Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1215/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Yasamal Rayon Polis İdarəsinin TP ******* saylı, 08 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Yasamal Rayon Polis İdarəsinin TP ******* saylı, 08 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində DYPŞ Yol patrul xidməti ispektoru (özünü normal şəkildə təqdim etmədiyi və kağız daşıyıcıda protokol təqdim etmədiyi üçün rütbəsi və adı mənə məlum deyil) idarə etdiyim Toyota Prado markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və spirtli içki testindən keçməyimi tələb etmişdir. Özlərində olan aparatda nəticə əldə olunmadıqda tibbi müayinə mərkəzinə aparmışlar. Orada ondan öncə həkim otağına daxil olaraq nəsə danışdıqdan sonra məni otağa dəvət etmiş və həkim heç bir müayinə aparmadan sərxoş olduğunu bildirmişdir. Bundan sonra inzibati xətanın protokollaşdırılmasını və mənə tibbi müayinə aktının nüsxəsinin verilməsini tələb etsəm də qanuni tələblərimə məhəl qoyulmayaraq heç bir sənədləşmə aparılmadan avtomobilim cərimə meydançasına aparılmışdır. Bir neçə saatdan sonra özüm tibbi müayinə məntəqəsinə müraciət edərək müayinədən keçmiş, sərxoş olmadığımı sübut edən tibbi müayinə protokolu əldə etmişdir. Növbəti gün həmin sənədlə birgə heç bir problem olmadan gedib avtomobilimi cərimə meydançasından təhvil almışdır. Üstündən 9 gün keçəndən sonra Asan pay vasitəsi ilə daxil olan sms bildirişi vasitəsi ilə məlumat almış ki onun iştirakı olmadan, hüquqları ona izah edilmədən, qərar və digər sənədlər ona imzalatdırılmamış və ona verilməli olan nüsxələri ona verilməmiş barəsinə köhnə tarixlə AP ******* saylı kağız protokol tərtib edilərək xx.xx.2022 tarixdə elektron kabinetə yerləşdirilmişdir. Dəfələrlə tərtib edilmiş sənədlərin ona verilməsi üçün müraciət etsə də sənədlərlə yerində tanış olmama şərait yaradılsa da sənədlərin rəsmi qaydada verilməsidən imtina olunmuşdur. Sənədlərlə yerində tanış olan zaman müəyyən etmişəm ki, tibbi müayinə məntəqəsinə aparılmağıma baxmayaraq tibbi müayinə aktı yoxdur. Yalnız kimin və hansı şəraitdə üfürdüyü mənə məlum olmayan aparatdan kağız var. Həmçinin avtomobilin duracağa quyulması barədə protokol da sonradan tərtib edilmiş və mənə imzalatdırılmamışdır. Təəssüf ki çoxsaylı cəhdlərimə baxmayaraq həmin sənədlər mənə təqdim edilməmişdir. Yalnız xx.xx.2023 tarixli rəsmi müraciətimdən sonra xx.xx.2023 tarixli 3-13-53/2-Ə-1xx/xx/2023 saylı məktubla (yalnız prokokol və qərar) təqdim olunmuşdur. xx.xx.2023 tarixədək inzibatə xəta qərarsız qalmış və həmin tarixdə qərar qəbul edilmişdir. xx.xx.2023 tarixdə Yasamal rayon X9 Şöbəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Prosedura görə inzibati xəta haqqında protokol yerində elektron qaydada tərtib edilməli .e ən geci təyin olunmuş müddətdə elektron kabinetdə yerləşdirilməli idi. Həmçinin aşağıdaki tələblərə riayət olunmalı idi. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq cimasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin cəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sürücünü sərxoşluğu ilk olaraq xüsusi texniki vasite ilə yoxlanılmalıdır. Sürücü sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müeyyen etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi yer, tarix və vaxt; protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Nəqliyyat vasitəsini İdarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstermək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə heyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. DYPŞ Yol patrul xidməti ispektoru tərəfindən qərəzli şəkildə barəmdə sonradan köhnə tarixli AP0211972 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, həmin protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 329.3cü maddəsi ilə təqsirli bilinərək 400 manat (5 bal) məbləğində cərimə oiunmuşdur. Ona istinad olunan inzibati xətanı törətməmişdir. Yasamal rayon DYPŞ Polis Polkovnik X1 qanunsuz və əsassız olaraq barəsində AP0211972 saylı inzibati xəta haqqında protokol əsasında inizibati xəta haqqında iş üzrə TP ******* saylı xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. O, həmin qərarla razı deyil. Bu onun əldə etdiyi tibbi müayinə protokolu, sənədlərin köhnə tarixlə sonradan tərtib edilməsi, sənədlərin nataman olması, ona təqdim edilməkdən imtina edilməsi və heç bir görüntü əlavə edilə bilməməsi ilə sübut olunur. Hesab edir ki, hadisə yerinin kamera görüntüsü məhkəmə tərəfindən tələb olunmalı, kamera görüntülərinə baxılmalı, barəsində obyektiv qərar verilməli və iş üzrə icraata xitam verilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsaslanaraq və İXM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmədən, AP0211972 saylı inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında iş üzrə TP ******* saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Yasamal Rayon Polis İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Yasamal Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi və barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X5 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarında olan Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan, X5 xx.xx.2022-ci il tarixdə saat 03:05-də Toyota Land-Cruiser-Prado mikin markalı, 90BD711 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səs siqnallarından istifadə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.3-cü maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 2/29355 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 19 noyabr 2022-ci il tarixdə saat 08:05-də X5 ayıq olmuşdur. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Yasamal Rayon Polis İdarəsinin TP ******* saylı, 08 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Yasamal Rayon Polis İdarəsinin TP ******* saylı, 08 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1215/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1215/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver