Məhkəmə qərarları › İş №3(009)-1183/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1183/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1183/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəs ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş 25 iyul 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azneft dairəsi yaxınlığında DYP tərəfindən saxlanılmış, sənədlərini təqdim etməmiş. Nəqliyyat vasitəsinin qapılarını bağlayaraq tabesizlik göstərmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi, polis mayoru X6 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qohumu X2 məxsus **-GC-*** Mercedes S Class markalı avtomobili idarə edirdi. X5 onun yanında sərnişin kimi oturmuşdu. Bakı şəhəri Səbail rayonu Z.Əliyeva küçəsində hərəkətdə olan zaman Neftçilər prospektində yerləşən Emporio Armani mağazasının qarşısında DYP-nin motopatrul inspektoru ona saxla əmri vermişdir. Avtomobili saxladıqdan sonra YPX əməkdaşı yaxınlaşaraq avtomobilin qapısını açmağı bildirdi. YPX əməkdaşlarının çox və aqressiv olmalarından qorxaraq avtomobilin pəncərəsini azca açaraq qapını bağlamışdır. Bu vəziyyətdə təxminən 30-40 dəqiqə avtomobildə qalmışlar. Atası gəldikdən sonra qapını açmışlar, sonra onları 9-cu PB-yə aparılmışlar. Məhkəmə iclasında şahid X3 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Səbail rayonu, Azneft dairəsində xidmətdə olarkən radio cihaz vasitəsilə **-GC-*** dövlət qeydiyyat nişanlı "Mercedes S Class" markalı avtomobilə saxla əmri vermiş, lakin həmin avtomobilin sürücüsü saxla əmrinə tabe olmamışdır. Neftçilər prospektində həmin avtomobil müdaxilə nəticəsində saxlanılmışdır. Həmin zaman avtomobilə yaxınlaşaraq sürücünün özünü təqdim etməyi tələb etdikdə sürücü və yanında oturan sərnişin avtomobilin pəncərələrini və qapısını bağlamış və özünü təqdim etməmişdir. Həmin vətəndaşlara dəfələrlə xəbərdarlıq edilsə də onlar tabesizlik göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2022-ci il tarixdə, saat 18:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 9-cu PB-nin Arayışından görünür ki, xx.xx.2022ci il tarixdə təxminən saat 18:00 radələrində Bakı şəhər BDYPİ-nin inspektoru eskort 25 saylı motopatrul Səbail rayonu, Z.Əliyeva küçəsində **-GC-*** d.q.n-lı "Mercedes S Class" markalı avtomobilə saxla əmri verilmiş lakin həmin avtomobil sürücüsü saxla əmrinə tabe olmamışıdır. Neftçilər prospektində həmin avtomobil müdaxilə nəticəsində saxlanılmışdır. Həmin zaman inspektor avtomobilə .axınlaşaraq sürücünün özünü təqdim etməyi tələb etdikdə sürücü və yanında oturan sərnişin avtomobilin pəncərələrini və qapısını bağlamış və özünü təqdim etməmişdir. Həmin vətəndaşlara nəfələrlə xəbərdarlıq edilsədə onlar tabesizlik göstərmişdir. Hadisə ilə bağlı bölmənin əməliyyat qrupu göstərilən ünvanda olmuş və həmin şəxslər bölməyə dəvət edilmişdir. Bölmədə həmin şəxslərin, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olaraq yaşayan, subay, işləməyən, əvvəllər məhkumluğu olmayan, Şəxs (***-***-**-**) və xx.xx.1984-cü il təvəllüdlü, Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanında qeydiyyatda olan, lakin ünvan 4ayan, 1-ci Qarabağ Müharibəsi qazisi, 1-ci qrup əlil olan, işləməyən, əvvəllər CM-nin 228.1 və 228.4-cü maddələri ilə məhkumluğu olmuş, X5 (***-***-**-**) 3 maları müəyyən edilmişdir. A.Kəngərli ilə ilkin söhbət zamanı, deməsinə görə, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan **-GC-*** d.q-lı "Mercedes S Class" markalı avtomobilini qohumu olan Şəxs idarə etməsi məqsədilə vermiş özü də yanında sərnişin qismində oturmuşdur. Təxminən 18:00 radələrində Səbail rayonu, Z.Əliyeva ilə Neftçilər prospektinin kəsişməsində hərəkətdə olan zaman DYPİ-nin əməkdaşı onlara saxla əmri vermişdir. Şəxs deməsinə görə DYPİnin əməkdaşı onları saxlayan zamanı onlar həyəcanlanaraq avtomobilin qapısını və pəncərəsini bağlayaraq tabesizlik göstərmişdir. X1 iltizamı alınaraq buraxılmış, sürücü Şəxs barəsində AR İXMnin 535.1-ci maddəsilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, **-GC-*** dövlət qeydiyyatlı "Mercedes S Class" markalı avtomobildə sürücü qismində əyləşmiş Şəxs polisin xəbərdarlığına baxmayaq avtomobilin qapısını və pəncərəsini bağlayaraq tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati həbs tətbiq edilməli, inzibati həbsdə saxlama müddətinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 88, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar