Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1183/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Polis İdarəsinin DYPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:05-də idarə etdiyi “BMW 325 Xl minik” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 12 mart 2025ci il tarixdə saat 03:20-də sürücüsü Şəxs idarə etdiyi «BMW» markalı 99- FZ-702 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti Az-Neft dairəsindən üzü Niyazi küçəsi istiqamətində sağdan gələn nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdirən zaman sağdan yəni Neftçilər prospekti ilə üzü Az-Neft dairəsi istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi “Toyota-Prius” markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuş nəticədə “Toyota-Prius” markalı avtomaşının sürücüsü Türkanə Məmmədova qarının beldən aşağı hissəsinin və çanağın səthi travması, onurğanın bel şöbəsinin kapsul-bağ aparatının gərilməsi,zədələnməsi ilə nəticələnən Yüngül bədən xəsarəti almışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsinə dair toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2025-ci il tarixli, 114 №-li ekspert rəyindən görünür ki, vətəndaş T.T.Məmmədovanın xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Vətəndaş T.T.Məmmədovanın adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan “Qarının beldən aşağı hissəsinin və çanağın səthi travması, onurğanın bel şöbəsinin kapsul-bağ aparatının gərilməsi, zədələnməsi” bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və qeyd olunan xəsarətlər bel nahiyəsində kəskin ağrılar və hərəkət məhdudluğu ilə müşayiət olunduğundan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli etirazdan görünür ki, sözügedən protokolda AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimin əsası kimi 12 mart 2025-ci il tarixdə saat 03:20-də idarə etdiyim «BMW» markalı **-FZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti Az- Neft dairəsindən üzü Niyazi küçəsi istiqamətində sağdan gələn nəqliyyat vasitəsinə yol verməyərək hərəkətimi davam etdirən zaman sağdan yəni Neftçilər prospekti ilə üzü Az- Neft dairəsi istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi «Toyota-Prius>> markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmağım və nəticədə X1 yüngül zərər dəyməsi olmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, tərəfimdən hər hansı bir inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Türkanə Məmmədova hər hansı bir xəsarət almamışdır. Türkanə Məmmədovanın xəsarət almaması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, yol nəqliyyat hadisəsi üzrə Səbail RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılan zaman «Toyota-Prius>> markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü X2 bədəni üzərində olan xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə Məhkəmə tibbi ekspertizası təyin edilmiş, Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 114 saylı rəyində isə «Toyota-Prius» markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü X2 bədəni üzərində hər hansı bir xəsarətin aşkar edilmədiyi göstərilmişdir. Bütün bunlar Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Yanar Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Belə olduğu təqdirdə təqdirdə də tərəfimdən hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasında zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirlidiyi halda inzibati xəta tərkibinin yarandığı göstərilmişdir. Bir daha qeyd edim ki, Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 114 saylı rəyindən də göründüyü kimi «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü X2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi «Toyota-Prius>> markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü X2 bədənində hər hansı bir xəsarətin olmaması, yəni tərəfimdən hər hansı bir inzibati xətaqnın törədilməməsi məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 114 saylı rəyi ilə sübuta yetirilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin hadisə baş verən zaman «Toyota-Prius>> markalı **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Türkanə Məmmədova hər hansı bir xəsarət almadığını bildirmiş, eyni zamanda onun bədəni üzərində də hər hansı bir xəsarət olmamışdır. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl ə əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Yuxarıda göstərdiyimi xüsusatlardan açıq-aydın görünür ki, hazırki iş üzrə mənim heç bir təqsirim olmamışdır. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimaitəhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri də inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdır. Belə ki, barəmdə əsassız olaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə protokol tərtib edilməsi təqsirsizlik peruzimpsiyasına ziddir. Qeyd edim ki, barəmdə tərtib edilmiş hazırki inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə, yəni hadəsinin baş verməsindən (hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir) 1 ay sonra, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsindən 16 gün sonra qəbul edilmişdir. Səbail Rayon DYPŞ-nin polis mayoru Ramiq Rzayev tərəfindən barəmdə AR İnzibati Xətalar Məcəlləsini 327.8-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli Protokola dair icraatınızda olan 3(009)-1183/2025 saylı inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasını mənim iştirakım olmadan keçirərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, 12 mart 2025-ci il tarixdə saat 03:20-də sürücüsü Şəxs idarə etdiyi «BMW» markalı, 99- FZ-702 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti Az-Neft dairəsindən üzü Niyazi küçəsi istiqamətində sağdan gələn nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdirən zaman sağdan yəni Neftçilər prospekti ilə üzü Az-Neft dairəsi istiqamətində hərəkətdə olan sürücü X2 idarə etdiyi “Toyota-Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş nəticədə “Toyota-Prius” markalı avtomobilin sürücüsü Türkanə Məmmədova qarının beldən aşağı hissəsinin və çanağın səthi travması, onurğanın bel şöbəsinin kapsul-bağ aparatının gərilməsi, zədələnməsi, yüngül bədən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1183/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1183/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver