Məhkəmə qərarları › İş №3(009)-1174/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1174/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1174/2022 25.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlu xx.xx.1976-cı ildə Şirvan şəhərində anadan olmuş, ailəli, Bakı şəhəri, Lökbatan qəsəbəsində faktiki yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN№0189613 seriyalı inzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə X1 Şəhər metrosunun qarşısındaki keçiddə X2 içərisində sənədləri və şəxsi əşyaları olan, dəyəri 50 manat olan mobil telefonu oğurlamışdır. Hakim qeyd edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxılarkən onun tamamlamaq mümkün olmadığından, geri qaytarılmalıdır. AR İXM-nın 227-ci maddəsi özgənin əmlakını qanunsuz olaraq xırda talamaya görə fiziki şəxsin inzibati məsuliyyəti müəyyən edilmişdir. AR İXM-nın 53.0.10-cu maddəsiən əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Hakim qeyd edir ki, nə təhqiqatçı, nə də inzibati protokol tərtib edən şəxs tərəfindən aparılımış araşdırma zamanı zərərçəkmiş şəxsin izahatı alınmamış, inzibati protokolda zərərçəkmiş şəxsin şəxsiyyətini səciyyələndirən məlumatlar öz əksini tapmamışdır. Digər tərəfdən AR İXM 227-ci maddəsinin sanksiyasında həbs növündə inzibati tədbirin tətbiq edilməsi nəzərdə tutulduğundan inzibati xəta törədən şəxsin iştirakı işə baxılarkən təmin edilməlidir. Hakim qeyd edir ki, işə baxarkən zərərçəkən şəxsin hadisə ilə əlaqədar mövqeyini bildiriliməsi zəruri olduğundan, inzibati protokolda zərərçəkən şəxsin şəxsiyyətini əks etdirən məlumatalar qeyd edilmədiyindən bunulada tərtib edilmiş protokol natamam olduğundan hazırki işə baxılması mümkün deyil , bu səbəbdən materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nın 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : X3 AR İXM-nın 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlər qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar