Məhkəmə qərarları › İş №3(009)-1208/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1208/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1208/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun, Zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi Bakı şəhəri Universal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş 17 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-287/2023 saylı, 17 fevral 2023-cü il tarixli icra sənədinə əsasən 60.000 (altmış min) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu hüquqi şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə "Elektron icra" sistemi vasitəsi ilə borclu barəsində bir sıra sorğular edilmiş və bank hesablarının olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı müxtəlif tarixlərdə inkasso sərəncamları tərtib edilərək icra olunması üçün aidiyyatı üzrə banklara göndərilmişdir. Lakin borcluya məxsus olan bank hesablarında pul vəsaiti olmadığından inkasso sərəncamlarının icrasının təmin mümkün olmamışdır. Daha sonra borclu hüquqi şəxsin rəhbəri barəsində xx.xx.2024-cü il tarixdə borclunun məcburi qaydada şöbəyə gətirilməsi ilə bağlı təqdimatla tərtib edilmiş və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Sözügedən qərardad icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə aidiyyatı üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Şəki rayon Polis şöbəsinə göndərilmişdir. Borclu İnvestall” MMC-nin rəhbəri Şəxs xx.xx.2024-cü il tarixdə Şəki rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. O, şöbədən olarkən izahatı alınmış, izahatında icra sənədindən xəbərdar olduğunu bildirmiş, lakin vəsaitinin olmaması səbəbindən icra sənədi üzrə tələbi yerinə yetirmədiyini qeyd etmişdir. Həmçinin 2024-cü ilin iyun ayının axırına qədər icra sənədi üzrə tələbi tam şəkildə icra edəcəyini izahatında bildirmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlu, borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi Bakı şəhəri Universal Vəkil Bürosunun vəkili X2, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını və tələb olunaraq baxış keçirilmiş icra işini araşdıraraq belə qənəatə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3 və 32.2-ci maddələrinə əsasən, inzibati xəta törətmiş Şəxs himayəsində iki azyaşlı uşağının olması inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar