Məhkəmə qərarları › İş №3(009)-1197/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1197/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1197/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0930/21 saylı, 26 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə, ev 13A, mənzil 33 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 19.04.2021-ci il tarixdə Türkiyə Respublikasının “EEC X4 Sistemleri Sanayi ve Tic. Anonim” şirkətindən 08AAL613/08AAL614 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9814 sorğu nömrəli 19.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 30.04.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən **********9814 sorğu nömrəli 19.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 31 ədəd yanğın sistemində istifadə olunan siqnalizasiya qurğusunun qutusu, 19 ədəd siqnalizasiya sistemlərində istifadə olunan tavan dinamik və 1 ədəd səsli siqnal yönləndiricisi yükündən əlavə gömrük orqanına bəyan edilməyən, mal-müşaiyət sənədlərində qeyd edilməyən üzərində “Solo detector testers” yazısı olan 2 qutu hər qutuda 12 ədəd olmaqla ümumilikdə 24 ədəd tüstü spreyi (yanğın testi) yükü aşkar edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsi X2 qeyd olunan yükün bağlı olduğunu, Şəxs MMC-nə aid olmadığını, “Solo detector testers” yazısı olan 2 qutu hər qutuda 12 ədəd olmaqla ümumilikdə 24 ədəd tüstü spreyinin (yanğın testi) müsadirə edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 64 saylı rəyindən görünür ki, üzərində “Solo detector testers” yazısı olan tüstü spreyinin (yanğın testi) 1 ədədi 35 AZN olmaqla, 24 ədədin ümumi məbləği 840 AZN (səkkiz yüz qırx) müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən üzərində “Solo detector testers” yazısı olan tüstü spreyinin (yanğın testi) 24 ədədinin ümumi məbləği 24 may 2021-ci il tarixə orta bazar qiyməti 840 (səkkiz yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi olduğu üçün inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet – “Solo detector testers” yazısı olan 2 qutu hər qutuda 12 ədəd olmaqla ümumilikdə 24 ədəd tüstü spreyi (yanğın testi) müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi olduğu üçün inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet – “Solo detector testers” yazısı olan 2 qutu hər qutuda 12 ədəd olmaqla ümumilikdə 24 ədəd tüstü spreyi (yanğın testi) müsadirə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar