Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1198/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunu katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 27 aprel 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 27 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 15.04.2021-ci il tarixində idarə etdiyi **-HR- *** dövlət nişanlı “Peugeot 308” markalı avtomobili ilə M.Muxtarov küçəsi ilə Səadət Sarayı istiqamətində hərəkət etdiyi zaman, Nizami küçəsi ilə kəsişmədə Bakı Şəhər DYPİ YPX inspektoru X6 tərəfindən saxlanılaraq barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. İnspektorun dediklərinə görə 2.4 (yol ver) nişanın tələblərini pozaraq Nizami küçəsi ilə hərəkət edən nəqliyyat vasitəsinə yol verməmişdir. Protokolla razılaşmadığını bildirmiş və növbəti gün Bakı Şəhər DYPİ-nin yol hərəkətinə nəzarət şöbəsinə getmişdir. Baxmayaraq ki, İXM-nin 61 maddəsinə əsasən hadisə görüntülərinin sürətini almaqa hüququ var, həmin videogörüntüləri almaqa icazə verməmişlər. Lakin videogörüntülərlə qismən olsa da tanış olmuş və onun fıkirincə yol verməmək faktı öz təsdiqini tapmamışdır. Yol hərəkəti haqqında qanunun 1.41 maddəsinə əsasən: yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir." O, isə yolayricıya yaxınlaşan zaman yavaşlamış, vəziyyəti giymətləndirərək və yolayrıcını təhlükəsiz keçə biləcəyi halda əmin olaraq hərəkəti davam etdirmişdir. Buna baxmayaraq, inzibati işlər üzrə inspektor X3 gətirdiyi dəlillərlə razılaşmayıb və 27.04.2021-ci il tarixində TP ******* saylı qərar çıxarmışdır. Göstərdiklərini nəzərə alaraq barəsində tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilərək icraata xitam verilməsi xahiş edilmişdir. Səbail rayon Məhkəməsinin 3(009)-1198/2021 saylı 10.06.2021-ci il tarixli qərarından görünür ki, X5 şikayəti təmin edilməməsi, Bakı Şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 27 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhər Apelyyasiya Məhkəməsinin 3(103)-1972/21 saylı 26.08.2021-ci il tarixli qərarından görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində iştirak etmiş “prius” markalı avtomobilin sürücü məhkəməyə dəvət olunmamış və baş vermiş hadisə ilə əlaqədar onun izahatı alınmadığından, həmçinin birinci instansiya məhkəməsinin qərarına və məhkəmə iclasının protokoluna əsasən, hadisəni əks etdirən videodiskə birinci instansiya məhkəməsində baxış keçirilmiş və video görüntüdən görünür ki, “Prius” avtomobili hərəkət edərəknən, yolayrıcına yaxınlaşdıqda tormoz verir həmin anda “Peugeot 308” markalı avtomobil onun qarşısında olan yolayrıcısından öz hərəkətlərini davam etdirir, lakin, iş materiallarına həmin video disk əlavə edilməmişdir. Belə olan halda həmin videodiskin sübut növü kimi qəbul edilməsi qanunvericiliyini tələblərinə zidd olduğu əsasə gətirilərək barəsində inziabti xəta haqqında iş üzrə icraat aprılan X5 şikayəti təmin edilməməsi,Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati xəta haqqında3(009)- 1198/2021 saylı 10.06.2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayətini müdafiə edərək göstərmişdir ki, “Prius” avtomaşını yolayrıcısına çox zəif sürətlə yaxınlaşmış, məhz buna görə o, fikirləşmişdir ki, “Prius” nəqliyyat vasitəsi dayanıb yolun qırağında saxlayacaq, çünki sürəti zəifləyirdi. O, “Prius” nəqliyyat vasitəsinin sürətinin azaldığını görüb düşünmüşdür ki, rahat keçə biləcək. “Prius” avtomaşının tormoz verməsi o demək deyil ki, “Prius” maşınına yol verməmişdir. Görürdü ki, “Prius” cox yavaş gəlir və sürücü avtomobili yolun sağ tərəfinə çəkir. Zənn etmişdir ki, maşını saxlamaq məqsədilə sürəti azaltmış, bu səbəbdən də yolu keçmişdir. Videogörüntüdə “Prius” avtomaşının tormoz verməsi avtomobilin hərəkətindən bilinmir. Yolda olarkən sürücülər “Baş Yol” nişanını görmürlər və hamı öz təhlükəsizliyini qorumaq üçün tormoza basır. Videogörüntüdən bəlli olur ki, “Prius” çox zəif gedir, o isə dayanıb gözləyirdi, lakin “Prius” avtomaşının sürətini azaldığını görüb hesab etmişdir ki, rahat yolunu davam etdirəcək. Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 27.04.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin qərarın icrasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X4 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilmiş, ona videogörüntülərlə törətmiş olduğu inzibati xəta hadisəsi diqqətinə çatdırılmış və barəsində Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 27.04.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir nəqliyyat vasitəsinin sürücüsü kəskin tormozlama verdikdə, nəqliyyat vasitəsinin hərəkət surəti 60 km/saat 55 km/saata düşməsi kəskin sayılır, çünki baş yolda maneəsiz hərəkət etməlidir. Videogörüntüdən aydın olur ki, “Prius” markalı avtomobil kəskin tormozlama etmişdir. Tormoz verməsi artıq hərəkət sürətinin dəyişməsidir. “Prius” avtomaşının tormoz verməsi onu qeyd etməyə əsas verir ki, qarşıda maneə var. Maneənin olması əsasında sürücü hərəkət təhlükəsizliyini təmin etmək üçün tormoz verir. Digər sürücünün baş yolda hərəkət etməsinə maneə yaradır. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolda yolayrıcısına yaxınlaşan nəqliyyat vasitələrinə onların soldakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. “Prius” nəqliyyat vasitəsinin qabaq hissəsi artıq yolayrıcındadır, onunda hərəkət sürətini minimum 35-40 km/saat götürülsə, o yolayrıcının əvvəlindədirsə məsafə 3.5-4 metrdir, Rüfət Səfərovun gəldiyi istiqamət isə 5-6 metr təşkil edir. Rüfət Səfərovun hərəkət istiqamətində onun kəsişmə nöqtəsinə qısa bir məsafə yaranır və sürücünün minimum 40 km/saat sürətlə ora daxil olması artıq qəza şəraiti yaranmasıdır. Qeyd olunan inzibati xəta həmin şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan əməl öz təsdiqini tapır. İnzibati tənbeh vermə haqında qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri, BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol patrul xidməti inspektoru X6 bildirdi ki, Rüfət Səfərov tərəfindən yol ayrıcını keçmə qaydaları pozulmuşdur, belə ki, videogörüntüdən aydın olur ki, “Prius” markalı avtomobil kəskin tormozlama etmişdir. Tormoz verməsi artıq hərəkət sürətinin dəyişməsidir. “Prius” avtomaşının tormoz verməsi onu qeyd etməyə əsas verir ki, qarşıda maneə var. Maneənin olması əsasında sürücü hərəkət təhlükəsizliyini təmin etmək üçün tormoz verir. Digər sürücünün baş yolda hərəkət etməsinə maneə yaradır. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolda yolayrıcısına yaxınlaşan nəqliyyat vasitələrinə onların soldakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hadisəni əks etdirən videogörüntüyə baxıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 15 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 yolayrıcını keçmə qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş 27.04.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 15.04.2021-ci il tarixdə, saat 15:32-də radələrində Bakı şəhəri N.Rəfibəyli küçəsi ilə Nizami küçəsinin kəsişməsində "Peugeot 308 minik" markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hadisəni əks etdirən videogörüntüdən görünür ki, “Prius” avtomobili hərəkət edərkən yolayrıcısına yaxınlaşdıqda tormoz verir və həmin anda "Peugeot 308 minik" markalı avtomobil yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək onun qarşısında olan yolayrıcısından hərəkətini davam etdirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 15.04.2021-ci il tarixdə, saat 15:32-də radələrində Bakı şəhəri Bakı şəhəri N.Rəfibəyli küçəsi ilə Nizami küçəsinin kəsişməsində "Peugeot 308 minik" markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X9 15.04.2021-ci il tarixdə, saat 15:32-də radələrində Bakı şəhəri Bakı şəhəri N.Rəfibəyli küçəsi ilə Nizami küçəsinin kəsişməsində "Peugeot 308 minik" markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarına riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 27.04.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilmiş və onun iştirakı ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X5 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X5 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər X11 27.04.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X9 avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 27.04.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X5 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 27 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1198/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1198/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver