Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1213/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs Tapdıq qızının, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Cağlayan İsmayılın iştirakı ilə xx.xx.1970-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cağlayan İsmayılın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Cağlayan İsmayıl barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ******* nömrəli, xx.xx.2021 il tarixli icra sənədinə əsasən borclu Çallayan İsmaildən 3000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1312/2022-015 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İsmail Çağlayandan 3204 manat əsas, hüquqi yardıma görə 110 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Keçirilmiş məhkəmə tikinti- texniki ekspertizası xərcinin (ümumilikdə 200 manat) Zərərçəkmiş şəxs 60 manat, İsmail Çağlayandan 140 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********000208&501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAAZ22) ödənilməlidir. İcra sənədləri xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. Belə olan halda icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində xx.xx.2022-ci il tarixli “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş, Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda borclu barəsində axtarış elan edildiyi qeyd edilmişdir. Borclunun xx.xx.2023-cü il tarixli izahatında borc məbləğini bu gün üçün ödəyə bilməyəcəyini, lakin vaxt verilərsə ödəniş edəcəyini bildirmişdir.Həmçinin borclu Çağlayan İsmail tərəfindən icra sənədləri üzrə bugünədək heç bir ödəniş edilməmişdir.Nəticədə borclu Çağlayan İsmail AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq Cağlayan İsmayılın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cağlayan İsmayıl bildirmişdir ki, hazırda borcu ödəyə bilmir, lakin ona vaxt verilərsə hissə-hissə ödəyəcəkdir. Həmçinin borclu məhkəməyə iltizam təqdim edərək, məhkəmə qərarı üzrə borcu xx.xx.2023-cü il tarixədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs Tapdıq qızı məhkəməyə ərizə təqdim edərək, borclu İsmayıl Çağlayan ilə barışdığını, borclunun ona olan borcunu 1 ay ərzində ödəməyi öz öhdəsinə götürdüyünü nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Cağlayan İsmayılın barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraat rədd edilir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Cağlayan İsmayıl ilə tələbkar Zərərçəkmiş şəxs Tapdıq qızı barışdığından inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cağlayan İsmayıl barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-1213/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1213/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver