Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1204/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 29 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-261 /2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-261/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" MMC-nin xeyrinə 11 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə içraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak, bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, qərar və bildirişin surəti rəsmi şəkildə ona təqdim olunmuşdur. Lakin icra sənədinin icrası təmin olunmamışdır. xx.xx.2022-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş, xx.xx.2022-ci il tarixdə şöbəyə gələrək icra sənədini icra edəcəyinə dair iltizamı alınmış, lakin icra sənədinin icrası təmin olunmamışdır. İcra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində 20289/22 saylı axtarış işi açılmışdır. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Növbəti dəfə borcun ödənilməsi ilə bağlı borclu Şəxs izahat alınmış, verdiyi izahatında borc məbləğinindən hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, borcunun olduğunu bilir və borcunu ödəməkdən imtina etmir. Qlobalstar Azərbacan MMC-nin obyektində mebel ustası olaraq işləyirmiş, o zərərçəkmişdən borca pul alaraq mebel hazırlayıb satırmış, o, borcun müəyyən hissəsini mebel sataraq ödədiyini bildirmişdir. Sonra zərərçəkmiş obyekti bağlamış və işləyə bilmədiyi üçün borcu qaytara bilməmişdir. Ancaq o iş taparaq borcu bağlayacağını və bu göstərilənləri nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu, borclu tərəfindən icra sənədi icra edilmədiyi üçün onun müvafiq qaydada cəzalanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 261/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Qlobalstar Azərbacan MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Şəxsna tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, o, icra sənədini icra etməmiş və izahatında bildirmişdir ki, onun banka kredit borcu vardır, eləcə də, bütün məbləği ödəmək iqtidarında deyildir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1204/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1204/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver