Məhkəmə qərarları › İş №3(009)-1221/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1221/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1221/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2, Qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 12 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsinin 12 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin əməkdaşı 23 fevral 2025-ci il tarixində saat 11 radələrində öz adına olan Chevrolet Cruz markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə saxlama əmri vermişdir. Yol polis əməkdaşı mənim avtomobilimə baxış keçirdərək mənə bildirdiki avtomobildə normativ tələb pozularaq Led işıq quraşdırmışdır. Bu halda bildirdirdi ki, narmativ tələb pozulmayıb bu avtomobillərdə işıq yayıcılar var və tənzimlənə bilir led işlıqlar o, avtomobildə naqil hissəsində heç bir dəyişiklik etməmiş, közəmə lampasını əvəz edərək led lampadan istifadə etmişdir. YPX əməkdaşı məni durcağa yerləşdirəcəyini bildirdi məndə Protokol tərtib etməyini xahiş etdi, lakin YPX əməkdaşı protokolun durcaqda veriləcəyini bildirdi. O, bununla razılaşıb durcağa getdi avtomobili yerləşdirdi, durcaqdan çıxdıqda isə YPX əməkdaşının avtomobili sürərək onun yanından uzaqlaşdı və o, heç bir protokol vermədi. Bu halda o, 102 qaynar xəttinə zəng vuraraq şikayət etdi. Bir neçə saat sonra YPX əməkdaşı yaxınlaşaraq ona protokolu verdi. O, protokoldan şikayət etdi, lakin Bakı Şəhər DYPİ ona yazılan protokolun düz olduğunu bildirdi. Hal hazırda protokoldan şikayət etməyinə baxmayaraq cərimə məbləğinin üzərinə dəbbə gəlir. Bakı Şəhəri X6 İdarəsinin TP ******* saylı qərarını ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 şikayəti müdafiə edərək, hərəkətində heç bir qanunazidd əməl olmadığını bildirmiş və bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 12 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayətin əsassız olduğunu bildirmiş, quraşdırılan led işığın avtoməqliyyat vasitəsilə uyğunluq təşkil etmədiyini bildirmiş və bu səbəbdən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli, TP ******* saylı qərarı ilə xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Cruze minik markalı 77FE169 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən, normativ tələb pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, X3 tərəfindən Chevrolet Cruze minik markalı 77FE169 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələb pozulmaqla avadanlığın dəyişdirilməsinə yol verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin tərəfindən haqlı olaraq X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsinin 12 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin 12 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar