Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-118/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, Daxili İşlər Nazirliyi Baş X12i İdarəsinin 30 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş X12i İdarəsinin 30 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılrmışdır ki, 25 may 2021-ci il tarixdə saat 16 radələrində mülkiyyətində olan “Hyundai Accent” markalı, **-NJ-*** d.q.n. avtomobilimlə “Azneft” dairəsindən üzü “Bayraq Meydanı” istiqamətində, Fəthi Xoşginabi küçəsində hərəkət edib oradan yaşadığı ünvana çatdıqdan sonra “Bayrağ meydanı” ərazisində guya sürət həddini aşdığına görə 2 bal və 50 manat cərimə barədə “ Asanpay” kabinetinə elektron məlumat daxil olmuşdur. Bu inzibati işə mahiyyəti üzrə baxılaraq iki dəfə Səbail rayonu Məhkəməsi tərəfindən və bir dəfə Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq qərarlar çıxarılmışdır. Səbail rayon Məhkəməsinin sonuncu, yəni 3(009)-1568/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ilə BDYPİ-nin 25.05.2021-ci il tarixi EQ ******* saylı qərarı ləğv edilərək inzibati iş baxılması üçün BDYP-nə göndərilmişdir. İnzibati işə BDYPİ tərəfindən baxılması və araşdırılması ilə bağlı ona heç bir məlumat verilməmiş, inzibati işə yenidən baxılmasında iştirak etmək hüququmun olmasına baxmayaraq həmin qurum tərəfindən ona heç bir rəsmi bildiriş (məktub) göndərilməmiş və BDYPİ-nin 30 dekabr 2021-ci il tarixli, EQ/6543860 saylı elektron qərarla yenidən İXM- nin 328.2 maddəsi ilə təqsirli bilinib 2 bal və 50 manat əsassız cərimə edilmişdir. Əldə etdiyi elektron qərarda qeyd edilən VVC-MC800P “E-Patrol” mobil radar qurğusu ilə qeydə alınan “xəta”nın hansı mötəbər və təkzibedilməz sübutlar əsasında qeydə alındığı məlum deyil və şübhəlidir. Belə ki, “Asanpay” kabinetinə yerləşdirilən foto və videogörüntüyə görə avtomobilinin surətinin ərazidəki surət həddini göstərən nişandakı rəqəmdən artıq olması, “Epatrol” mobil radar qurğusu olan DYP avtomobilinin bununla bağlı digər Qanunun tələblərinə riayət etməklə qərar çıxarılması ona sübut edilməlidir. Həmin ərazidə yol boyu bir neçə yerdə surət həddinin saatda 70 km/saat olması barədə işarələr və radar stendi qurulmuş, həmçinin stasionar radar mövcuddur. Yaşadığı yer həmin ərazidə olduğundan avtomobilimlə həmin yoldan gün ərzində bir neçə dəfə keçir və oradakı surət həddinə əməl edərək avtomobilini saatda 70 km /saatdan artıq idarə etmir. Avtomobillərin şəhərdaxili surəti saatda 60 (70) km/saat həddində müəyyən edilmiş, ərazidəki yolun hər tərəfi 4 zolaqlı olduğundan orada surət saatda 70 km/saat müəyyən edilmiş və yalnız “Bayraq meydanının qarşısındakı yeraltı piyada keçidinə təxminən 70-80 metr qalmış surət həddini saatda 60 km/saat göstərən nişan quraşdırılmışdır. Həmin hissədə də saatda 70 km/saat surətlə hərəkət etmişdir. Lakin, tərtib edilmiş elektron qərara görə ərazidəki 60 km/saat surət həddini göstərən nişan olan hissədə surətinin 21 km/saat asmağı və guya saatda 81 km/saat surətlə hərəkət etməyi inandırıcı devil. Buna şübhələr ona görə yaranır ki, İXM-nin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat, İXM-nin 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 50 (əlli) manat məbləğində cərimə nəzərdə tutulur. Burada şübhəli məqam məhz surət həddinin 21 km/saat aşmağımın qeyd edilməsidir. Sual yaranır necə oldu ki. surəti saatda 75.76.77.78.79 və 80 olmadı və yaxud saatda 82.83.84 və va 85 və s. olmadı məhz saatda 81 km oldu? Cavab isə budur ki, İXM- nin 328.1-ci (10 manat) deyil, İXM-nin 328.2-ci (50 manat və 2 bal) maddəsinin təsirinin altına salaraq onu cərimə məbləği daha yüksək olan sonuncu maddə ilə cərimələmək məqsədi güdülmüşdür. VVC-MC800P “E-Patrol” mobil radar qurğusunun standartlara cavab verməsi, yoxlamadan keçməsi və düzgün işləyib saz vəziyyətdə olması barədə zəruri sənədlər də məhkəməyə təqdim edilməli və araşdırılmalıdır. Xüsusi texniki vasitələrdən və evakuatordan istifadə qaydasının 5.1 maddəsinə görə metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətmamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Bundan başqa VVC-MC800P “E-Patrol” mobil radarı olan DYP avtomobili ərazidəki surət həddini 60 km/saat göstərən məlumat nişanından dərhal sonra dayanması da Qanunun tələblərinə ziddir. DİN-nin 12.05.2017-ci il tarixli, Q25-001-17 saylı Yol Patrul Xidməti haqqında Təlimatın Xüsusi texniki vasitələrdən və evakuatordan istifadə qaydası bölməsinin 6.14 maddəsinə görə “informasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. DYP avtomobilin Qanunun məhz bu tələbinə riayət etməsi, yəni surət nişanından 50 metr sonra dayandığı sübut edilməlidir. Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin EQ/6543860 saylı, 30 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs X1 nümayəndəsi X5 şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patrent üzrə Dövlət Komitəsi tərəfindən həmin VVC-MC800P “E-Patrol” mobil radar qurğusunun standartlara uyğun olması, düzgün işləməsi təsdiq edilməlidir. MMC-nin sənədi qəbulolunmazdır. Kabinetə yerləşdirilən foto və videogörüntü ilə inzibati xəta faktı sübuta yetirilmir. MMC-nin təqdim etdiyi şəhadətnamə rəsmi sənəd hesab edilmir, həmçinin sənədin surətidir. Araşdırma ilə bağlı tərəfə heç bir məlumat verilməyib. X10 xidməti avtomobilinin sürət həddi qeyd olunan nişandan məhz 50 metr sonra dayanması sübut edilməlidir. Təbii ki uzun müddət keçdiyindən sübuta yetirilə bilməz. Həmçinin hansı VVC-MC800P “E-Patrol” mobil radar qurğusu ilə Yol Patrul Xidməti avtomobilində xidmət aparılması dəqiq deyil. Sənəd qəbul olunmazdır. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X6 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, inzibati xətanı aşkar etmiş xüsusi texniki vasitənin şahadətnaməsi mövcuddur. Qeyd olunan şəhadətnamə ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patrent üzrə Dövlət Komitəsi tərəfindən MMC-lərlə müqavilə bağlanmışdır və “X11 Sınaq” MMC dövlət qurumudur. Baş X12 İdarəsi ilə həmin MMC arasında müqaviləsi mövcuddur. Təqdim olunan şəhadətnamə müəyyən edilir ki, patrul avtomobilinə quraşdırılmış xüsusi texniki vasitənin sertifikatı var. Xidmətdə olan bütün avtomobillərdə quraşdırılmış xüsusi texniki vasitələrin hər birinin sertifikatı mövcuddur və yoxlamadan keçmişdir. Mübahisələndirilən xəta 99YP251 nömrəli avtomobillə Səbail rayonu ərazisində xüsusi texniki vasitə ilə müəyyən edilib. Yol hərəkəti haqqında qanunda qeyd olunmuşdur ki, radar informasiya nişanı quraşdırılmış ərazidə xidmət aparılır. Qanunda xidmətin aparılması qadağan edilməmişdir və qeyd olunan, yəni patrul avtomobilinin nişandan 50 metr sonra dayanıb xidmət aparması halının inzibati xətaya, elektron qərara heç bir aidiyyatı yoxdur və inzibati xəta mövcuddur. Elektron kabinetə yerləşdirilmiş videogörüntüdə 3 nəqliyyat vasitəsi normal sürətlə hərəkət edir, digər 99NJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə vizual baxarkən digər nəqliyyat vasitələrindən nisbətən daha yüksək sürətlə hərəkət edir. Həmin videogörüntüdən sürəti müəyyən etmək mümkün olmasa da, 99NJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin digər nəqliyyat vasitələrinə nisbətən daha artıq sürətlə hərəkət etdiyini müəyyən olunur. İnzibati xətanı aşkar etmiş xüsusi texniki vasitənin şəhadətnaməsi məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 25 may 2021-ci il tarixdə saat 15:43-də ünvan 1 ünvanında «HYUNDAİ ACCENT MİNİK» markalı, 99NJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. “X11 Sınaq” MMC-nin ölçmə vasitələrinin yoxlanılması haqqında 0580-2/2021 saylı şəhadətnaməyə əsasən 99YP251/EP2711399 zavod nömrəli E-Patrul tipli ölçmə vasitəsi 23.04.2021-ci il tarixdə yoxlamadan keçmiş və növbəti yoxlama tarixi isə 23.04.2022-ci ildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 may 2021-ci il tarixdə saat 15:43-də ünvan 1 ünvanında «HYUNDAİ ACCENT MİNİK» markalı, 99NJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi məhkəmə iclasında şəxs tərəfindən inzibati xətanın movcud olmaması deyil, məhz müvafiq dövlət qurumu tərəfindən təqdim edilən şəhadətnamənin mövcud olması, həmin xüsusi texniki vasitənin düzgün işləməsi mübahisələndirilmiş və ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, 25 may 2021-ci il tarixdə saat 15:43-də ünvan 1 ünvanında «HYUNDAİ ACCENT MİNİK» markalı, 99NJ225 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X12i İdarəsinin 30 dekabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 122.1. –ci maddəsinə əsasən İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İXM-nin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşması inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Daxili İşlər Nazirliyi Baş X12i İdarəsinin 30 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi Baş X12i İdarəsinin 30 dekabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-118/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-118/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver