Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1179/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Ağsu rayonu, Ülgüc kəndində anadan olan, orta təhsilli, subay, işləməyən, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 13 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin sahə inspektoru polis baş leytenantı X3 inzibati xəta haqqında 13 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2023cü il tarixdə, saat 01:00 radələrindən sonra, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən Malakan bağı yaxınlığında ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında Malakan bağında olarkən ailəsinə qarşı əsəbi olduğundan ünvansız nalayiq söyüşlər işlətmiş, həmin vaxt polis əməkdaşı ona yaxınlaşaraq ona öz iradını bildirmişdir. Lakin həmin vaxt o çox əsəbi olduğundan onun iradlarına məhəl qoymayıb əməllərini davam etmişdir. Daha sonra polis əməkdaşı onu polis bölməsinə dəvət etdikdə, o, qaçmaq istəmiş, onlara qarşı əl-qol ataraq, onların tələbindən yayınmağa çalışmışdır. Sonra onu polis bölməsinə apararaq barəsində protokol tərtib etmişlər. Əməlindən səmimi peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Səbail RPİ-nin 39-cu PBnin sahə rəisi, polis polkovnik-leytenantı Tehran Sadıxov izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə inzibati ərazidə xidmətdə olan zaman Səbail rayonu, Xəqani küçəsində yerləşən Malakan bağı yaxınlığında bir nəfər şəxsin ictimai asayişi pozaraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşıb öz iradını bildirmiş, lakin həmin şəxs onların iradını səmimi qəbul etməyərək öz hərəkətlərini davam etdirmiş, ona ictimai asayişi kobud şəkildə pozduğuna görə onlarla birlikdə 39-cu polis bölməsinə getməsi bildirildikdə, həmin şəxs əl-qol hərəkətləri ataraq onların qanuni tələblərinə tabe olmamış və bu zaman onu xidməti avtomaşına əyləşdirərək 39-cu PB-nə aparmışlar. 39-cu PB-də olan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-cü ildə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu Ülgüc kəndində qeydiyyatda olan Şəxsdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri üzrə isə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, materiala əlavə edilmiş 13 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən Malakan bağı yaxınlığında ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:40-da inzibati qaydada tutulmuşdur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və 30 gün müddətinə inzibati qaydada həbs edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-4, 34, 40, 43, 114-115, 128-130, 211.2, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1179/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1179/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver