Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1192/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin, polis mayoru X10 oğlunun 20 may 2021-ci il tarixli, TP ******* nömrəli X9 haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin, polis mayoru X11 oğlunun 20 may 2021-ci il tarixli, TP ******* nömrəli X9 haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Şamaxı rayonunun Dəmirçi kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. 17 may 2021-ci il tarixdə Bakı şəhər 4-cü mkr dairəsində hərəkətdə olarkən yaşıl işıqda keçdiyi halda Bakı şəhəri DYPİ tərəfindən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsi ilə 60 manat cərimə edilməklə barəsində X8 protokol tərtib edilmiş və həmin protokolun əsasında 20 may 2021-ci il tarixli TP4382438 saylı X9 Haqqında qərar çıxarılmışdır. X9 Haqqında qərar ona 20 may 2021-ci il tarixdə verilmişdir. O, kamera görüntüsünün təqdim olunmasını tələb etsə də ona hər hansı bir görüntü təqdim edilməmişdir. Polis əməkdaşı protokol yazılacağı barədə xəbərdarlıq edib getmişdir. Bakı şəhəri DYPİ-nin, polis mayoru X11 oğlunun 20 may 2021-ci il tarixli, TP ******* nömrəli X9 haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi ünvan 3 ünvanında törədilmişdir. Bu fakt şikayət ərizəsi, X8 protokol və X9 haqqında qərarda öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən X8 işə onun törədildiyi yerdə baxılır. Məhkəmə hesab edir ki, hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında şikayətçi X3 işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin X8 iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən X8 işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, X8 işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri DYPİ-nin, polis mayoru X10 oğlunun 20 may 2021-ci il tarixli, TP ******* nömrəli X9 haqqında qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1192/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1192/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver