Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1186/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 qızının şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 qızı şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 06.01.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ünvanında karantin rejimi qaydaları yoxlanarkən icazə almadan yaşayış yerini tərk etmişdir. O, isə ona məxsus mobil telefonda olan mesajı göstərərək icazə aldığını bildirmişdir. Polis əməkdaşı isə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsində rəqəm səhvliyinə yol verdiyini və buna görə də icazənin aktiv olmadığını bildirmişdir. Həmin vaxt o, səhvini anlayaraq bunun qəsdən olmadığını yaşlı qadın olduğu üçün rəqəm səhvinə yol verdiyini bildirnişdir. Daha sonra isə həmin polis əməkdaşı onun üçün yenidən sms vasitəsi ilə icazə almışdır. Bundan sonra o, yoluna davam etmişdir. Lakin yaxın zamanlarda ona Səbail rayon İcra Şöbəsindən icraata başlamaq haqqında qərar gəldikdə məlum olmuşdur ki, onun barəsində heç bir məlumatı olmadan 06.01.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol üzrə eyni tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilərək aidiyyəti üzrə icra olunması üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra isə həmin qərar əsasında MN seriyalı, ******* nömrəli qərar qəbul edilərək 200 (iki yüz manat) məbləğində İXM-nin 211.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Daha sonra həmin qərar icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin həmin qərarla razı deyil. Çünki onun həmin vaxt elektron icazə portalında icazəsinin hansı səbəbdən dolayı olmamasını polis əməkdaşına da məlumat vermişdir. Lakin polis əməkdaşı onun sözlərinə məhəl qoymamışdır. O, sözügedən qərar ilə razı deyil və hesab edir ki, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməlidir. Bundan əlavə bildirir ki, o, onkoloji xəstədir. Bununla bağlı əməliyyat olunmuş və hal-hazırda müalicə alır. Tibbi sənədlərin surətlərini ərizəsinə əlavə edir. Göstərdikləri nəzərə alınaraq barəsində qəbul edilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 qızı və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmənin 07.06.2021-ci il tarixli iclasında iştirak edən şikayətçi X4 şikayətini müdafiə edib, qeyd etmişdir ki, o, SMS icazə alaraq evdən çıxmış, sadəcə onun icazəsində şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsində texniki səhvə yol verilmişdir. 8103 sms göndərərkən şəxsiyyət vəsiqəsinin nömrəsinin bir rəqəmini səhv göndərmişdir. Hesab edir ki, şikayəti əsaslıdır. Ona görə də şikayətinin təmin edilərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin 07.06.2021-ci il tarixli iclasında iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X5 göstərmişdir ki, əvvəl Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində sahə inspektoru vəzifəsində işləmiş, 2021-ci ilin may ayından Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində işləyir. Rəsmiyə Qarayevanın şikayəti ilə bağlı göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə X2 icazəsi yoxlanılarkən şəxsiyyət vəsiqəsinin nömrəsi icazə verilməsi üçün göndərilmiş şəxsiyyət vəsiqəsinin nömrəsi ilə uyğun gəlməmiş, bir rəqəm düzgün qeyd edilməmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 06.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, X4 06.01.2021-ci il tarixdə, saat 11:50-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində karantin rejimi qaydalarını yoxlanılması zamanı icazəsinin olmadığı aşkar edildiyindən barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN ******* saylı, 10 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 qızı 06.01.2021-ci il tarixdə saat 11:50 radələrində Bakı şəhəri, Neftçilər prospekti ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X4 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 06 yanvar 2021-ci il tarixində SMS icazəsi zamanı biometrik pasportumun nömrəsində yol verdiyi yalnız bir rəqəm xətasını doğrulamaq üçün “Azərcell” müştəri xidmətlərinə müraciət etmiş, ona bildirmişlər ki, onların xidmət sistemi məlumatları yalnız 90 gün mühafizə edir, 8103 SMS icazə sistemini isə Asan Xidmət Mərkəzi həyata keçirib və “Azərcell” mobil operatoruna aidiyyatı yoxdur. Oradan Asan Xidmət Mərkəzi getmiş, ona bildirmişlər ki, 8103 xidmət sistemi və işçi ştatları SMS icazəsi ləğv olunduğu tarixdən ləğv edilərək sistemdən çıxarılmışdır. Onlardan bunu yazılı olaraq istəmiş, bildirmişlər ki, yazılı məlumat vermirlər, əgər məhkəmə istəyərsə, əlaqə saxlaya bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 06.01.2021-ci il tarixdə saat 11:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, şikayətçi X4 həm şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, SMS icazə sistemindən icazə alaraq yaşayış yerini tərk etmiş, sadəcə texniki səhvə yol verərək şəxsiyyət vəsiqəsinin nömrəsinin bir rəqəmi olduğu kimi qeyd etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə inspektoru X5 isə bunun əksi olaraq heç bir dəlil gətirməmişdir. Belə olan halda məhkəmə şikayətçinin göstərdiklərini inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, X2 8103 SMS xidmətindən istifadə edərək icazə aldığı vaxt şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin bir rəqəminin düzgün qeyd etməməsi, yəni texniki səhvə yol verməsi, onun icazəsiz evdən çıxması kimi qiymətləndirilə bilməz. Belə ki, X4 SMS icazə alarkən texniki səhvə yol versə də, onun məqsədi SMS xidmətdən istifadə edərək yaşayış yerini tərk etmək olmuşdur. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, SMS xidmət şəxsin öz mobil telefonundan istifadə edərək alınır. Belə olan halda məhkəmə hesab edir ki, X2 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, şəxsiyyət vəsiqəsinin nömrəsinin bir rəqəmini səhv yazıb göndərilməsinə X4 psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, şəxsin barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X1 rejimində yaşayış yerini tərk etmək üçün müvafiq icazənin verilməsinə baxmayaraq, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi tərəfindən əsassız olaraq İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Rəsmiyə Qarayevanın müvafiq icazəsi olmadan yaşayış yerini tərk etməsi işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayət təmin edilməli, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 06 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1186/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1186/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver