Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-120/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindəndən daxil olmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Səbail Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə tərtib olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, 01.05.1975cı il tarixdə anadan olmuş, Xaçmaz rayonu, Xuray kəndində yaşayan X4 barəsində 11 yanvar 2022-ci il tarixdə MN ******* nömrəli protokola baxaraq müəyyən edilmişdir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətindədir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 01.05.1975-cı il tarixdə anadan olmuş, Xaçmaz rayonu, Xurayn kəndində yaşayan X4 31 dekabr 2021-ci il tarixdə Şəxs vuraraq ona xəsarət yetirmişdir. Nəticədə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X5, inzibati protokolun məzmununa uyğun izahat verərək, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Şəxs heç bir xəsarət yetirməmiş, onun qulluğunda durmuşdur. Barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şəxs ifadəsində göstərmişdir ki, 31 dekabr 2021-ci il tarixdə X4 tərəfindən döyülmüşdür. X2 bağışlamadığını bildirərək, onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 yanvar 2022-ci il tarixli rəyinə əsasən Şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol xarici qulaq seyvanının və sol budun yuxarı 1/3-nin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni, 31.12.2021-ci il tarixdə kənar şəxs tərəfindən qulaq nahiyəsinə yumruqla vurduqadan sonra yıxılaraq sol budunun bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdilər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında iş materiallarını araşdıraq belə hesab edir ki, X4 31.12.2021-ci il tarixdə Şəxs ilə aralarında baş vermiş münaqişə zamanı sonuncunu döyərək, Şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Belə olan halda, X1 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi var və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunan əməlin inzibati tənbeh olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və normalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə bərəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi X1 barəsində Azərbaycan Respublikasıİnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibatı tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-120/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-120/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver