Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1182/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Xaçmaz rayonu İlxıçı-Məmmədxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş 26 iyul 2022-ci -ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs26 iyul 2022-ci -ci il tarixdə Sahil bağında PPX-nın qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru polis baş leytenantı X3 protokolu müdafiə edərək bildirdi ki, Şəxs 26 iyul 2022-ci -ci il tarixdə polisin qanuni tələblərinə tabe olmamışdır. Bu fakt iş materiallarına əlavə edilmiş raportla təsdiq edilir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Sahil bağında oturacaqda oturarkən ona tanımadığı şəxs yaxınlaşaraq “GO” içkisini almağını xahiş etmişdir. İki ədəd içki alaraq birini həmin şəxsə vermişdir, digərini özü içmişdir. Oturacaqda yanında əyləşmiş qız musiqini qoşaraq rəqs etməyə başlamış, sonra onlara tanımadığı oğlanlar qoşulmuşlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Digərləri polisin göstərişlərinə tabe olaraq oradan uzaqlaşmışlar, o isə polisin tələblərinə tabe olmayaraq qaçmağa cəhd etmişdir. Polislər onu 39-cu PB-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis mayoru X9 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 07:30-da Sahil bağında xidmətdə olarkən 3 nəfər şəxsin yüksək səslə mahnıya qulaq asaraq rəqs etdiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onları nizam-intizama dəvət etmişlər. Onlardan ikisi tabe olaraq oradan uzaqlaşmışlar. Şəxs isə qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd etmiş, bu zaman onu 39-cu PB-yə dəvət etmişlər, Şəxs polisə müqavimət göstərərək özünə xəsarət yetirməyə başlamışdır. Avtopatrulla onun 39-cu PB-yə aparılmasını təmin etmişlər. Orada onun içkili olduğu müəyyənləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin PPX Bölüyü polis nəfəri X1 Vüsal Elxan oğlunun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXMnin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 26 iyul 2022-ci -ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:30-da Sahil bağında xidmətdə olarkən 3 nəfər şəxsin yüksək səslə mahnıya qulaq asaraq rəqs etdiyini görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onları nizam-intizama dəvət etmişlər. Onlardan ikisi tabe olaraq oradan uzaqlaşmışlar. Şəxs isə qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd etmiş, bu zaman onu 39-cu PB-nə dəvət etmişlər, Şəxs polisə müqavimət göstərərək özünə xsarət yetirməyə başlamışdır. Avtopatrulla onun 39-cu PB-nə aparılmasını təmin etmişlər. Orada onun içkili olduğu müəyyənləşmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, onun polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə, tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 114, 115, 128.2.1, 130.1 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1182/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1182/2022
26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver