Məhkəmə qərarları › İş №3(009)-1208/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1208/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1208/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Kaddeh restoranının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu nizam intizama dəvət etsələr də nalayiq ifadələr işlətməkdə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən 01 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı və 01 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X8 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ÇPA-nın 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən Şəxs raport tərtib olunaraq bölməyə gətirilmişdir. Raportun məzmununda qeyd olunur ki, “Kaddeh” restoranının qarşısında vətəndaş Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələrlə restoran əməkdaşları ilə dava etmiş və çağırış əsasında gələn polis əməkdaşları şəxsi nizam intizama dəvət etmişlər. Bu zaman şəxs onların qanuni tələblərinə məhəl qoymamış , öz qanunsuz əməllərinə davam etmişdir. Proses davam etdiyi üçün onu 8-ci PB-nə dəvət etmişlər. Vətəndaş avtomobilə minməkdən imtina etdiyindən, məcburi fiziki güc tətbiq edərək 8-ci PB-nə gətirilmişdir. Araşdırmaya başlanılıb, sərxoşluğu müəyyən etmək üçün Sərxoşluğun təyini məntəqəsinə aparılan zaman şəxs polis əməkdaşını itələyərək qaçmışdır. O qaçmaq istəyərkən kənarda olan YPX avtomobilinə dəymiş və içkinin təsirindən ayaq üstə dura bilməyib yıxılmışdır. Dərhal müdaxilə edərək yerindən qalxıb qaçmağa cəhd göstərərkən, qolundan tutub intizama dəvət etmişlər. Bu zaman da o tabesizlik göstərmişdir. O ilk dəfə “Kaddeh” restoranının qarşısında X6 tabesizlik göstərmişdir. İkinci dəfə isə sərxoşluğun təyini məntəqəsinin qarşısında polis mayorunu itələyərək qaçmağa cəhd etmişdir. Bu iki halda polisin qanuni tələbinə qarşı tabesizlik göstərmişdir. Onların ünvanına nalayiq ifadələr söyləmiş, paqonlarını sökdürəcəyini bildirmişdir. Ona ailəsindən kiməsə xəbər vermək istədiyini soruşduqda, 17 yaşında uşaq olmadığını, kiməsə xəbər verməyə ehtiyac olmadığını bildirmişdir.TŞ və digər video görüntülərin əldə olunması üçün müraciət edilmişdir, əldə olunduqdan sonra materiallara əlavə olunacaqdır.Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o restoranda olarkən cibində 1000 dollar və 400 manat pul olmuşdur. Ola bilməz ki, hesabı ödəməsin. Hazırda isə cibində 1 manat belə pul yoxdur. Restoranın video görüntülərinə baxdıqda hesabı ödəmək üçün cibində kifayət qədər pul olduğu görülə bilər. Elə masaya əyləşən kimi 100 manatı xırdalayaraq ofisiantlara vermişdir. O restoran işçilərinə qarşı nalayiq ifadələr işlətməmişdir. Restoran işçiləri guya o hesabı vermir deyə ondan polisə şikayət etmişlər. Bölmədə ona vəkili ilə danışmaq üçün şərait yaradılmamışdır. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığından sağlamlığı ilə bağlı həkimə getməli olduğunu bildirsə də, bununla bağlı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 bildirmişdir ki, 20 manat cərimə olunan zaman belə hərkəs bununla bağlı video görüntüləri tələb edir. Hüquqlarını müdafiə etdiyi şəxsə qarşı İXM-nin ən ağır maddələri irəli sürülüb. Bu səbəbdən restoranda, bölmədə, dispanserdə olan video görüntülər təqdim olunmalı idi. Şahidlər tərəfsiz olmalıdır, lakin hazırda ittiham edici kimi çıxış etdilər. Onun qolunda xəsarət var, tərpədə bilmir, lakin həkimə aparmaq barədə tədbirlər görülməmişdir. Şəxs onların tabeliyi altındadır, o imtina etsə də, həkimə aparılmalı idi. Şəxs içkilidir, bəlkə pis vəziyyətdədir, bəlkə ölür. Şəxsin xəbəri və icazəsi olmadan çəkilmiş video material sübut sayıla bilməz. Kifayət qədər sübut olmadığından protokolun təmin edilməməsini xahiş etmişdir. Şəxs təqsirli sayıldığı təqdirdə isə onun ilk dəfə məsuliyyətə cəlb olunduğunun nəzərə alınmasını, cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində xidmətdə olan zaman bir nəfər şəxsin sərxoş olduğu, hesabı vermədiyi, restoran işçilərini təhqir etdiyi bildirilərək X14 əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Bildirilənə görə o restoranda 3 xanım və 1 bəy ilə birlikdə masada əyləşmişdir. Onlar arasında mübahisə olmuş, yanındakı dostu butulkanı götürüb onun başına vurmaq istəmişdir. Oğlan qızları götürüb getmiş, o tək qalmışdır. Hesabı istəyən zaman isə dalaşmağa başlamışdır. Şəxsə qarşı bölmədə çox yaxşı rəftar olunmuş, o özü şəxsən içkili olduğu üçün onu əyləşdirmişdir. Sərxoş olduğu üçün yıxılıb başının harasa dəyəcəyini nəzərə almışdır. Lakin o bölmənin iş fəaliyyətini pozmuş, onun ünvanına ağla gəlməyəcək söyüşlər söymüş, təhqir etmişdir. Bölməyə gələn zaman hər hansı xəsarəti olmamışdır. X4 qədər yol boyu onun ünvanına yenə təhqiredici sözlər demişdir. Mərkəzin qarşısına çatdıqda düşərək onu tutmaq üçün əlini uzatmış, lakin onu itələyərək qaçmağa çalışmışdır. Yola tərəf qaçarkən YPX avtomobilinə dəyərək yerə yıxılmışdır. Onu qolundan tutaraq həkimin qəbuluna aparmışlar. Həkimi gözləyərkən, həkim otağında da onu söyməyə davam etmişdir. Lakin o sərxoşluğun təyini üçün aparatı üfləməkdən imtina etmiş, bu barədə akt tərtib olunmuşdur. Bölməyə qayıtmaq üçün avtomobilə əyləşdikləri zaman da söyüşlərə davam etmişdir. Ayıldıqdan sonra söyüşlər dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 X11 polis nəfəri X1 bildirmişdir ki, xidmətdə olan zaman “Kaddeh” restoranında bir nəfər şəxsin hesabı ödəmədiyini, səs-küy saldığını bildirmişlər. Onlar gedən zaman şəxs tək olmuşdur. Raport tərtib edərək bölməyə dəvət etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı və 01 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Kaddeh restoranının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu intizama dəvət etsələr də nalayiq ifadələr işlətməkdə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan AZA000325 nömrəli, 01 avqust 2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 avqust 2022-ci il tarixdə saat 01:10 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, ictimai yerdə nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 avqust 2022-ci il, saat 01:10 tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar