Məhkəmə qərarları › İş №3(009)-1185/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1185/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1185/2021 07.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunu katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin X12i İdarəsinin 09 mart 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Baba-zadə Rəfi Hacıbaba oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Baba-zadə Rəfi Hacıbaba oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi X12 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ ******* saylı elektron qərarının ləğv edilməsi və Bakı şəhəri, X7 küçələrinin kəsişməsində yol nişanları və nişanlanma xətləri arasında mövcud olan ziddiyət aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 08 mart 2021-ci il tarixində idarə etdiyi “Nissan Tiida” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərində Rəşid Behbudov küçəsindən Xəqani küçəsinə sağa dönərək hərəkətini davam etdirmişdir. 09 mart 2021-ci il tarixində, yuxarıda qeyd edilən küçələrin kəsişməsində guya ki, o, “Yol hərəkəti haqqında” AR qanununun 69-cu maddəsinin, yəni “1.18 - zolaqlar üzrə hərəkət istiqaməti yol nişanlama xəttinin” tələbini pozmuş və buna görə ona qarşı xüsusi texniki vasitənin köməyi ilə inzibati tənbeh vermə haqqında EQ ******* saylı elekton qərar tətbiq olunmuşdur. Sükan arxasında o, özü olmuş və yuxarıda qeyd edilən Nəqliyyat vasutəsinin idarə edilməsinə icazə verən sonuncu etibarnamə anası X4 adına olduğu üçün bu qərar da məhz onun adına qeyd edilmişdir. İddia edilən qanunun tələbinin pozulması ilə bağlı qeyd etmək istəyir ki, yuxarıda qeyd edilən yol kəsişməsində Yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyyət mövcuddur və bu tupli ziddiyətlər Bakı şəhərinin bir çox küçələrində var. Yol kəsişməsində (Rəşid Behbudov küçəsindəki hissədə) “4.1.4 - Məcburi hərəkət istiqaməti nişanı” mövcuddur və qeyd edilən yolayırısında hərəkət istiqaməti bu nişan vasitəsilə tənzimlənməkdədir. Lakin eyni zamanda qeyd edilən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən “1.18” nömrəli yol nişanlanma xətləri mövcuddur. Bu yolda hərəkət edərkən o, “4.1.4 - Məcburi hərəkət istiqaməti nişanı”-nın tələbini rəhbər tutaraq hərəkətini davam etdirmişdir. Həmin vəziyyət, yəni konkret yerdə daimi yol nişanları və nişanlanma xətləri arasında ziddiyyət, hətta adi uyğunsuzluğun olması yolverilməzdir və təhlükəlidir, çünki hərəkət iştirakçılarının çaşdırılmasına və qəzalara səbəb ola bilər. Belə hal yol hərəkətinin təşkilində, xüsusən nişan və nişanlanma xətlərinin tətbiqində ciddi qüsurdur, ona görə də təcili aradan qaldırılmalıdır. Yollarda tətbiq olunan svetoforların, daimi yol nişanlarının və daimi nişanlanma xətlərinin tələbləri arasında heç bir halda ziddiyyət və uyğunsuzluq ola bilməz. Əgər belə ziddiyyət və uyğunsuzluq varsa, bu vəziyyət dərhal aradan qaldırılmalıdır və həmin yol sahəsində optimal, rahat və təhlükəsiz hərəkət sxeminə uyğun olaraq svetofor, yol nişanları və nişanlanma xətləri bir-birinə uyğunlaşdırılmalıdır. Təcrübədə daha çox məcburi hərəkət istiqaməti nişanları (4.1.1-4.1.6 nişanları) ilə 1.18 nişanlanması (yolayrıcında konkret zolaqdan yol verilən hərəkət istiqamətini bildirən və asfalt üzərində çəkilən oxlar) arasında ziddiyyət olduğuna rast gəlinir. Belə ziddiyyət yol hərəkəti qaydalarının kobud pozulmasıdır. Belə kobud pozuntunun mövcud olduğu vəziyyətdən çıxış yolu isə bircə dənədir: həmin vəziyyətin təcili aradan qaldırılması yol nişanlarının və nişanlanma xətlərinin bir-birinə uyğunlaşdırılması. «Yol hərəkəti haqqında» Qanunun 69-cu maddəsinin 4-cü hissəsində deyilir ki, yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Qanunun bu konkret müddəasından görünür ki, nişanlanma xətləri nişanlarla bərabər, onlarla birlikdə tətbiq edilmişdirsə, deməli, nişanların mənasını tamamlamağa və dəqiqləşdirməyə xidmət etməlidir. Həmin nişanlanmaların fərqli mənası və ya tələbi ola bilməz. Bunun mövcudluğu Qanunun tələbinin kobud pozulması olardı. Qeyd olunduğu kimi, yalnız müvəqqəti nişan və nişanlanma xətləri ilə daimi nişanlar və nişanlanma xətləri, habelə svetoforlar arasında ziddiyyət ola bilər. Belə hallarda sürücülər müvəqqəti nişan və nişanlanma xətlərinin tələblərini üstün tutmalıdırlar. Bu müddəa 1968-ci il Konvensiyasında və həmin dövrlərə aid qanunvericilik aktlarında təsbit edilmişdir. Bir-birinə zidd nişanın və ya nişanlanmanın tələbini pozan sürücü məsuliyyətə cəlb oluna bilməz, qəzalar baş verdikdə isə həmin ziddiyyətli halı aradan qaldırmağa məsul olan şəxslər də məsuliyyətə cəlb edilməlidir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ ******* saylı elektron qərarının ləğv edilməsi və Bakı şəhəri, X7 küçələrinin kəsişməsində yol nişanları və nişanlanma xətləri arasında mövcud olan ziddiyət aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1185/2021 saylı 04.06.2021-ci il tarixli qərarından görünür ki, şikayətçi Baba-zadə Rəfi Hacıbaba oğlu barəsində Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin 09 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyyasiya Məhkəməsinin 3(103)-2016/21 saylı 03.09.2021-ci il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Baş polis İdarəsinin X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxıldığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsinin rəis müavini Kamran Əliyevin apellyasiya şikayəti qismən təmin edilmiş. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1185/2021 saylı 04.06.2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Şikayət vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X3 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, Baba-zadə Rəfi Hacıbaba oğlu sükan arxasında özü olmuş və nəqliyyat vasitəsinin idarə edilməsinə icazə verən sonuncu etibarnamə anası X4 adına olduğu üçün bu qərar da məhz onun adına qeyd edilmişdir. İddia edilən qanunun tələbinin pozulması ilə bağlı qeyd etmək istəyir ki, yuxanda qeyd edilən yol kəsişməsində Yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyyət mövcuddur və bu tipli ziddiyətlər Bakı şəhərinin bir çox küçələrində var. Yol kəsişməsində (Rəşid Behbutov küçəsindəki hissədə) “4.1.4 - Məcburi hərəkət istiqaməti nişanı” mövcuddur və qeyd edilən yolayırısında hərəkət istiqaməti bu nişan vasitəsilə tənzimləməkdədir. Lakin eyni zamanda qeyd edilən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən ”1.18” nömrəli yol nişanlanma xətləri mövcuddur. Bu yolda hərəkət edərkən o, “4.1.4 — Məcburi hərəkət istiqaməti nişanı”-nın tələbini rəhbər tutaraq hərəkətini davam etdirmişdir. Bununla razılaşmayaraq hesab edir ki, şikayət təmin edilməməli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, birincisi, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, qərar xüsusi texniki vasitə işə aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilir. İkincisi, qəbul edilmiş qərardan şikayət vermək (subyektiv) hüququ yalnız barəsində qərar çıxarılmış şəxsə məxsusdur. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan subyektlərin dairəsini göstərərkən faktiki olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını müəyyən etmiş olur. Bu subyektlərin dairəsi qanunvericilikdə dəqiq və məhdud müəyyən edilmişdir. Üçüncüsü, şikayətin mahiyyətinə gəldikdə isə qeyd etməyi lazım bilirəm ki, yol nişanları arasında hər-hansı ziddiyyət mövcud deyil. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 18)-ci bəndinə əsasən 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2-ci nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Göründüyü kimi belə olan halda yolayrıcında hərəkət zolaqlar üzrə verilmiş istiqamətləri göstərməklə yanaşı müstəqil və yaxud 5.8.1, 5.8.2 yol nişanları ilə birlikdə tətbiq edilməsi qanunda nəzərdə tutulduğundan X4 haqqında qəbul edilmiş EQ 5832808” inzibati tənbeh vermə haqqında elektorn qərar tam qanuni və əsaslıdır. Beləliklə də hesab edir ki, Baba-zadə X9 Azərbaycan Respublikası DİN X12 İdarəsinin “EQ 5832808” nömrəli tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayət təmin edilməyərək qəbul edilmiş qərar qüvvədə saxlanılmasını xahiş edirəm. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hadisəni əks etdirən videogörüntüyə baxıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli, EQ ******* saylı elektron qərardan görünür ki, X5 08 mart 2021-ci il tarixində Xəqani-Rəşid Behbudov küçəsinin kəsişməsində “Nissan Tiida” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozmuş və nəticədə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən ki, Baba-zadə Rəfi Hacıbaba oğlunun 08 mart 2021-ci il tarixində, saat 11:57-də Xəqani–Rəşid Behbudov küçəsi, kəsişməsində idarə etdiyi Nissan Tilida minik markalı 90KC381 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən və 19.09.2020-ci il tarixli etibarnamədən aydın olur ki, Baba-zadə X11 inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olmamağına baxmayaraq X4 adında şikayət vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08 mart 2021-ci il tarixində Xəqani-Rəşid Behbudov küçəsinin kəsişməsində “Nissan Tilida” markalı **-KC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 08 mart 2021-ci il tarixində Xəqani-Rəşid Behbudov küçəsinin kəsişməsində “Nissan Tiida” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 09.03.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunun tələbləri pozulmamış, məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə 09.03.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etməl hüququ olmayan Baba-zadə Rəfi Hacıbaba oğlu tərəfindən verilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 18)ci bəndinə əsasən 1.18 yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2-ci nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Göründüyü kimi belə olan halda yolayrıcında hərəkət zolaqlar üzrə verilmiş istiqamətləri göstərməklə yanaşı müstəqil və yaxud 5.8.1, 5.8.2 yol nişanları ilə birlikdə tətbiq edilməsi qanunda nəzərdə tutulduğundan X4 haqqında qəbul edilmiş EQ 5832808” inzibati tənbeh vermə haqqında elektorn qərar tam qanuni və əsaslıdır. Beləliklə, məhkəmə Baba-zadə Rəfi Hacıbaba oğlunun şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi X12 İdarəsinin 09 mart 2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış Babazadə Rəfi Hacıbaba oğlu avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X12i İdarəsinin 09 mart 2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan Baba-zadə Rəfi Hacıbaba oğlunun şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Baba-zadə Rəfi Hacıbaba oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin X12i İdarəsinin 09 mart 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar