Məhkəmə qərarları › İş №3(009)-1223/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1223/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1223/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin tərtib etdiyi məhz hansı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən şikayət verildiyi qeyri-müəyyən olduğundan, o cümlədən qərarın tarixi və nömrəsi göstərilmədiyindən şikayətona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin saylı inzibati tənbeh vermə haqqında qərarından MəmmədəlizadəVaqif Nazim oğlunun şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar