Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1222/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş 28 aprel 2025-ci il tarixli 00100-01048/** EP ***4003 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın yanına AM17084/A7859B4 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixli **********3385 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 00/012/010582 nömrəli raporta əsasən "xxxx" MMC-nin AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın ünvanına AM17084/A7859B4 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və bosaldılması"-na dair çıxarışdan görünür ki, AM17084/A7859B4 nömrəli nəqliyyat vasitəsi ilə ‘‘KEMEX İNTERNATİONAL” MMC-nin AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nın ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 11:06-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İs üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC- nin AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Bakı Bas Gömrük idarəsində xx.xx.2024-cü il tarixli **********3385 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar AM17084/A7859B4 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 11:06-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair tərtib edilmiş **********1392 sorğu nömrəli qısa idxal bəyannaməsi “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən ən azı 1 (bir) saat əvvəl verilməli olduğu halda gec verilmişdir, yəni xx.xx.2024-cü il tarixdə saat 10:33 gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gömrük Məcəlləsinin 121.10-cu maddəsində göstərilmişdir ki, malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 protokolda qeyd edilənlərnən razı olmadığını, şirkətdə iş günü 5 gün olduğunu, müştəri tərəfindən sənədlər 5 gün ərzində təqdim edilməli idi, lakin bu müddətdə təqdim edilməmişdir. 6-cı gün həftə sonu olduğundan işci işdə olmamışdır. Buna baxmayaraq işci sənədləri işləmişdir. Nəqliyyat sərhədi keçmədən 33 dəqiqə öncə məlumat verilmişdir. Onların heç bir günahı olmamışdır. Sənədlər gec göndərildiyindən heç bir iş görə bilməmişdir. Bu da müştəri ilə “whatsapp” yazışmasında öz əksinin tapmışdır. Qeyd edilənləri nəzərə alıb inzibati xəta onların təqsiri üzündən baş vermədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndə məhkəmə iclasına gəlməmiş. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışılardan görünür ki, A7859B4 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC -nin ünvanına göndərilən mallar xx.xx.2025-ci tarixdə saat 11:51 radələrində “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-33-1100/012/010582 nömrəli raportuna əsasən, Şəxs MMC ünvanına A7859B4 nömrəli nəqliyyat vasitəsi ilə gələn yük “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Lakin qisa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli X7 Bakı Baş Gömrük İdarəsində verdiyi izahatda bildirmişdir ki, xx.xx.2024-cü il tarixli müqavilə əsasında həmin şirkətdən Azot turşusu yükü sifariş verilmişdir. Sifariş verilən Azot turşusu yükü Belarusiyada qeydiyyatda olan “PTUP AzotXimfortis” şirkətindən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilmişdir. Göndərilən Azot turşusu yükü ******* nömrəli xx.xx.2024-cü il tarixli yol nəqliyyat qaiməsi üzrə AM17084/A7859B4 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin yüklər Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə 948 saylı xx.xx.2024-cü il tarixli invoys(proforma invoys: 897 nömrəli xx.xx.2024-cü il tarixli) üzrə **********3385 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edilən yüklər ölkə ərazisinə daxil olmamışdan incə həmin mallara dair **********1392 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Bildirmişdir ki, həmin mallara dair müvafiq sənədlər ixracatçı tərəfindən mallar gömrük ərazisinə daxil olmamışdan bir neçə gün öncə ona göndərilmişdir və həmin sənədləri o, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də işləyən ömrük bəyannamələrini tərtib edən bəyannaməçiyə, yəni X6 Vatsap” tətbiqi vasitəsi ilə göndərmişdir Həmin bəyannaməçinin məsuliyyətsizliyinə görə **********1392 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına gec təqdim edilmişdir. Burada təqsir Şəxs MMC-dədir, çünki aramızda bağlanılan CCS/0051 nömrəli 18.01,2024-cü il tarixli müqavilə olmuşdur və həmin müqavilənin 3.2-ci bəndində gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyətin onların daşıyacağı da qeyd olunmuşdur. **********1392 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına gec təqdim edildiyindən həmin bəyannamə düzgün tərtib edilməmişdir. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli Şəxs MMC-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində işləmiş Azərbaycan Respublikasının vətəndaşı, “X9 Service” MMC-nin direktoru X4 da izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, “X9 Service” MMC- nin direktorudur. Direktoru olduğu MMC-nin əsas fəaliyyət istiqaməti bəyannamələrin tərtib olunması və logistica fəaliyətinin həyata keçirilməsindən ibarətdir. Bundan əvvəl mən Şəxs MMC-də xx.xx.2025-ci il tarixədək gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir və hal-hazırda Şəxs MMC-də işləmir. Şəxs MMC-də işlədiyi müddətdə əsas vəzifə səlahiyyətləri Şəxs MMC ilə müxtəlif idxalatcılar arasında bağlanılan müqavilə əsasında həmin idxalatçıları Şəxs MMC adından təmsil edərək idxalatçıların ünvanına idxal və va ixrac olunan mallara dair qısa idxal bəyannamələrinin və gömrük bəyannamələrinin tərtib edilərək gömrük orqanına təqdim etmək olmuşdur, işin mahiyyəti üzrə bildirmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanılan CCS/0051 nömrəli xx.xx.2024cü il tarixli müqavilə əsasında həmin filialın ünvanına göndərilən mallara dair qısa idxal bəyannamələrinin və gömrük bəyannamələrinin tərtib edilməsi “Tez Logistics" MMC-nin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. İs üzrə bildirmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına Belarusiyadan gətirilən mallara dair **********392 sorğu nömrəli qısa idxal bəyannaməsini və **********3385 sorğu nömrəli gömrük bəyannaməsini o tərtib edərək gömrük orqanına rəsmiləşdirmək üçün göndərmişdir. Bildirmişdir ki, həmin mallara dair müvafiq sənədlər ona “Vatsap" tətbiqi vasitəsi ilə həftənin şənbə günü göndərilmişdir və şənbə günü onun qeyri-iş günü olmuşdur. Həmin gün o Bakıda olmamışdır və bu barədə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının direktoru X5 məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs MMC-də həftənin 5 is günündə işləməsiylə bağlı əmək müqaviləsi də olmuşdur. Bildirmişdir ki, bazar günü texniki imkanı yarandığı üçün **********1392 sorğu nömrəli qısa idxal bəyannaməsini bazar günü tərtib etmişdir, çünki qısa idxal bəyannaməsinin gömrük orqanına gec təqdim edilməsinin məsuliyyət yaradacağını bilirmiş. Əlavə olaraq bildirmişdir ki, şənbə günü onun texniki imkanı olmadığından həmin günü qısa idxal bəyannaməsini tərtib edə bilməmişdir və bu barədə X5 məlumat vermişdir. Şənbə günü texniki imkanlarının olmaması barədə “Tez Loqistics" MMC-nin rəhbərinə heç bir məlumat verməmişdir. Əmək müqaviləsində həftənin 5 iş günü olduğu üçün düşünmüşdür ki, məlumat vermək məqsədəmüvafiq deyil. İş materiallarında olan 18 yanvar 2024-cü il CCS/0051 saylı xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, təmsilçi Şəxs MMC sifarişçi "xxxx" MMC ona təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır. İş materiallarında olan “votsap” yazışmasından görünür ki, 31 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi gömrüyə bəyan edilməsi üçün müvafiq sənədləri votsap vasitəsi ilə Şəxs MMC-nin nümayəndəsinə göndərmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materialları ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 76.1, 114-115, 117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1222/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1222/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver