Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1185/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Polis İdarəsinin DYPŞ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da idarə etdiyi “SETRA S215 HR avtobus” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 26 fevral 2025ci il tarixdə təxminən saat 20 radələrində sürücü Şəxs idarə etdiyi «Setra S215» markalı **-CD- *** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ilə üzü Bağlar küçəsi istiqamətində iki tərəfli yolun birinci hərəkət zolağı ilə saatda təxminən 20 km surətlə hərəkətdə olan zaman idarə etdiyi sərnişin avtobusunun əyləci sıradan çıxdığından idarə etməni itirərək avtobus arxa-arxaya hərəkət edilib yolun sağ kənarında olan «X1» şirkətinin giriş hissəsinin divarına arxası ilə dəyərək toqquşmuş nəticədə avtobusda sərnişin qismində Banqladeş Xalq Respublikasının vətəndaşları olan Ramjan MD,Sentu Mohammad, Molla MD Redwan, X3 və Rajan MD müxtəlif dərəcəli bədən xəsarətləri almışdırlar. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsinə dair toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 2/11079 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin gün ayıq vəziyyətdə olmuşdur. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2025-ci il tarixli, 77 №li ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər – sağ diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixində, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2025-ci il tarixli, 78 №li ekspert rəyindən görünür ki, Sentu Mohammadın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ baldırın orta 1/3-nin qançır və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixində, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2025-ci il tarixli, 79 №li ekspert rəyindən görünür ki, Molla MD Redwanım bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsinin qançır və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixində, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2025-ci il tarixli, 80 №li ekspert rəyindən görünür ki, Ramjan MD-nin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2025-ci il tarixli, 81 №li ekspert rəyindən görünür ki, Rajan MD-nin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, 26 fevral 2025-ci il tarixdə təxminən saat 20 radələrində sürücü Şəxs idarə etdiyi «Setra S215» markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu ilə üzü Bağlar küçəsi istiqamətində iki tərəfli yolun birinci hərəkət zolağı ilə saatda təxminən 20 km surətlə hərəkətdə olan zaman idarə etdiyi sərnişin avtobusunun əyləci sıradan çıxdığından idarə etməni itirərək avtobus arxa-arxaya hərəkət edilib yolun sağ kənarında olan «X1» şirkətinin giriş hissəsinin divarına arxası ilə dəyərək toqquşmuş nəticədə avtobusda sərnişin qismində Banqladeş Xalq Respublikasının vətəndaşları olan Ramjan MD,Sentu Mohammad, Molla MD Redwan, X3 və Rajan MD-nin müxtəlif dərəcəli yüngül bədən xəsarətləri almaları ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1185/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1185/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver