Məhkəmə qərarları › İş №3(009)-12/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-12/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-12/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 12 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxsndə (MMC) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış tematik yoxlama (xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: "Cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.10-cu maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9-2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakm mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı MMC tərəfindən qeyri-adi hesab olunan əməliyyatlarm icra edildiyi, lakin həmin əməliyatlara münasibətdə təhlil və araşdırmanın aparılmadığı, təhlil hesabatlarının tərtib edilmədiyi aşkar edilmişdir (Yoxlama haqqında hesabat. Səh 7). Bu əməliyyatlar aşağıdakılardan ibarətdir: • Kiçik zaman dövrü ərzində (2 il) MMC-nin 7 müştərisi tərəfindən 584 əməliyyat üzrə müxtəlif şəxslərə 900 min manatdan çox vəsait sürətli pul köçürməsi vasitəsilə xaricə köçürülmüş, həmçinin MMC-nin 1 müştərisi tərəfindən 602 sayda “ölkədaxili köçürmə əməliyyatları üzrə 247 şəxsə 59 min manatdan çox vəsait köçürülmüşdür (Yoxlama haqqında hesabat. Səh 21-22). • Kiçik zaman dövrü ərzində (2 il) MMC-nin 2 müştərisi tərəfindən 168 sayda müxtəlif şəxslərdən 624 əməliyyat üzrə ümumilikdə 280 mindən manatdan çox vəsait qəbul etmişdir (Yoxlama haqqında hesabat. Səh 23). • Yasamal bələdiyyəsi tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində "asfalt işi" təyinatı ilə 24 sayda əməliyyat olmaqla 442.466 manat məbləğində vəsait 19 hüquqi şəxsə və "bələdiyyənin inzibati ərazisinin təmizi və abadlıq işləri" təyinatı ilə 14 sayda əməliyyat olmaqla 190.175 manat məbləğində vəsait 13 hüquqi şəxsə köçürülmüşdür. Həmçinin Xətai bələdiyyə tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində inzibati ərazinin təmiri və abadlıq işləri" təyinatı ilə 29 sayda əməliyyat olmaqla 714.057 manat məbləğində vəsait köçürülmüşdür. Halbuki, xidmət göstərən hüquqi şəxslərin aylıq əsaslarda tez-tez dəyişməsi, onların biznes fəaliyyətinə dair açıq informasiya mənbələrində məlumatm olmaması, nizamnamə kaiptalının məbləğinin 5-20 manat olması və bu məbləğə münasibətdə dövlət qeydiyyatına alındığı tarixdən qısa müddət ərzində yüksək məbləğli vəsaitlər qəbul etməsi qeyri-adi və şübhəli haldır (Yoxlama haqqında hesabat. Səh 23). ƏL/TMM Qanununun 4.2.2-ci maddəsinə görə iyirmi min manat məbləğində və ya daha artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir) öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. Həmçinin, "Müştəri uyğunluğu və yeni texnologiyalarm tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1.1.8-ci yarımbəndinə görə birdəfəlik əməliyyatlar zamanı müştəridən əməliyyatın növü, təyinatı, istiqaməti və vəsaitin mənbəyi barədə məlumat əldə edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasmda 30 sayda iyirmi min manat və ya daha artıq məbləğdə valyuta mübadiləsi əməliyyatları icra edilsə də, həmin vəsaitlərin mənbəyinin müəyyən edilməsi ilə bağlı tədbir görülməmişdir (Yoxlama haqqında hesabat. Səh 12). Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanmda xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Nəticədə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (1907 sayda əməliyyat üzrə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki,, Mərkəzi Bank tərəfindən “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində tematik yoxlama aparılmışdır. Yoxlama zamanı Bankın xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində fəaliyyəti qiymətləndirilmişdir. Yoxlama nəticəsində MMCdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Yoxlamanın nəticələri ilə bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 53.4-cü maddəsinə əsasən "xxxx" tərtib edilmiş və bu hesabat məlumat üçün MMC-yə göndərilmişdir (hesabat MMC-nin İdarə heyətinin üzvləri və sədri vəzifəsini müvəqqəti icra İ.Mustafayev tərəfindən imzalanmışdır). Göstərilən qanun pozuntuları ilə əlaqədar Mərkəzi Bank tərəfindən inzibati araşdırma başlanılmış, MMC-nin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil edilmiş və xx.xx.2024-cü il tarixində MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1-ci maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş protokola görə MMC tərəfindən qeyri-adi hesab olunan əməliyyatlar icra edilmiş, lakin həmin əməliyyatlara münasibətdə təhlil və araşdırma aparılmamış, təhlil hesabatı tərtib olunmamışdır. Bundan başqa, MMC tərəfindən xx.xx.2023 - xx.xx.2024- cü il tarixləri arasında 30 sayda 20.000 manatdan artıq məbləğdə valyuta mübadiləsi (birdəfəlik) əməliyyatı icra edilsə də, həmin vəsaitlərin mənbəyi müəyyən edilməmişdir. Halbuki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 4.10-cu maddəsinə görə öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq- aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmçinin ƏL/TMM Qanununun 4.2.2-ci maddəsinə görə iyirmi min manat məbləğində və ya daha artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir) öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair” Qaydaların (MUT Qaydaları) 2.1.1.8-ci yarımbəndinə görə birdəfəlik əməliyyatlar zamanı müştəridən əməliyyatın növü, təyinatı, istiqaməti və vəsaitin mənbəyi barədə məlumat əldə edilməlidir. Protokolda ƏL/TMM Qanununun 4.10cu maddəsi üzrə pozuntular aşağıdakı əməliyyatlara aid edilmişdir: • 2 il ərzində MMC-nin 7 müştərisi tərəfindən 584 əməliyyat üzrə müxtəlif şəxslərə 900 min manatdan çox vəsait sürətli pul köçürməsi vasitəsilə xaricə köçürülmüş, həmçinin MMC-nin 1 müştərisi tərəfindən 602 sayda ölkədaxili köçürmə əməliyyatları üzrə 247 şəxsə 59 min manatdan çox vəsait köçürülmüşdür (Yoxlama haqqında hesabat. Səh 21-22). • 2 il ərzində MMC-nin 2 müştərisi tərəfindən 168 sayda müxtəlif şəxslərdən 624 əməliyyat üzrə ümumilikdə 280 mindən manatdan çox vəsait qəbul etmişdir (Yoxlama haqqında hesabat. Səh 23). • Yasamal bələdiyyəsi tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində “asfalt işi” təyinatı ilə 24 sayda əməliyyat olmaqla 442.466 manat məbləğində vəsait 19 hüquqi şəxsə və “bələdiyyənin inzibati ərazisinin təmizi və abadlıq işləri” təyinatı ilə 14 sayda əməliyyat olmaqla 190.175 manat məbləğində vəsait 13 hüquqi şəxsə köçürülmüşdür. Həmçinin Xətai bələdiyyəsi tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində inzibati ərazinin təmiri və abadlıq işləri” təyinatı ilə 29 sayda əməliyyat olmaqla 714.057 manat məbləğində vəsait köçürülmüşdür. Halbuki, xidmət göstərən hüquqi şəxslərin aylıq əsaslarda tez-tez dəyişməsi, onların biznes fəaliyyətinə dair açıq informasiya mənbələrində məlumatın olmaması, nizamnamə kaiptalının məbləğinin 5-20 manat olması və bu məbləğə münasibətdə dövlət qeydiyyatına alındığı tarixdən qısa müddət ərzində yüksək məbləğli vəsaitlər qəbul etməsi qeyri-adi və şübhəli haldır (Yoxlama haqqında hesabat. Səh 23). Hazırda tərtib edilmiş protokolla bağlı “Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə yazılı izahat və etiraz təqdim edilmişdir. Hesab edirik ki, bu izahat və etirazda qeyd edilən dəlillər aşağıda göstərilənlərə əsasən əsassızdır. 1. İzahatda və etirazda göstərilmişdir ki, Mərkəzi Bank tərəfindən yoxlama aktında göstərilən əməliyyatların bir hissəsi Maliyyə Monitorinqi Xidmətinin (MMX) artıq qüvvədən düşmüş “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şühbə və ya şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları (xüsusi indikatorlarına əsasən qeyri-adi əməliyyatlar hesab edilmişdir. Hazırda isə poçt rabitəsinin milli operatoruna münasibətdə MMX tərəfindən hər hansı meyarlar müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunur ki, inzibati xəta haqqında protokolda “Yoxlama haqqında hesabafda sadalanan qeyri-adi əməliyyatlardan “Pul vəsaitlərinin və ya digər əmlakın 2 cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şühbə və ya şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması Meyarları (xüsusi indikatorlarına deyil, yalnız MMXin xx.xx.2023-cü il tarixli “Banklar tərəfindən şübhəli əməliyyatların və halların müəyyən edilməsi meyarları”na istinadən qeyri-adi görünən əməliyyatlar pozuntu kimi göstərilmişdir. Sonuncu meyarların MMC-yə aid olmamasına gəlincə isə bildirilir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-3.1-ci maddəsinə görə bu qanunda və Mərkəzi Bankın normativ xarakterli aktlarında ayrı qayda nəzərdə tutulmadıqda, poçt əmanətlərinin qəbul edilməsinə, poçt hesablarının aparılmasına və milli operatorun həyata keçirdiyi digər maliyyə xidmətləri növlərinə bank fəaliyyətini, habelə ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti tənzimləyən normativ hüquqi aktlar tətbiq edilir. İnzibati xəta haqqında protokolun 1-ci bəndində göstərilən pozuntular MMC-nin həyata keçirdiyi digər maliyyə xidmətlərinə aid edildiyindən bu hissədə banklar üçün müəyyən edilmiş meyarlar MMC tərəfindən nəzərə alınmalı idi. Onu da qeyd etmək lazımdır ki, MMX tərəfindən müəyyən edilmiş bu meyarlar məlumatların əlçatanlılığı baxımından həmin qurumun rəsmi internet səhifəsinə də yerləşdiriİmişdirHəmçinin qeyd olunmalıdır ki, ƏL/TMM Qanununun 10.5-ci maddəsinə görə maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Bu maddəsinin icrası məqsədilə MMX-nın xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. DNP-nin 2.7.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs MMX-nın müəyyən etdiyi şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadə etməklə öz fəaliyyəti üzrə spesifik meyarlar müəyyən edə və (və ya) qeyd olunan sənəddə nəzərdə tutulmuş meyarlara münasibətdə fəaliyyəti üzrə ölkə, sahəvi və institusional risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə digər meyarlar müəyyən edə bilər. Lakin müəyyən edilmişdir ki, MMC tərəfindən MMX-nın müəyyən etdiyi meyarlar ümumiyyətlə nəzərə alınmamış, özünün müəyyən etdiyi meyarlar barədə məlumatı isə MMX-ya təqdim etməmişdir. Məhz bu tələblərə əməl edilmədiyindən son nəticədə protokolda qeyd edilən qeyri- adi əməliyyatlar üzrə ƏL/TMM Qanununun 4.10-cu maddəsinin tələblərinə əməl edilməmiş, müvafiq araşdırma aparılmadan, vəsaitin mənbəyi müəyyən edilmədən və təhlil hesabatı hazırlanmadan həmin əməliyyatlar icra edilmişdir. İzahat və etirazda qeyd olunur ki, protokolun 2-ci bəndində göstərilmiş pozuntular üzrə istinad edilən MMX-nın müvafiq qərarı normativ xarakterli aktdır və “Normativ \ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə görə bu aktların icra edilməməsinə görə məsuliyyət müəyyən edilə bilməz. Bununla bağlı bildirilir ki, protokolun 2-ci bəndindəki pozuntular MMC tərəfindən 20.000 və daha artıq məbləğdə icra edilmiş valyuta əməliyyatları zamanı vəsaitlərin mənbəyinin müəyyən edilməməsi ilə bağlı olmuşdur. Belə ki, İXM-in 598.1.1-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına görə inzibati məsuliyyət müəyyən edir. ƏL/TMM Qanununun “müştəri uyğunluğu tədbirləri” adlanan 4-cü maddəsinin 12-ci bəndinə görə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblər maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir. Qanunun bu maddəsinin icrasını təmin etmək məqsədilə Maliyyə monitorinqi orqanı olan MMX tərəfindən 21,02.2023-cü il tarixli, 3-21-28/3-6-4/2023 nömrəli Qərarı ilə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair” Qaydaları (MUT Qaydaları) təsdiq edilmişdir. MUT Qaydalarının 2-ci bəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndəjərini eyniləşdirmək məqsədilə onlar barədə ən azı hansı məlumatları müştəridən və ya digər mənbələrdən əldə etməli olduğu qeyd olunmuşdur. Bu tələblər sırasında 2.1.1.8-ci yarımbənddə birdəfəlik əməliyyatlar zamanı əməliyyatın növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyi barədə məlumatların əldə edilməli olması göstərilmişdir. Göründüyü kimi, ƏL/TMM Qanununun 4.12-ci maddəsi blanket xarakterli normadır və MMX-nın yuxarıda qeyd edilən Qaydasına yönəldilir. Başqa sözlə, MMC hazırki iş üzrə ƏL/TMM Qanununun 4-cü maddəsinin tələblərindən irəli gələn müştəri uyğunluğu tədbirlərinin görülməməsinə görə məsuliyyətə cəlb edilmişdir. Müştəri uyğunluğu tədbirləri çərçivəsindən görülməsi olan tələblər geniş olduğundan bu tələblər ƏL/TMM Qanununda deyil, həmin Qanunun icrası məqsədilə qəbuledilmiş MUT Qaydalarında təfsilati ilə sadalanmışdır. İzahat göstərilir ki, bələdiyyə orqanlarında aparılan əməliyyatlara nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirildiyindən bələdiyyələrə aid əməliyyatlar şübhəli hesab olunmamışdır. Əvvəla qeyd edilməlidir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52ci maddəsinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa görə Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bundan başqa, ƏL/TMM Qanunun 1.1,7-ci və 1.1.8-ci maddələrinə əsasən maliyyə institutu kimi poçt rabitəsinin milli operatoru cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi daşıyan şəxsdir. Yuxarıda qeyd edilən normaların məzmunundan da aydın olur ki, Ədliyyə Nazirliyi bələdiyyələr tərəfindən aparılan əməliyyatlara nəzarət etmir və bu hissədə qanunverici birbaşa nəzarəti yalnız əməliyyatı icra edən maliyyə institutuna öhdəlik kimi müəyyən edir. İzahatda qeyd edilir ki, Mərkəzi Bank tərəfindən inzibati xəta haqqında protokol İXM-in 103.1 -ci maddəsinin tələbinə uyğun olaraq tərtib edildikdən 48 saat, yəni 2 gün ərzində deyil, 4 gün sonra məhkəməyə göndərildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Məlum olduğu kimi, İXM-in 103.1 -ci maddəsinə görə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Mərkəzi Bankda aparılmış inzibati araşdırmanın yekununda xx.xx.2024-cü il tarixində MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024- cü il tarixində məhkəməyə göndərilmişdir. Belə ki, dekabr ayının 14-15-i qeyri-iş günlərinə təsadüf etdiyindən protokolun onun tərtib edildiyi tarixdən sonrakı 2 iş günü ərzində məhkəməyə göndərilməsi təmin edilmişdir. Prosessual müddətlərin hesablanması qaydası İXM-də göstərilməsə də, oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 202-ci maddəsində bu müddətlərin hesablanması qaydası verilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında (məsələn, xx.xx.2016-cı, xx.xx.2021-ci il tarixli qərarları və s.) qeyd edilmişdir ki, cinayət- prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edilə bilər). Belə ki, CPM-in 202.3-cü maddəsinə görə, müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Göstərilənlərlə yanaşı onu da vurğulamaq lazımdır ki, MMC-in bu məzmunda iddiası həm də o baxımdan tamamilə əsassızdır ki, İXM-də bu əsas üzrə iş üzrə icraata xitam verilməsi müəyyən edilməmişdir. Belə ki, İXM-in 53-cü maddəsində inzibati xəta haqqında iş üzrə icraatlara hansı hallarda xitam verilməsi konkret olaraq göstərilmişdir. Bu hallar sırasında protokolun məhkəməyə gec göndərilməsi ilə bağlı əsas mövcuddur deıl. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki inzibati iş üzrə məhkəməyə təqdim edilmiş yazılı izahat və etiraz formal mülahizələrə əsaslanır və hüquqi baxımdan tamamilə əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq tərtib edilmiş protokola əsasən MMC-nin İXM- in 598.1.1-ci maddəsi üzrə təqsirli bilinməsi və 34.1 və 34.4-cü maddələrinin tələbləri, habelə 598.1.1 -ci maddənin dispozisiyası (hər bir müştəriyə və əməliyyata görə cəzanın tətbiq edilməsi) nəzərə alınmaqla, 50.000 manat məbləğində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində xx.xx.2024- cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-də xx.xx.2024- xx.xx.2024-cü il tarixlərində aparılmış tematik yoxlama (xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasında dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əlidə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular nəticəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətinin olduğu xx.xx.2024- cü il tarixində aşkar olunmuşdur. Qeyd edilən inzibati xətanın MMC-nin fəaliyyət göstərdiyi ünvanda törətdiyi göstərilmiş və inzibati pozuntular yoxlama nəticəsində xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində törədildiyi bildirilmişdir. Aşağıda qeyd olunanlara əsasən inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu hesab edirik. Məlumat üçün bildirir ki, İXM-in 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə qeyd edilmiş şəxslər barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs MMC barəsində tərtib olunmuş protokolda qeyd edilmişdir ki, Keçmiş PL/TMM Qanunun 9.2-ci maddəsinin tələbi (analoji tələb ƏL/TMM Qanunun 4.10-cu maddəsində mövcuddur) pozulmuşdur. Qeyd edilmiş Qanunun müvafiq maddəsin də göstərilir ki, öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, irihəcmli qeyri-adi, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Zərurət yarandığı təqdirdə, hesabat qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir. Cəmiyyətdə aparılmış yoxlama nəticəsində qeyri-adi hesab olunan əməliyyatlar aşkar edilmiş, lakin həmin əməliyyatlara münasibətdə Cəmiyyət tərəfindən təhlil və araşdırma aparılmamış, təhlil hesabatları tərtib edilməmiş və maliyyə monitorinqi orqanına məlumat təqdim edilməmişdir (Müştərilər və əməliyyatlar barədə məlumatlar Əlavə 2-də qeyd olunur). Həmçinin ƏL/TMM-nin 4.10-cu maddəsində əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər.Həmin Qanunun 4.10 tələbinə əsasən qeyd olunan əməliyyatlar Şəxs MMC-nini daxili qaydalarına əsasən müəyyən olunur. İstənilən əməliyyat növünə uyğun olaraq meyarlar hazırlanıb və həmin meyarlara uyğun olaraq əməliyyatlar təhlil olunur və araşdırmalar aparılır. Hal-hazırda nöqsan kimi qeyd olunan əməliyyatların mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar kimi qiymətləndirilməsi qanuna uyğun hesab olunmur. Belə ki, yoxlama aktında qeyd olunan “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasınş şübhə və ya şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması Meyarlarına (xüsusi indikatorlar)” sənədin indikatorlarına istinad verilib. Qeyd etmək istəyirik ki, ki sözügedən sənədin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdiriləməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən yaradılıb. İstinad olunan qanun xx.xx.2022-ci il tarixində qüvvədən düşüb və yeni qanun qüvvəyə minib. xx.xx.2023-cü il tarixində Maliyyə Monitorinqi Xidmətin “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in 2.7-ci maddəsi MMX-nin meyarlarını nəzərə almalıdır. Belə ki yeni qanunvericiliyə əsasən yaradılan meyarlar sadalayaq: Notariuslar tərəfindən şübhəli əməliyyatların müəyyən edilməsi, Banklar tərəfindən şübhəli əməliyyatların və halların müəyyən edilməsi, Öhdəlik daşıyan şəxslər tərəfindən şübhəli əməliyyatların müəyyən edilməsi və Rieltorlar tərəfindən şübhəli əməliyyatların müəyyən edilməsi meyarlar. Qeyd etmək istəyirik ki, Milli poçt operatoruna sadalanan hər hansı bir sənədin aidiyyəti yoxdur. Belə ki həmin sənədlərdə konkret olaraq hansı şəxslərə aid edilməsi qeyd olunsada, Şəxs MMC-nin adı qeyd olunmamışdır. Lakin buna baxmayaraq Şəxs MMC tərəfindən şəffaf nəzarət mexanizmin yaradılması məqsədi ilə daxili prosedurlar yaradılmışdır. Daxili prosedurlara əsasən tərəfimizdən şübhəli hesab olunan əməliyyatlar araşdırılır və cəmiyyətin fəaliyyət xüsusiyətinə aid olaraq müvafiq meyarlar yaradılıb. Göründüyü kimi protokolda qeyd olunan çatışmamazlıq Azərbaycan Respublikasının hər hansı qüvvədə olan qanunvericiliyində öz əksini tapmamışdır və bu səbəbdən Şəxs MMC barəsində tərtib olunmuş protokol ləğv olunmalıdır. Qeyd olunanlardan başqa , Mərkəzi Bank heç bir əsası olmadan kiçik dövrü anlayışını 2 il müddəti kimi qiymətləndirsədə, Azərpoçt qısa müddət anlayışını 1, 3 və ən çox 6 ay nəzərdə tutmuşdur (əməliyyat fəaliyyətinə uyğun olaraq). Bu kiçik dövr ilə bağlı qanunvericilikdə hər hansı bir konkret müddət nəzərdə tutulmadığından, Mərkəzi Bankın öz təşəbbüsü ilə protokolda qeyd etdiyi 2 il müddət əsassızdır. Bununla əlaqədar qeyd edək ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 4-cü maddəsinə əsasən normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Digər tərəfdən, qüvvədən düşmüş “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması Meyarlarına (xüsusi indikatorlar)” sənədin 2-ci maddəsi belə tövsiyyə xarakterli olmasını bildirir. Yəni meyarların imperativ olması qanunvericilkdə mövcud deyil. Hər bir maliyyə institutu öz fəaliyyətinə uyğun olaraq bəzi meyarları öz daxili qaydalarına əsasən qəbul edə bilər. Qeyd edək ki, hal-hazırda MMX və ya Mərkəzi bank tərəfindən meyarlara aid olan hər hansı bir metologiya dərc edilməyib. MMX və MB-nin metologiyasının Şəxs MMC-yə məxsus olması, ƏL/TMM Qanuna əsasən maliyyə instituna anlayışı olanlara şamil olunur. Həmin Qanunun 1.1.8-ci maddəsinə əsasən maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş‘əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər hesab olunur; Həmçinin protokolda qeyd edilir ki, Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2022- xx.xx.2024-cü il tarixlərində “asfalt işi” təyinatı ilə 24 sayda əməliyyat olmaqla 442 466 manat məbləğində vəsait 19 hüquqi şəxsə və “bələdiyyənin inzibati ərazisinin təmizi və abadlıq işləri” təyinatı ilə 14 sayda əməliyyat olmaqla 190 175 manat məbləğində vəsait 13 hüquqi şəxsə köçürülmüşdür. Həmçinin Xətai bələdiyyə tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində “inzibati ərazinin təmiri və abadlıq işləri” təyinatı ilə 29 sayda əməliyyat olmaqla 714 057 manat məbləğində vəsait köçürülmüşdür. Halbuki xidmət göstərən hüquqi şəxslərin aylıq əsaslarda tez-tez dəyişməsi, onların biznes fəaliyyətinə dair açıq informasiya mənbələrində məlumatın olmaması, nizamnamə kapitalının məbləğinin 5-20 manat olması və bu məbləğə münasibətdə dövlət qeydiyyatına alındığı tarixdən qısa müddət ərzində yüksək məbləğli vəsaitlər qəbul etməsi qeyri-adi və şübhəli haldır. Qeyd etmək istəyirik ki, ümumiyyətlə meyarlara əsasən aparılan araşdırmaların məqsədi ƏL/TMM Qanunun 11.2.1 və 11.2.2-ci maddələriən əsasən həyata keçirilir. Bələdiyyə orqanlarında aparılan əməliyyatların nəzarəti Ədliyyə Nazirliyi tərəfindən icra olunur. Bələdiyyələrə ayrılan vəsaitlər və onlar tərəfdən həyata keçirilən əməliyyatların həmin Qanunun 11.2.1 və 11.2.2 maddələrinə aid olması demək olar ki mümkün deyil. Bu səbəbdən bələdiyyələrə aid olan əməliyyatlar aşağı riskli hesab olunur və daha yüksək məbləğli əməliyyatlar baş verdiyi halda araşdırılır. Əlavə olaraq qeyd etmək istəyirik ki, Xətai bələdiyyəsi 2022-ci ilin sentyabr ayında tam olaraq araşdırılıb, hər hansı cinayət əsası aşkarlanmaması səbəbindən şübhəli hesab olunmayıb. Yoxlama aktında Xətai bələdiyyəsinə aid olan bənddə qeyd olunan: “Lakin Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli qərar ilə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasında aparılmış 500 000 AZN məbləğindən çox vəsaitin köçürülməsi əməliyyatları təhlil olunaraq şübhəlilik barədə məlumat MMX-yə ötürülsə də, təhlildən sonrakı xx.xx.2022- xx.xx.2024-cü il dövrləri ərzində aparılmış 29 sayda 714 057 AZN məbləğində köçürmə əməliyyatlarına münasibətdə davamlı monitorinq və təhlillər aparılmamış, sonrakı əməliyyatları barədə məlumat MMX-yə ötürülməmişdir.” ƏL/TMM Qanunun 11.2.1-ci maddəsinə əsasən əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar; ƏL/TMM Qanunun 11.2.2-ci maddəsinə əsasən isə əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar. Həmçinin tərtib edilmiş protokolda MUT Qaydalarının 2.1.1.8-ci bəndinin tələbi pozulması qeyd edilmişdir. Tərtib edilmiş protokolda ƏL/TMM Qanunun 4.2.2-ci maddəsinə görə iyirmi min manat məbləğində və ya daha artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limittçərçivəsində həyata keçirələcək bir neçə əməliyyat aiddir) öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. Bununla yanaşı protokolda qeyd edilir ki, Həmçinin MUT qaydaların 2.1.1.8-ci yarımbəndinə görə birdəfəlik əməliyyatları zamanı müştəridən əməliyyatın növü, təyinatı, istiqaməti və vəsaitin mənbəyi barədə məlumat əldə edilməlidir. Həmin qaydanın tələbinə əsasən birdəfəlik əməliyyatlar zamanı müştəridən əməliyyatın növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyi barədə məlumat əldə edilməlidir. Lakin Cəmiyyətin müştərisi X3 (AA1494480) tərəfindən xx.xx.2023-cü il tarixində sürətli pul köçürmə sistemi vasitəsilə icra edilmiş 62 000 AZN məbləğindəki əməliyyat zamanı müştəridən əməliyyatın növü, təyinatı, istiqaməti, vəsaitin mənbəyi barədə məlumatlar əldə edilməmişdir. (MÜDDƏTİ KEÇMİŞ). Eyni zamanda protokolda Cəmiyyətdə nağd valyuta mübadiləsi əməliyyatları (Cəmiyyət tərəfindən xarici valyutanın alışı) üzrə iyirmi min manat və ya ondan artıq məbləğdə xx.xx.2023-xx.xx.2024-cü il dövrü ərzində 140 sayda əməliyyat üzrə 4.9 mln AZN məbləğində vəsaitin mənbəyinin müəyyən edilməsi ilə bağlı tədbir görülmədiyi qeyd edilmişdir. Qeyd olunan pozuntu 14 əməliyyata münasibətdə tətbiq olunur. Qeyd olunan əməliyyat növü aşağı riskli hesab olunması və əlavə olaraq ölkənin maliyyə siyasətini nəzərə alaraq, valyuta mübadiləsinin alış əməliyyatları zamanı şəxsiyyət vəsiqəsindən əlavə olaraq hər hansı bir sənəd əldə olunmur. Yuxarıdakı qeyd edilənlərə əsən bildiriik ki, inzibati xətalar qanunvericiliyinə əsasən, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz.Bununla yanaşı əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Deməli məsələ ilə bağlı tərəfimizdən heç bir inzibati xətaya və digər qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq şahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1,3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsi əsasən İnzibati Xətalar Məcəlləsinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipini özündə ehtiva edən 6-cı maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 2-ci bəndinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin 8-ci maddənin 3-cü bəndində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin AR İXM-nin 76-cı maddəsinin 2-ci bəndi əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 16 noyabr tarixli Qərarında qeyd edilir ki, “Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul ediləfkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir”. Həmçinin həmin qərarda qeyd edilir ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Bununla yanaşı Plenumun qərarında qeyd edilir ki, qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. İXM-in 99-cu maddəsinin 3-cü bəndində qeyd edilir ki, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmçinin İXM-inin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan başlanılmış hesab edilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmçinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli orqanın həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməsini yoxlayır. Yuxarıdakı qeyd olunanlardan da görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbehin tətbiq edilməsi üçün sübut qismində çıxış etdiyindən maddi və prosessual normalara riayət edilməklə tərtib edilməli və məhkəməyə təqdim edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və kifayət qədər əsas olduqda Azərbaycaç Respublikasının Mərkəzi Bankı tərəfindən protokol tərtib etməli və məhkəməyə göndərməli idi. Lakin inzibati orqan bu hüququndan vaxtında istifadə etməmişdir.EP № ******* saylı protokoldan da görsənir ki, inzibati xəta aşkar edilən zaman, yəni xx.xx.2024-cü il tarixində və ya qanunla göstərilmiş müddət daxilində deyil, qeyd edilmiş müddətlər keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. Bununlada qanunvericilikdə nəzərdə tutulan müddətlər kobud şəkil də pozulmuşdur. Bu səbəbdən protokol prosessual normaların pozulması ilə verildiyindən inzibati tənbeh tətbiq etmək üçün sübut qismində çıxış edə bilməz. Əlavə olaraq qeyd edək ki, protokol materiallara əlavə edilib məhkəməyə göndərilmir. Materiallar protokola əlavə edilib məhkəməyə göndərilir. Protokolun özü qanunsuzdursa, məhkəmə protokolu yox, materialları əsas götüfüb şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, inzibati xəta haqqında protokola əsasən inzibati xətalar haqqında iş üzrə icraatın başlanmasını təsdiqləyən sənəd olmaqla, özündə işin həlli üçün zəruri olan məlumatları əks etdirməli və inzibati xətalar qanunvericiliyinin tələblərinə müvafiq qaydada və müddətdə tərtib edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, inzibati müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. AR İXM-in 31-ci maddəsinə əsasən hüquqi şəxslər barəşində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanlarla yanaşı məhkəmənin diqqətinə bir zəruri məsələni çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin barəsində İXM-nin 598.1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib etdiyi EP № ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib ‘edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin maddədə müddətin iş və ya qeyri-iş saatı olması ilə bağlı hal qeyd edilməmişdir. Göründüyü kimi xx.xx.2024-cü ildə tərtib edilmiş inzibati xəta haqqında protokol 48 saatadək (2 günə) deyil, təxminən 4 gündən sonra baxılması üçün məhkəməyə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12.xx.xx.2024-cü il tarixdə tərtib etdiyi EP № ******* saylı inzibati xəta haqqında protokolu 48 saatadək göndərmək hüququ olmuş, lakin, protokol 4 gündən sonra məhkəməyə göndərildiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı bu hüququ itirmişdir. Bu səbəbdən hesab edirlər ki, qeyd edilən əsasla xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EP № ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə də konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə, şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməlidir, protokol və əlavə edilmiş materiallar məhkəməyə göndərilməlidir və şəxs həmin protokol əsasında da inzibati məsuliyyətə cəlb edilə bilər. İXM-nin 8.1-ci maddəsinə əsasən şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olduğundan, lakin iş üzrə mövcud protokol İXM-nin tələblərinə uyğun olmadan tərtib edildiyi üçün, həmin protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz və etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının və İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə əsasən məhkəmə qanunsuz sübutu şəxsin əlehinə istifadə edə bilməz və bu qanunsuzluğu şəxsin ziyanına aradan qaldıra bilməz. Həmçinin inzibati xata haqqında iş üzrə icraat qanunsuz olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmışdır. Belə bir protokol əsasında, yəni qanunazidd əldə edilmiş həmin protokl əsasında inzibati tənbehvermə qərarı çıxarıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Beləliklə inzibati xəta haqqında protokola və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlirik ki, Şəxs MMC tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1,1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir İnzibati Xətalar Məcəllənin 53.1-cı maddəsinə görə, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olur ki, baxılan inzibati xəta haqqında iş üzrə ümumiyyətlə inzibati xəta hadisəsi mövcud deyildir və Şəxs MMC-nin əməlində də, heç bir inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən iş üzrə başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 -ci maddəsi üzrə tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli AR Mərkəzi BankınınŞəxs MMC-yə ünvanladığı məktubdan görünür ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə əsasən, monitorinq iştirakçıları tərəfindən monitorinq olunmalı (o cümlədən şübhəli) əməliyyatların aşkarlanması meyarları müəyyən edilməli, xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması üzrə mexanizm və qaydalar hazırlanmalı və tətbiq edilməlidir. Bununla bağlı nəzərinizə çatdırırıq ki, pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartları müəyyən edən Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən xx.xx.2020-ci il tarixində, virtual aktivlərə dair xüsusi indikatorlar (Sənəd) dərc edilmişdir. (http://www.fatf-qafi.orq/publications/fatfrecommendations/documents/Virtual- Assets-Red- Flaq-lndicators.html). Sənəddə qeyd olunur ki, virtual aktivlər maliyyə əməliyyatları inkişafının yüksək potensialına malikdir. Lakin onların, eyni zamanda anonimlik xüsusiyyətinə malik olması, cinayətkarları onlardan istifadəsinə cəlb edir və maliyyə qurumları tərəfindən şübhəli hallarının aşkar edilməsini çətinləşdirir. Maliyyə qurumları üçün şübhəli halların müəyyən edilməsinə köməklik göstərilməsi məqsədilə, FATF tərəfindən virtual aktivlərlə bağlı bir çox ölkələrin 100-dən çox PL/TM halları təhlil edilmiş və nəticədə bu Sənəd ictimaiyyətə açıqlanmışdır. Odur ki, yuxarıda qeyd olunan qanunvericilik tələblərinin səmərəli tətbiqi məqsədilə, Sənəddə göstərilən müvafiq indikatorların, təşkilatınızda monitorinq əməliyyatların aşkarlanması meyarlar siyahısına əlavə edilməsi, onlardan avtomatlaşdırılmış qaydada istifadə edilməsinə başlanması və əlavə edilmiş indikatorlar siyahısının 20 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi təşkilatınıza tapşırılmışdır. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti mümayəndəsi məhkəmə iclasında təqdim olunan səndlərdəki əməliyatlara münasibətdə təhlil və araşdırmanın aparıldığını, təhlil hesabatlarının tərtib edildiyini bildirilsə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən icra edilmiş qeyri-adi hesab olunan əməliyyatlar təhlil edilməmiş və araşdırılmamışdır. Belə ki, iş materiallarında olan protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 1907 sayda əməliyyat üzrə təhlil hesablarının təhlil edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 598.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə təqsirli bilinərək hər bir müştəriyə və əməliyyata görə 20000 (iyirmi min manat) cərimə edilsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsi nəzərə alınmaqla cəmi 50000 (əlli min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədova Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar