Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1169/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 və “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN 004287 saylı, 18 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən X1 adına Respublika Kliniki Uroloji Xəstəxanasında xx.xx.2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi aşkar edilmişdir. Nəticədə, «X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası» publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5, protokolu müdafiə edərək, «X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası» publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, “Xidmət”in nümayəndələri tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu əsassız hesab edir. Belə ki, həm tərtib olunan protokolu, həm də eyni tarixdə tərtib olunan aktı imzalayan zaman onunla razı olmadıqlarını bildrimişlər. Xidmət nümayəndələri tərəfindən tərtib olunan protokol qüvvədə olan qanunvericiliyə uyğun deyil. Protokolun məzmunundan görünür ki, həmin protokolla Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların pozulması əsas gətirilərək tərtib olunmuşdur. “Xidmət” nümayəndələri xəstəxanada olduqları zaman onların diqqətinə çatdırılmışdır ki, xəstəxanada mövcud olan ölçmə vasitələri 2021-ci ildə yoxlamadan keçirilmişdir. Ölçmə vasitələrinin sonrakı, dövri yoxlamaları ilə bağlı qanunvericilikdə konkret müddət müəyyən olunmasa da, yoxlamalararası intervalının müəyyən olunması müvafiq icra hakimiyyətinin səlahiyyətinə verilmişdir. İlkin yoxlamadan sonra, habelə istifadədə olan ölçmə vasitələrinin yoxlamalararası intervalı müəyyən edilməlidir. Nəzərə alsaq ki, ölçmə vasitələrinin yoxlanması ilə bağlı dövlət tənzimlənməsinə dair funksiya “Xidmət”in vəzifələrinə: daxil edilmişdir, o zaman həmin dövlət orqanı, yəni “Xidmət”, ölçmə vasitələrinin dövrü yoxlamalararası müddətinin müəyyən edilməsi ilə bağlı normativ akt qəbul etməli idi. Lakin inzibati xətaya dair işə “Xidmət” tərəfindən yoxlamalararası intervalın müəyyən olunmasına dair hər hansı sənəd, normativ akt, əlavə edilməmişdir. Odur ki, “Xidmət” əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli MN ******* №-li protokolu əsassız və qanunsuz hesab edir. Yuxarıda qeyd olunduğu kimi, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin, yəni “xəstəxana”nın dövlət büdcəsi hesabına fəaliyyət göstərən tibb müəssisəsi olmasını, inzibati xəta nəticəsində hər hansı gəlir əldə etməməsini və qeyd olunanların, yüngülləşdirici hallara aid edilməsi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə nəzərə almalıdır ki, “xəstəxana”nın normal fəaliyyətini təmin etmək məqsədilə 2022-ci il üçün nəzərdə tutulmuş büdcə vəsaitləri bizə çox gec daxil olduğundan, məhkəmənin icraatında olan inzibati xəta hqqında protokol tərtib olunanadək ölçmə vasitələrinin və cihazların təkrar metroloji yoxlamadan keçirilməsinə dair müvafiq orqanlara müraciət etmək imkanları olmamışdır. xx.xx.2022-ci il tarixdə “xəstəxana” ilə Azərbaycan Metrologiya İnstitutu arşında “xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmışdır. Adıçəkilən müqavilə ilə ölçmə vasitələrinin tipinin təsdiqi və dövlət reyestrində qeydə alınması, eyni zamanda ölçmə vasitələrinin, və sınaq avadanlıqlarının yoxlanması (kalibirlənməsi, attestasiyası) üzrə xidmətlərin götərilməsi və nəticələrinə uyğun müvafiq təsdiqedici sənədlərin verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respubliksı İXM-nin istinad olunan müdəalarına uyğun qaydada Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” püblik hüquqi şəxsin “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsi barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, akt ona görə tərtib olunmuşdur ki, cihazlar yoxlamadan keçməmişdir. Yoxlamadan keçmiş avadanlıqların üzərində holoqram olmalıdır, ili və nömrəsi qeyd olunur. Ölçmə vasitələrində şəhadətnamə verilir. 210 ədəd avadanlığın hamısına nümayəndənin iştirakı ilə baxılmışdır. Avadanlıqlar ölkəyə daxil olarkən tipi təsdiq olunur. Qazanxanada 50-ə yaxın cihaz var idi. Bəzi cihazlara dair şəhadətnamə təqdim olunmuşdur, lakin onların vaxtı keçmiş idi. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, inzibati işə əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Atiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X1 adına Respublika Kliniki Uroloji Xəstəxanasında 18 iyul 2022-ci il tarixdə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13 iyun 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 538.1-ci maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası” publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1169/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1169/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver