Məhkəmə qərarları › İş №3(009)-1217/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1217/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1217/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 28 may 2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1951-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən MERCEDES BENZ E250 minik markalı, 004D041 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 20 may 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı X5 izahatında bildirmişdir ki, o, 2013-cü ildən BC kateqoriyalı sürücülük vəsiqəsilə avtomobil idarə edir.21.04.2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus idarə etdiyi Ford Connect markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomoibllə Səbail rayonu Yeni Salyan yolu ilə üzü mərkəz istiqamətinə 3-cü zolaqla saatda 70 km/saat sürətilə hərəkətdə olarkən Salyan yoluna birləşən 2-ci Salyan döngəsinə çatdığı zaman anidən onun istiqamətinə avtomobil çıxmış və onun idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə toqquşmuşdur.Zərbənin təsirindən avtomobillər öz zolağından çıxaraq X7 tərəf sürüşərək səkiyə dəyib dayanmışdır, onunla toqquşan avtomobil isə üzü Bibiheybət istiqamətinə dayanmışdır.Sonra o avtomobildən düşərək onunla toqquşmuş avtomobilə yaxınlaşmış və içəridə olan 2 nəfərin xəsarət aldığını görümüşdür.Bu zaman yoldan keçən təcili tibbi yardım hadisə yerinə yaxınlaşıb xəsarət alan şəxsləri müayinə edərək xəstəxanaya aparmışdır.O isə hadisə yerində polislərlə birlikdə gözləmişdir.Fladisə zamanı o heç bir xəsarət almamış, xəsarəti olmadığı üçün xəstəxanaya müraciət etməmişdir.Fladisə baş verərkən o təhlükəni hiss etməmiş, hadisə anidən baş verdiyi üçün qarşısı alınmaz olmuşdur. Onun hətta əyləci basmağa belə imkanı olmamışdır. Hadisə zamanı o avtomobildə tək olmuş, avtomobili saz vəziyyətdədir. Şəxs izahat verərək bildirmişdir ki, 21.04.2021-ci il tarixdə o yaşadığı evdən çıxaraq işə getmək üçün Rusiya Federasiyasının Azərbaycandaki səfirliyinə məxsus Mercedes markalı 004-D-041 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək işə getmişdir. Oradan Rusiya Federasiyasının ticarət nümayəndəliyin rəhbərini avtomobilə əyləşdirərək Flacıqabul şəhərinə getmək üçün üzü Bibiheybət istiqamətində hərəkət etmişdir.Onun müdiri həmin vaxt avtomobildə ön oturacaqda əyləşmişdir.O idarə etdiyi avtomobillə Bayraq meydanın yaxınlığını keçdikdən sonra Azpetrol yanacaq doldurma məntəqəsini keçdikdən sonra səhhəti ilə bağlı nə baş verdiyindən məlumatsız və xəbərsiz olmuşdur.O özünə gəldikdə xəstəxanada olduğunu bilmişdir.Onun xəstəxanaya niyə gəldiyindən heç bir məlumatı yoxdur. X4 izahatında bildirmişdir ki, 21.04.2021-ci il tarixdə sürücüsü Şəxs idarə etdiyi RF Azərbaycandakı səfirliyinə məxsus Mercedes markalı 004-D-041 dövlət qeydiyyat nişanlı avtomobillə onu yaşadığı ünvandan götürərək Rusiya Səfirliyinə gəlmişlər ki, cənab səfirlə birlikdə Hacıqabul şəhərinə iqtisadi zonaya görüşə getsinlər.Onlar təxminən 09:40 radələrində səfirlikdən çıxaraq üzü Hacıqabul istiqamətinə Bayraq meydanından keçən yolla hərəkətdə olmuşlar, həmin vaxt hər şey öz qaydasında olmuşdur.Təxminən Bayraq meydanını keçdikdən sonra Azpetrol yanacaq doldurma məntəqəsini keçdikdən sonra sürücü Aslanməlik idarə etdiyi avtomobili sola yəni Su İdmanı kompleksi istiqamətinə döndərmişdir ki, yeni yolla sağa dönərək Hacıqabu istiqamətində getsinlər.Həmin vaxt o avtomobildə ön oturacaqda əyləşmişdi, bu zaman o mobil telefonunda sənədlərə baxan zaman anidən onun olduğu avtomobilə sağ tərəfdən nəyinsə dəydiyini hiss etmiş və zərbənin təsirindən avtomobilin fırlanmış və fırlanan zaman avtomobilə arxadan yenədə zərbə dəymiş və avtomobil yararsız hala düşümüşdür.Salonda olan bütün hava yastıqları açılmış və avtomobil yolun hərəkət hissəsində üzü Bibiheybət istiqamətinə dayanmış və o bu zaman sürücüyə baxmış və onun hüşsuz vəziyyətdə olduğunu görüb onu silkələyərək oyatmaq istəmişdir.Lakin onu oyada bilməmişdi, bundan sonra qapını açaraq çölə çıxmış və hadisə yerinə toplaşmış insanlardan xahiş etmişdir ki, sürücünü avtomobildən çıxarsınlar, bundan sonra hadisə yerinə dərhal gəlmiş təcili yardım avtomobili hadisəni görüb saxlamış və ona ilkin tibbi yardım göstərmişlər.Daha sonra sürücünü avtomobildən çıxaraq huşunu özünə gətirdikdən sonra ikisinidə eyni təcili yardım avtomobili ilə 3-saylı şəhər xəstəxanasına aparmışlar.Orada onun başından aldığı xəsarətlə bağlı başının təpə nahiyyəsində cərrahi müdaxilə etmişlər və yaranı sarıdıqdan sonra ciddi bir xəsarəti olmadığı üçün öz razılığı ilə evə getmişdir.Lakin sürücü Aslanməlikin orada qalmasını bildirmişlər və onu palataya yerləşdirmişlər.Daha sonra R.Mirsaipov bildirmişdir ki, o hadisənin necə baş verməsindən heç bir xəbəri olmamışdır, çünki, həmin vaxt o telefonunda lazımı sənədlərə baxmışdır.O hadisə zamanı yalnış başının təpə nahiyyəsindən xəsarət almışdır, başqa heç bir yerindən xəsarət almamışdır.Aldığı xəsarətlə bağlı 3-saylı şəhər klinik xəstəxanasına müraciət etmişdir.Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur, hadisə tam olaraq ehtiyatsızlıq nəticəsində baş vermişdir.Həmin vaxt avtomobildə o və sürücü olmuşdur, başqa heç kim olmamışdır. Məhkəmə tibbi ekspertizanın 208 saylı 24.04.2021-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol təpə qabarı nahiyəsinin cərrahi tikişli əzilmiş yarası bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 21.04.2021-ci il tarixli avtomobil travması o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə tibbi ekspertizanın 232 saylı 05.05.2021-ci il tarixli rəyindən görünür ki, Şəxs almış olduğu xəsarətlər - baş-beyinin yüngül dərəcəli əzilməsi (travmatik subanooxnoidal qansızma) ilə müşayiət qapalı kəllə-beyin travması, sağ təpə nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.04.2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Yol-nəqliyyat hadisələrin məhkəmə ekspertizasının 8/920 16.05.2021-ci il tarixli rəyindən görünür ki, 1 A, 2A.Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes markalı 004-D-041 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, 21.04.2021 -ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Səbail rayonu Yeni Salyan yolunda sürücü Şəxs Rusiya Federasiyasına məxsus idarə etdiyi Mercedes markalı 004-D-041 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək üfüqi nişanlanma xəttlərini pozaraq sürücü X3 idarə etdiyi Ford Connect markalı 99-OZ- 039 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində sürücü Şəxs və onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X2 yüngül bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin (1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;) və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin (1.1—1.3 xətlərini kəsib keçmək qadağandır;) tələblərini pozmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bununla əlaqədar hazırki iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat dövlət hesabına ödənilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat dövlət hesabına ödənilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar