Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1184/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayətçi X3, X1 iştirakları ilə, Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli X9 haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X6 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında işin icraatına xitam verilməsi və ödəniş sistemində yerləşdirilmiş cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 31 dekabr 2020 tarixində səhər saat 09:00 radələrində avtobus ilə işdən evə gedirdi. Muvəqəti qurulmuş postda avtobusu saxlayıb sərnişinləri icazələrin olub olmamağına yoxlamağa başladılar. Onun üstündə şəxsiyyət vəsiqəsi, buraxılış vəsiqəsi və karantin rejimi üçün nəzərdə tutulan xüsusi buraxılışı olmuşdur. Onun adını, soyadını soruşub portalda icazəsinin olub olmamağını yoxlayarkən portalda icazəsinin olmadığını söyləmişlər. Polis əməkdaşına izah etmişdir ki, onun xüsusi icazəsi var çünki o, Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Dəniz Qüvvələrin N nömrəli hərbi hissəsində işləyir. Ondan şəxsiyyət vəsiqəsini və karantin rejimi üçün nəzərdə tutulan xüsusi buraxılışını təqdim etməyə xahiş etdilər. Sənədlərini təqdim etmiş, polis əməkdaşı ona heç nə demiyərək sənədlərinə baxış keçirərək qaytarmışdır. 13 yanvar 2021-ci il tarixində yaşadığı ünvana məktub gəlmişdir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddasi ilə TP ******* nömrəli X9 haqqında qərara əsasən İXP3701913 nömrəli protokol tərtib olunub və 200(iki yüz) azn cərimə olunmuşdur. Dərhal iş yerinə müraciət etmiş və 18 yanvar 2021 tarixində Hərbi Hissənin Komandiri tərəfindən Nəsimi Rayon Polis İdarəsinin Rəisin adına məktub yazılıb ki, o, həqiqətən 31 dekabr 2020-ci il tarixində növbədən qayıdarkən saxlanılmış və karantin rejimi üçün nəzərdə tutulan xüsusi buraxılışını təqdim etdiyinə baxmayaraq sonradan cərimələnmişdir və cərimə səhv olduğu üçün xahiş olunur ki, onun ləğv edilməsində köməklik etsinlər. Lakin 03 fevral 2021 tarixli cavab məktubunda qeyd olunub ki, onun icazəsi olmayıb və karantin rejimi üçün nəzərdə tutulan xüsusi buraxılış vəsiqəsini təqdim etməmişdir. Qeyd edir ki, həmən gün o, işdən qayıdırdı və sənədlər üstündə olub, onları təqdim etməmək üçün onun səbəbi yox idi. Şikayətçi məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat verərək, Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında işin icraatına xitam verilməsi və ödəniş sistemində yerləşdirilmiş cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətçi şikayət ərizəsi ilə birlikdə məhkəməyə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, Səbail Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 3(009)-1184/2021 saylı qərarı ilə buraxılmış prosessual müddət bərpa olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli X9 haqqında qərarından görünür ki, X6 3 1dekabr 2020-ci il tarixdə saat 09:01-də 28 May ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələbini pozmuş və nəticədə 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Dəniz Qüvvələrin N nömrəli hərbi hissənin komandirinin Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış məktubundan görünür ki, X6 31 dekabr 2020-ci il tarixində işlədiyi N nömrəli hərbi hissədən növbədən sonra evə gedərkən təxminən saat 09:01 radələrində 28 may ərazisində Nəsimi Rayon Dövlət X11 Polis mayoru X7 tərəfindən saxlanılaraq xidməti vəsiqə təqdim edildiyi halda Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, İXP3701913 nömrəli protokol tərtib edilərək işçi X4 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 200 (iki yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Yuxarıda qeyd olunan faktları nəzərə alaraq X9 Haqqında TP ******* nömrəli Qərarın ləğv edilməsi barədə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Dəniz Qüvvələrin N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış cavab məktubundan görünür ki, 31 dekabr 2020-ci il tarixdə X6 Nəsimi rayonu, 28 May küçəsində quraşdırılmış stasionar postda saxlanılaraq yoxlanılmış, “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nin tələblərinə əsasən müvafiq elektron və sms icazəsi olmadığı, eləcə də xidməti vəsiqə təqdim etmədiyi üçün epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 200(iki yüz) manat cərimələnməsi barədə TP ******* seriya nömrəli inzibati təbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri tərəfindən imzalanmış 89 nömrəli buraxılış vəsiqəsinin surətindən görünür ki, X6 buraxılış vəsiqəsi karantin rejimi dövrü üçün nəzərdə tutulmuş və karantin rejimi ərzində etibarlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, X3 xüsusi karantin rejimi müddətində xidməti vəsiqə ilə hərəkət etməsinə icazə verildiyi və vəsiqəni təqdim etdiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki bu hal onun inzibati məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli X9 haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,76,84, 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qəbul edilmiş Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli X9 haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Nəsimi rayon DYPŞ-nin TP ******* saylı 31 dekabr 2020-ci il tarixli X9 haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1184/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1184/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver