Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1219/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən KİA Ceed minik markalı, 99XY735 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə iş üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Qanunla müəyyən olunmuş qaydada əvvəlki məhkəmə iclasında iştirak etməklə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 protokolu müdafiə etdiyini bildirərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü vət. Şəxs oglu xx.xx.2022-ci il tarixdə saat 06.05 radələrində idarə etdiyi “Kia ceed minik” markalı **-XY- ***0 dövlət qeydiyyta nişanlı avtomobillə Bakı səhəri Səbail rayonu Z.Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində olan işıqforun qirmızı işıqında irəliləyərək sağ tərəfdən yəni Bülbül prospekti ilə üzü Neftçilər prospekti istiqamətində işıqforun yaşıl işıqında hərəkətdə olan sürücü vət. X1 idarə etdiyi “Toyota pirus minik”markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və sağ qabaq tərəfi Toyota markalı avtomobilin ön hissəsinə dəyib toqquşmuşdur və hər iki avtomobilin sürücüsü zərbədən idarə etməni itirmişlər yolun kənarına çıxaraq beton piltəyə dəyib əzilmişdir. Həmin hadisə zamani avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törənmiş və nəticədə “Toyota prius minik” markalı avtomobilin sürücüsünün bədəni üzərində xəsarət aşkar olunmamış, lakin müştəri qismində onun avtomobilində olan vət.Zərərçəkmiş şəxs Rafael oglunnun və “Kia ceed minik” markalı avtomobilin sürücüsü vət.Şəxs həmin vaxt almış olduqları xəsarətlər sağlamlığın qısa müddətdə pozulamsna səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddiriər. Belə olan halda “Kia ceed minik” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs oglu “X6” Azərbaycan Respublikasının Qanunun 60.1 -ci maddəsində nəzərdə tutulan Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi, yol iştirakçıları üçün məcburu olduğu halda o, buna əməl etməmiş, həmin maddənin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1219/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1219/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver