Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-118/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati iş üzrə icraat aparılan “ŞəxsMMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4 xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edib, Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan barəsində inzibati iş üzrə icraat aparılan “ŞəxsMMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Səbail RPİ-nin DYPŞ-dən MMC-yə məxsus “X9 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatın verilməsinə dair xx.xx.2020-ci il tarixdə MMC-yə sorğu daxil olmuşdur. Həmin sorğuya xx.xx.2020-ci il tarixdə cavab verilmişdir. Həmin sorğuya cavab məktubunu, eləcə də məktubun alınmasına dair qaiməni məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, həmin idarə mülkiyyətində olan “X9 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 09:58-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin sorğusu xx xxxxxxx 2020-ci il tarixdə Şəxs MMC-nin məsul şəxsi (Məmmədova) tərəfindən qəbul edilmişdir. İş materiallanda olan Şəxs MMC tərəfindən Səbail RPİ-yə ünvanlanmış xx xxxxxxx 2020ci il tarilxi məlumatın verilməsi haqqında məktubdan görünür ki, xx xxxxxxx 2020-ci il tarixində “X9 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 (sürücülük vəsiqəsi ABN 513993) tərəfindən idarə edilmişdir. İş materiallarına əlavə edilmiş surətli poçt daşınmasına dair 259467 nömrəli qaimədən görünür ki, Şəxs MMC tərəfindən göndərilən məktub Səbail rayon RPİ-nin DYPŞ-si tərəfindən xx.xx.2020 il tarixdə Əliyev tərəfindən imzalanmaqla qəbul edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin “X9 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 09:58-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün Şəxs MMC-yə sorğu göndərilmiş, qeyd edilən sorğu isə xx xxxxxxx 2020-ci il tarixdə Şəxs MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Səbail RPİ-yə xx xxxxxxx 2020-ci il tarixdə məlumatın verilməsi haqqında məktub göndərilərək, xx.xx.2020-ci il tarixində “X9 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 (sürücülük vəsiqəsi ABN 513993) tərəfindən idarə edildiyi göstərilmişdir. Təsvir olunanlardan görünür ki, Şəxs MMC Səbail RPİ-dən sorğunu aldı gündən 5 gün müddətində həmin sorğuya cavab verdiyindən, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (xx xxxxxx 2020ci il tarixli, İXP 3650815) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-118/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-118/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver