Məhkəmə qərarları › İş №3(009)-1206/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1206/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1206/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin Yolnəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 332 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İş materiallarında olan 30.05.2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.05.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Wolsvagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Hökumət Evinin dayanacağından çıxaraq Puşkin küçəsi istiqamətində hərəkət edən zaman “xxxx” MMC-yə məxsus “Ravon” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332 və 332.4-cü maddələri maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məsələsinə baxılması həmin Məcəllənin 43-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (DİN) səlahiyyətlərinə aid olduğundan həmin hissədə baxılması üçün Azərbaycan Respublikası DİN Səbail RPİ-nin X4 İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən müvafiq inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru X2 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 27.05.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Wolsvagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Hökumət Evinin dayanacağından çıxaraq Puşkin küçəsi istiqamətində hərəkət edən zaman “xxxx” MMC-yə məxsus “Ravon” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurmuş və bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332 və 332.4-cü maddələri maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 27.05.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nişanlısına məxsus “Volksvagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Hökumət Evinin dayanacağından çıxaraq Puşkin küçəsi istiqamətində hərəkət edən zaman “xxxx” MMC-yə məxsus “Ravon” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurmuşdur. Bundan əlavə bildirmişdir ki, onun sürücülük vəsiqəsinin müddəti bitdiyindən və etibarnaməsi olmadan hadisə baş verən zaman o, avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Göstərilən halları, həmçinin hadisənin ehtiyyatsızlıqdan baş verməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru X2 tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Wolsvagen Passat” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Hökumət Evinin dayanacağından çıxaraq Puşkin küçəsi istiqamətində hərəkət edən zaman “Ravon” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair 27 may 2021-ci il tarixli, 2/11623 nömrəli protokola əsasən Şəxs ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, hadisənin ehtiyyatsızlıqdan baş verməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar