Məhkəmə qərarları › İş №3(009)-1195/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1195/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1195/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X3 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan onu ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, 30.11.2020-ci il tarixdə ona Səbail RPlnin 8-ci bölməsinin əməkdaşı tərəfindən İXP ******* nömrəli cərimə protokolu tərtib edilmişdir. Bunu 20 may 2021-ci il tarixində e-icradan ona gələn sms bildiriş nəticəsində 6 ay sonra öyrənmişdir. Həmin tarixdə heç bir polis əməkdaşını görməmiş və onun barəsində protokol tərtib edildiyindən xəbəri olmamışdır. Ona indiyə kimi heç bir protokol təqdim edilməyib. O, evdən çöldə olarkən həmişə maska taxmış, barəsində heç bir sübut olmadan belə protokol tərtib edilməsi və indiyə kimi bundan xəbərinin olmaması çox absurd haldır. Xəbəri olmadan İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş kimi göstərilib, 100 manat cərimə tənbeh növü tətbiq olunması qanunsuz və əsassızdır, heç bir həqiqəti əks etdirmir. Polis əməkdaşı özbaşınalıq edərək, heç bir əsas olmadan, şəxsi mülahizəsinə görə karantin qaydalarından sui-istifadə edərək protokol tərtib etmiş və ona təqdim etməmişdir. Odur ki, barəsində qanunsuz və əsassız olaraq tərtib olunmuş İXP ******* nömrəli protokolu və MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətini müdafiə edərək barəsində qanunsuz və əsassız olaraq qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X5 şikayətə etiraz edərək göstərmişdir ki, Kərimov Yasin Rza oğlu 30 noyabr 2020-ci il tarixdə saat 14:35 radələrində ünvan 1 ünvanının qarşısında karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. O Yasin Kərimova yaxınlaşmış və onun adını və soyadını soruşmuşdur. Protokol tərtib edilərkən X8 şəxsən iştirak etmiş və ona hüquq vəzifələri izah edilmişdir. X2 protokolu imzalamaqdan imtina etmişdir. X7 öz mobil nömrəsini də demiş və protokolda hər iki mobil nömrə qeyd edilmişdir. Hesab edir ki, 30 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 30 noyabr 2020-ci il tarixdə saat 14:35 radələrində ünvan 1 ünvanının qarşısında karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 30 noyabr 2020-ci il tarixdə saat 14:35 radələrində ünvan 1 ünvanının qarşısında karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 30 noyabr 2020-ci il tarixdə saat 14:35 radələrində X8 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, yəni o, həmin inzibati xətanı törətməmişdir. Lakin barəsində polis əməkdaşı tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.11.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Hazırki işdən görünür ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X5 məhkəmə iclasında 30 noyabr 2020-ci il tarixdə saat 14:35 radələrində ünvan 1 ünvanında X6 şəxsən yaxınlaşaraq tibbi maskadan istifadə etmədiyini bildirmiş, ona hüquq vəzifələrini izah etmiş, X7un mobil telefon nömrəsini protokola qeyd etmişdir. Yasin Kərimov sonradan barəsində inzibati xəta haqqında protokolunun onun xəbəri olmadan tərtib edildiyini bildirsə də, bunun əksi olaraq heç bir sübut təqdim etməmişdir. Halbuki, həm qanunvericiliklə, həm də Nazirlə Kabinetinin müvafiq qərarları ilə ölkə ərazisində tibbi maskadan və sair qoruyucu vasitələrdən istifadə edilməsi məcburi hesab edilmişdir. Məhkəmə X4 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməməsi Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 30 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar