Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1172/2022 25.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1978-ci ildə Lerik rayonu Burouq kəndində anadan olmuş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri özbaşına tiklidə faktiki yaşayan, Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olan, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinnin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus dəyəri 160 manat olan qulaqcıqı onun yaşadığı mənzildən oğurlamışdır. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, X2 məxsus evdə qulluqçu işləyərkən bir ədəd qiyməti 160 manat olan qulaqcığı heç kimə xəbər vermədən götürmüş, sonra isə onun qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Onun tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs X3 ərizə yazaraq, Şəxs tərəfindən oğurladığı qulaqcığın ona qaytarılmasını, ziyanın ödənilməsini və ona qarşı tələb və şikayətinin olmamasını, onunla barışdığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, lakin inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxslərin barışmasını və vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. İş üzrə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin təhqiqatçısı Ənvər Məlikov xx.xx.2022ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR İXM-nın 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.10-cü maddəsiən əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Beləliklə məhkəmə inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını, ona vurulmuş maddi ziyanın ödənilməsini, zərəçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 53.0.10-cu maddəsinə əsasən inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1172/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1172/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver