Məhkəmə qərarları › İş №3(009)-1171/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1171/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1171/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X15 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X8 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 04 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair X8 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin MN ******* saylı, 04 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 04 iyul 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv olunmasını, X17 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 4500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati tənbeh ona görə tətbiq edilmişdir ki, guya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X1 ilə 02 iyun 2022ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, o, "xxxx" MTK-da “hörgüçü usta” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bildirişi elektron qaydada müvafiq icra hakimiyyətinə göndərilmişdir. 02 iyun 2022-ci il tarixdə X6 əmək müqaviləsinin bağlanması üçün Şirkətin ərazisində olduğu zaman X13 Xidmətinin əməkdaşları tərəfindən guya onun əmək müqaviləsi qüvvəyə minməmişdən əvvəl işə cəlb edildiyi müəyyən etmişdir. Həmin şəxs də izahatında işləmədiyini, sadəcə əmək müqaviləsi bağlamaq üçün burada olduğunu bildirsə də, xidmətin əməkdaşları buna məhəl qoymamış əsassız olaraq, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Halbuki, araşdırma aparılsa idi o zaman müəyyən olunardı ki, X6 ilə 02 iyun 2022-ci ildə əmək müqaviləsi bağlanmış, elə həmin gün elektron qaydada müvafiq icra hakimiyyətinə göndərilmiş və elə həmin gün də bildirişin qeydə alınması ilə bağlı sistem vasitəsilə işəgötürənə məlumat göndərilmişdir. Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları B.Əliyevin hər hansı formada əmək müqaviləsi üzrə vəzifəsinin icrasına başladığını görməmişlər. Başqa sözlə, həmin vaxt B.Əliyevə işə götürən tərəfindən hər hansı tapşırıq verilməmiş, ona hər hansı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi tapşırılmamış, B.Əliyev əmək fəaliyyəti ilə məşğul olmamışdır. Barəsində tərtib olunmuş qərarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi göstərilsə də, hər hansı araşdırma aparılmamış, B.Əliyevin izahatına, işin faktiki hallarına qiymət verilməmişdir. Halbuki, təqdim olunmuş sənədlərlə onun tərəfindən hər hansı qanunvericilik normasının pozulmadığı, hazırki iş üzrə inzibati xəta hadisəsinin olmadığı sübut edilir. Bundan başqa, barəsində tərtib olunmuş inzibati işə onun iştirakı olmadan baxılmış, izahatı alınmamış, tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, heç bir sübuta söykənməyən, səthi araşdırma aparılmışdır. Beləliklə, X17 tərəfindən Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması halı olmadığından, bununla da hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə icraata xitam verilməlidir. Əməlində inzibati xəta tərkibinin əsasları mövcud deyildir. Ona görə də inzibati xətaya dair iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsasları ilə, xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən, şikayətin təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 04 iyul 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv olunması, X17 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şikayət vermiş şəxs X8 nümayəndəsi X17 şikayətini müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 04 iyul 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv olunması, X17 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X9 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə X14 münasibətlərinin Monitorinqi Mərkəzinin baş məsləhətçisi X10 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratşısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 02 iyun tarixli akt tərtib edilmişdir, yoxlama 10:45-dən başlanmış, saat 12:53-də bitmişdir. Yoxlama aparılan zaman X6 iş formasında olmuş, belində remeni, sarı jiletkası, kaskası olmuşdur. Bu barədə kamera görüntüləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə X14 münasibətlərinin Monitorinqi Mərkəzinin əməkdaşı X11 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratşısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 02 iyun tarixli akt tərtib edilmişdir, yoxlama 10:45-dən başlanmışdır. Hər işçiyə sıra nömrəsi verilmişdir. X6 13-cü sıra nömrəsində göstərilmişdir. Yoxlama aparılan zaman X6 iş formasında olmuş, belində remeni, sarı jiletkası, kaskası olmuşdur. Bu barədə kamera görüntüləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə X14 münasibətlərinin Monitorinqi Mərkəzinin əməkdaşı X7 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 02 iyun tarixli akt tərtib edilmişdir, yoxlama 10:45-dən başlanmışdır. İşçilər gələn zaman X6 da gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iş üçün 01 iyun 2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş, ona yuxarı qalxıb sənədləri təqdim etməsi deyilmişdir. Ayın ikisi isə yenidən həmin müəssisəyə qayıdaraq işə nə zaman başlayacağını maraqlanmışdır. O, işə cəlb edilməmiş, əynində çöl geyimi olmuşdur. Bu barədə elə həmin gün sorğu-sual ediləndə də demişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, X6 işlərin görülməsinə cəlb edilməmiş, əynində fəhlə geyimi olmamışdır. Həmçinin o, özü də heç bir işə cəlb edilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X17 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin MN ******* saylı, 04 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X17 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi kontraktı hüquqi qüvvəyə minmədən işlərin işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 4500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. İş materialında olan "xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, ünvan 1 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratşısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 02 iyun tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı 23 nəfər şəxs yoxlanıldı. Tikinti obyektinin həm sifarişçisi, həm də podratşısı "xxxx" MMC tərəfindən işə cəlb edilmiş 22 nəfər şəxslə əmək müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Tikinti obyektində 1 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işə cəlb olunduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən hörgüçü usta vəzifəsinə işə götürülmüş X4 əmək müqaviləsi xx.xx.2022ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarına əlavə edimiş işəgötürən "xxxx" MTK ilə işçi X6 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə görə işçinin xx.xx.2022-ci il tarixdən işə başlaması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ancaq X1nun "xxxx" MMC-nin tikinti ərazisində olması faktı nəzərə alınmış, B.Ə.Əliyevin "xxxx" MMC-də əmək müqaviləsi kontraktı hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmiş və inzibati xətanın törədilməsinin müəyyən olunması üçün əlavə araşdırma aparılmamışdır. Bu hal eyni zamanda yoxlamada iştirak etmiş şəxslərin məhkəmə iclasında verdiyi izahat ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi B.Ə.Əliyevin "xxxx" MMC tərəfindən əmək müqaviləsi kontraktı hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X5 və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X8 izahatları, məhkəmə iclasında şahid kimi dindirilmiş X10, X11, X7 və X4 ifadələrinə əsasən müəyyən edilmişdir ki, X2 Elçin Adil oğlu tərəfindən hər hansı işlərin xidmətlərin yerinə yetirilməsinəcəlb edilməmişdir. Üzərinə sübutetmə yükü düşən inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan isə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsiisə işəgötürəndə saxlanılır. Beləliklə, məhkəmə iclasında X4 X17 tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X17 hazırkı inzibati xəta üzrə subyekt hesab edilə bilməz, əməlin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında 04 iyul 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X17 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X8 təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin inzibati tənbeh vermə haqqında 04 iyul 2022-ci il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X17 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar