Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1220/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun, borclu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının hüquqşünası X1 və tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs barəsində Səbail Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 2055/2014 saylı, 06 may 2014-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 23.05.1997-ci il tarixli 591 saylı sərəncamı ilə Yasamal rayonu, Zərdabi prospektindəki 3165 saylı məhəllədə yerləşən “Məhsul” Koorperativinə ayrılmış 0, 0564 ha torpaq sahəsinin faktiki yerləşdiyi yer üzrə sərhədlərinin müəyyən edilməklə buna dair yeni ayrıc aktının verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri icra Hakimiyyətinə həvalə edilmişdir. MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-2055/2014 saylı 06.05.2014-cü il tarixli icra sənədinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 23.05.1997-ci tarixli 591 saylı sərəncamı ilə Yasamal rayonu, Zərdabi prospektindəki 3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0,0564 ha torpaq sahəsinin faktiki yerləşdiyi yer üzrə sərhədlərinin müəyyən edilməklə buna dair yeni ayrıc aktının verilməsi vəzifəsi borclu Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi 04.08.2014-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən şöbəyə 24 fevral 2015-ci il tarixdə daxil olmuş məktubda sözügedən ayrıc aktının tələbkar “Məhsul” Kooperativinə verildiyi bildirilmiş, bu səbəbdən tərəfimizdən 02 sentyabr 2015-ci ildə icraata xitam verilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuşdur. Kooperativin direktoru Ə.T.Cəfərli izahatında bildirmişdir ki, ayrıc aktı 0,0564 ha sahəyə deyil, 0,0504 ha sahəyə verildiyindən məhkəmə qərarı tam icra edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-(81)-541/2015 saylı, 09.10.2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, icra vərəqəsinin tam icra edilməsi üçün şöbəyə qaytarılması qət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 30.10.2018-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində İdarəetmənin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli, 226 nömrəli fərmanı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən qərarın icra olunması üçün aidiyyəti üzrə həmin idarəyə göndərildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01.10.2018-ci il tarixli 18/03-8/333 nömrəli məktubu ilə bildirilmişdir ki, “Məhsul” Kooperativinin nümayəndəsinin, Səbail rayon İcra şöbəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 3165-ci məhəlləyə baxış keçirilərək 0,0504 ha torpaq sahəsinə dair yeni ayrıc aktının tərtib edilməsi barədə razılıq əldə edilmişdir. Həmçinin sözügedən kooperativin hazırda istifadəsində olan 0,0504 ha torpaq sahəsinə dair tərtib olunmuş 28.01.2015-ci il tarixli 15/19 nömrəli ayrıc aktı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.02.2015-ci il tarixli 18/03-8/300 nömrəli məktubu ilə həmin kooperativin direktoru X3 təqdim edilmişdir. İcra sənədinin icrasında anlaşılmazlıq yarandığından 2-1(81)-2055/2014 saylı 06.05.2014-cü il tarixli qərara izah verilməsi məqsədi ilə 15.01.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə ərizə ilə müraciət olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 8-1 (81 )- 29/2019 saylı 28.02.2019-cu il tarixli qərardadına əsasən ərizə təmin olunmamışdır. Lakin, qərardadın əsaslandırma hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyələri haqqında” Əsasnamənin 4.16.4-cü bəndindən görünür ki, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının ümumi səlahiyyətindədir. Həmçinin yeni ayrıc aktının verilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edildiyindən, həmin icra sənədinin icra edilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğundan ərizə təmin edilməmişdir. Sözügedən qərardad məlumat üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilmiş lakin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsini icra edən Şəxs tərəfindən yenə də Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 saylı Fərmanı əsas gətirilərək icra sənədinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icra olunmalı olduğu qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs müxtəlif vaxtlarda eyni məzmunlu cavablar verərək icra sənədinin icrasından yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurov, borclu Bakı şəhər İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 borclu Bakı şəhər İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının hüquqşünası X4 protokola etiraz edərək, Şəxs qeyd olunan icra sənədinə aidiyyəti olmadığını, Şəxs Bakı şəhər İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri olduğunu, icra vərəqəsində müəyyən olunmuş vəzifənin onun vəzifə səlahiyyətlərinə aid olmadığını və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2055/2014 saylı, 06 may 2014-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti borclu kimi qeyd edilsə də, Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli, 597 saylı Fərmanına əsasən icra sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)- 2055/2014 saylı 06 may 2014-cü il tarixli icra sənədinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 23.05.1997-ci tarixli 591 saylı sərəncamı ilə Yasamal rayonu, Zərdabi prospektindəki 3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0,0564 ha torpaq sahəsinin faktiki yerləşdiyi yer üzrə sərhədlərinin müəyyən edilməklə buna dair yeni ayrıc aktının verilməsi vəzifəsi borclu Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədrinin 16 may 2011-ci il tarixli məktubundan görünür ki, Kooperativə məxsus olan torpaq sahəsi ilə “SUNNY-H” firması arasında yaranmış torpaq mübahisəsinin araşdırılaraq sərhədin dəqiqləşdirilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanan ərizə təqdim edilən sənədlər əsasında mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 may 1997-ci il tarixli 591 saylı sərəncamı ilə Bakı şəhəri 20 Yanvar meydanının yaxınlığında Respublika klinik xəstəxanasının qarşısındakı sahədə mövcud olan çayxana binası və onun istifadəsində olmuş ərazidən ümumilikdə 564 kvadrat metr torpaq sahəsi 15 dekabr 1997-ci il tarixli 97/381 saylı Ayrıc aktı ilə “Məhsul” kooperativinə təhkim edilmişdir. Sənədlər əsasında yerində araşdırma aparılan zaman o da məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı və Ayrıc aktı ilə “Məhsul” kooperativinə verilmiş həmin torpaq sahəsinin bir hissəsi (223 kv.m.) eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 1997-ci il tarixli 1389 saylı sərəncamı və 09 yanvar 1998-ci ü tarixli 98/84 saylı Ayrıc aktı ilə “SUNNY-H” firmasına verilmiş 1,04 hektar torpaq sahəsinin daxilində göstərilmişdir. Halbuki mübahisə araşdırılarkən təqdim olunmuş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 17 sentyabr 1999-cu il tarixli 933 saylı sərəncamı ilə əvvəlki 23 may 1997-ci il tarixli 591 saylı sərəncama istinad edilərək həmin 564 kvadrat metr torpaq sahəsi yenidən “Məhsul” kooperativinə təhkim olunmuşdur. Yerində əraziyə baxış və qlobal mövqe təyinetmə aləti vasitəsilə ölçmə zaman müəyyən edilmişdir ki, “Məhsul” kooperativinə ayrılmış 564 kvadrat metr torpaq sahəsinin 341 kvadrat metri hazırda mövcud tikintilərin (kafe-çayxananın) altında, qalan 223 kvadrat metri isə 20 Yanvar şəhidləri üçün ucaldılmış abidənin altında və “SUNNY-H” firmasının istifadəsindədir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının 12 mart 2021-ci il tarixli məktubundan görünür ki, 01 avqust 2018-ci il tarixinədək Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sözügedən məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə, “Məhsul” Kooperativinin nümayəndəsinin razılığı nəzərə alınmaqla 0.0504 ha torpaq sahəsinə dair 28.01.2015-ci il tarixli 15/19 nömrəli Ayrıc Aktı tərtib edilmiş və 13975 saylı inşaat işinə əlavə edilməsi üçün 18/03- 8/300 nömrəli 03.02.2015-ci il tarixli məktubla “Məhsul” Kooperativinə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 23.05.1997-ci il tarixli 591 nömrəli Sərəncamı ilə Yasamal rayonu, 3165-ci məhəllədə “20 Yanvar” meydanı, Zərdabi prospektinin başlanğıcında, Respublika xəstəxanasının qarşısında yerləşən mövcud çayxana “Məhsul” Kooperativinə təhkim olunmuşdur. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsinin 15 dekabr 1997-ci i! tarixli 97/381 nömrəli Ayrıc Aktı ilə torpaq sahəsinin ölçüsü 0,0564 ha müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Memarlı və Şəhərsalma Baş İdarəsi 28 yanvar 2015-ci il tarixli 15/19 nömrəli Ayrıc Aktı tərtib etdikdən sonra 15 dekabr 1997-ci il tarixli, 97/381 nömrəli Ayrıc Aktını ləğv etmişdir. Sözügedən torpaq sahəsinin ölçüləri Bakı Şəhər İcra Hakimiyyətinin 23 may 1997ci il tarixli 591 nömrəli Sərəncamı ilə deyil, tabelikdə olmuş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi hal-hazırda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeçiliyindədir. Göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs müraciətlərə cavablar verməsi hələ onun Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2055/2014 saylı, 06 may 2014-cü il tarixli icra sənədinin icra sənədinin icrasından yayınması demək deyildir və belə olan halda onun hazırki icra sənədinin törədilməsinə aidiyyəti müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər İcra Hakimiyyətinin Hüquq və Kadr məsələləri şöbəsinin müdiri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1220/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1220/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver