Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1182/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X13 oğlunun, protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “xxxx” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə 20 may 2021-ci il tarixli qərarla ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, hüquqi şəxs “xxxx” MMC-ni (VÖEN: **********) təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X5 (FİN: 11SMV70) MMC-nin direktoru səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X6 “xxxx” MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün 2020-ci ilin aprel ayından iyul ayınadək Bakı şəhəri, Səbail rayonu ərazisində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaqın gedişində onun “xxxx” MMC-nin direktoru tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edildiyindən, iş üzrə ayrılmış material Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmiş və idarə tərəfindən yoxlama aparılmışdır. “xxxx” MMC-nin direktoru X5 izahatında göstərmişdir ki, 2020-ci ilin aprel ayından etibarən Covid-19 pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin rejimi dövründə X4 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin inzibati binasında aparılan yenidənqurma və təxirəsalınmaz təmir tikinti işləri ilə əlaqədar inzibati binaya tikinti materialları və zəruri avadanlıqların aparılması üçün Nazirlər Kabinetinə sonuncunun “xxxx”in əməkdaşı olmasına dair məlumat vermiş və həmin məlumat əsasında Nazirlər Kabineti aparatının İşlər İdarəsinin 21/6/97 nömrəli arayışına əsasən Tural Xəlilova 30 aprel 2020-ci il tarixədək Nazirlər Kabinetinin inzibati binasına daxil olmaq hüququ verilmişdir. Buna baxmayaraq X15 Holding və onun tabeliyində fəaliyyət göstərən “xxxx” MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X9 protokolu müdafiə edərək, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X7 bildirdi ki, “xxxx” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə 20 may 2021-ci il tarixli qərar qanunsuz və əsassızdır. Belə ki, “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, həmçinin iş üzrə inzibati xətaya cəlb etmə müddəti ötmüşdür. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati icraatın başlanılmasına səbəb inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan da göründüyü kimi X2 izahatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21/6-97 nömrəli arayışı, X11 Xidmətinin 05 noyabr 2020ci il tarixli məktubu olmuşdur. Həmin sənədlərdən və E.Mirzəyevin ifadəsindən də görünür ki, X12 2020-ci ilin may ayınadək Elmar Mirzəyevin sürücüsü işləmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ehtimal olunan inzibati xəta 2020-ci ilin may ayında törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsindən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olduqda müddət həmin qərarın tarixindən hesablanır. Lakin burada inzibati xəta məhz cinayət tərkibi ilə uzlaşmalı, yəni əməlin ictimai təhlükəlilik dərəcəsi az olunduğundan istintaq orqanı şəxsin əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlməli və inzibati xətaya qiymət verməlidir. Lakin hazır ki iş üzrə X12 barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2,4 və 32.4, 312.3-cü maddələri cinayət işi başlanılmış, ibtidai istintaq zamanı X4 əmək müqaviləsi olmadan çalışdığı bəlli olmuş və inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar da məhz buna görə qəbul edilmişdir. Göründüyü kimi, ehtimal olunan inzibati xəta ilə, X8 elan olunmuş ittiham tamam fərqli əməllərdir? Buna görə də hazır ki, iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi tətbiq edilə bilməz. Bundan başqa Cinayət Prosessual Qanunvericiliyi inzibati xətanın aşkara çıxarıldığı zaman inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarın qəbul olunmasını heç bir halda qadağan etmir. Yəni, istinaq orqanı sübutların qiymətləndirilməsi qərarından əvvəl də inzibati icraata başlaya bilərdi. Bundan başqa E.Mirzəyevin ifadəsindən də görünür ki, X12 onun şəxsi sürücüsü işləmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin arayışından görünür ki, X12 “xxxx”in əməkdaşı olmuşdur. Bu hallar onu da təsdiq edir ki, “xxxx” MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 20 may 2021-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq, belə hesab edir ki, “xxxx” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il aprel tarixli 21/6-97 nömrəli arayışından görünür ki, “xxxx”in əməkdaşı X8 Nazirlər Kabinetinin inzibati binasına daxil olmaq hüququ 30 aprel 2020-ci il tarixədək verilmişdir. “xxxx” MMC-nin 16 noyabr 2020-ci il tarixli, 40 nömrəli məktubundan görünür ki, X10 “xxxx” MMC və “xxxx” MMC-nin əməkdaşı olmamışdır. Onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti 05 noyabr 2020ci il tarixli məktubdan görünür ki, X4 adına mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişindən X10 “xxxx” MMC və “xxxx” MMC-nin əməkdaşı olması müəyyən olunmur. Hazırki iş materiallarından görünür ki, X8 Nazirlər Kabinetinin inzibati binasına daxil olmaq hüququ 30 aprel 2020-ci il tarixədək verilmişdir və inzibati xətanın törədildiyi həmin vaxtdan üç aydan artıq müddət keçmişdir. Belə olan halda “xxxx” MMC müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad olunmalı və hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il aprel tarixli 21/6-97 nömrəli arayışında X4 “xxxx”in əməkdaşı kimi Nazirlər Kabinetinin inzibati binasına daxil olmaq hüququnun olması göstərilsə də, inzibati xəta haqqında iş üzrə 20 may 2021-ci il tarixli qərarda material “xxxx” MMC-nin məsuliyyətə cəlb olunması xahiş olunur. İnzibati xəta haqqında materiallarda yalnız “xxxx” MMCnin direktoru Elmar Mirzəyevin öz izahatında X4 onun şəxsi sürücüsü olduğunu və Nazirlər Kabinetinin inzibati binasında aparılan təmir işləri dövründə tikinti materialları və zəruri avadanlıqların aparılması üçün sonuncunun “xxxx” işləməsi barədə məlumat verdiyini göstərmişdir. Bundan başqa X4 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “xxxx” MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən digər dəlillər məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1ci, 8.2-ci və 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, həmçinin inzibati tənbeh vermə müddəti başa çatdığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “xxxx” MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə inzibati xətalara dair icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1182/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1182/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver