürələrək işə əlavə edilməmişdir. Öz şəxsiyyətimə dair bəzi halları diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfədir ki, barəmdə inzibati xəta haqında cəza tətbiq edilir. Əvvəllər məhkumluğum və inzibati qayda pozma hallarım olmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, hadisə zamanı barəsində protokol tərtib edilməmişdir. 2 gün sonra barəsində protokol tərtib edilmişdir. Əgər avtomobili sərxoş vəziyyətdəki birinə verəcəkdisə, elə özü sürərdi. Heç kimə avtomobili verməmişdir. Hadisə 2025-ci ilin aprelin 9-dan 10-a keçən gecə olmuşdur. Bayıl qəsəbəsində yaşayan əmisioğlugilə qonaq gəlmişdir. Həmin ərazidə oturub yeyib-içmişlər, sonra marketə girmiş və bu zaman ayıq sürücü çağırmışdır. Marketə girib-çıxmağı 10-15 dəqiqə çəkmişdir. Çıxanda avtomobilin dayanılı vəziyyətdə olduğunu və yol polis əməkdaşlarının yaxınlaşdıqlarını görmüşdür. Polis əməkdaşları üzərinə hücum etmiş, kobud rəftar etmiş və xəsarət almışdır. Marketdən çıxarkən sərxoş vəziyyətdə idi. Lakin avtomobili idarə etmək üçün kiməsə verməmişdir. Göstərilənlərə əsasən inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon X17 Şöbəsi Yol Patrul Xidməti inspektoru X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə avtomobilin qabağa-arxaya hərəkət etdyini müşahidə etmişlər. Görüntülər də var. Həmin nəqliyyat vasitəsinə yaxınlaşmışlar. Sürücü sərxoş və anlaqsız vəziyyətdə idi, nəqliyyat vasitəsi qəza şəraiti yaradırdı. Özünü şübhəli aparırdı. Avtomobili dayanacağa vermiş və şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon X17 Şöbəsi Yol Patrul Xidməti inspektoru X3 izahatında göstərmişdir ki, avtomobil arxa-arxaya verilərkən qayda pozuntusu törətdiyi görünmüş və həmin avtomobilin arxasında saxlayaraq düşmüşlər. Özlərini təqdim etmişlər. Sürücü yerində əyləşən şəxsin içkili vəziyyətdə olduğu müəyyən edilmişdir. Sonradan sürücü özü etiraf etmişdir. Avtomobili idarə edən şəxs barəsində protokol tərtib edilmişdir. X5 marketdən çıxarkən görmüşlər. Hadisə vizual şəkildə aşkar edilmişdir. TŞ kamerasının görüntüləri də təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon X17 Şöbəsi Yol Patrul Xidməti inspektoru X9 şahid X3 ilə eyniməzmunlu izahat verərək göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında göstərmişdir ki, polis əməkdaşları yaxınlaşan zaman avtomobil park vəziyyətində idi. Özü tək sürücü yerində əyləşmişdir. Nəqliyyat vasitəsini idarə etmirdi. Polis əməkdaşları yaxınlaşaraq sərxoş vəziyyətdə olubolmadığını soruşmuş, sərxoş olduğunu demiş, niyə içkili vəziyyətdə idarə etdiyini soruşanda etmədiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Məhkəmə tərəfin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saat 16:07-də Bakı şəhəri, Səbail rayonu ərazisində “Hyundai Santafe minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X6 məxsus “Hyundai Santafe minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin tarixdə duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 vəziyyətdə “Hyundai Santafe minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş və təhlükəli şəkildə qəza şəraiti yaratmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, X8 xx.xx.2025-ci il tarixdə saat 16:07-də Bakı şəhəri, Səbail rayonu ərazisində “Hyundai Santafe minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə həmin şəxsə vermiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 336.1-ci maddəsinə əsasən sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Səbail Rayon Dövlət X15 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X8 avtomobili xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində “Hyundai Santafe minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə həmin şəxsə vermişdir. Ona görə də Səbail Rayon Dövlət X15 xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Səbail Rayon Dövlət X15 xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1168/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1168/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver