Məhkəmə qərarları › İş №3(009)-1227/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1227/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1227/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli 00100-0987/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “xxxx” MMC (VÖEN **********) Türkiyə Respublikasından Hasilatın Pay Bölgüsü sazişinə əsasən “Azəri-Çıraq” layihəsi çərçivəsində Azərbaycan Respublikasına imtiyazlı qaydada idxal etdiyi, zişin tələblərinə görə gömrük ödənişlərindən azad hesab edilən 50 ton Səudiyyə Ərəbistanı mənşəli “MEG, Monoethylene glycol” ticarət adlı kimyəvi maddəni 15 aprel 2021 -ci il tarixdə Bakı Baş Gömrük İdarəsində son istifadə xüsusi gömrük proseduru altında yerləşdirmək məqsədi ilə bəyan edərkən qabaqcadan gömrük orqanına imtiyaz əldə etmək üçün təqdim etdiyi müraciəti asasında verilən Azəri-01/14 nömrəli azadolma sertifikatında malın 1 ton vahidi üçün dəyəri 702 ABŞ dolları qeyd olunduğu halda, **********5229 sorğu nömrəli və **********5260 sorğu mrəli Gömrük bəyannamələri ilə malın bir ton vahinin dəyərini ABŞ dollarına münasibətdə 933,36 USD təşkil edən 765 EURO məbləğində bəyan etməklə, 15 aprel 2021-ci il tarixdə rəsmiləşdirmənin aparılması üçün ayrılmış idxalatçının yerləşdiyi ərazi üzrə gömrük orqanının fəaliyyət zonasında-Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14cü km ünvanda yerləşən inzibati binasında malların tələb olunan xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Həmçinin həmin protokolla müəyyən edilir ki, “Sahil” gömrük postunda 34/026/010346 nömrəli 19.04.2021-ci il tarixli raportun icrası ilə laqədar “xxxx” MMC şirkətinin (VÖEN********** ünvanına 13.04.2021-ci il tarixində 34RUC82/34VP8582 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********5229, **********5260 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan “MEG, Monoethylene glycol, 25 ton” adlı yükərin dəyər AZƏRİ-01/14 saylı azadolma sertifikatında 1 ton üçün 702 USD olduğu halda, invoys üzrə 1 ton üçün 765 EUR qeyd olunmuşdur. Araşdırma zamanı **********5229 sorğu nömrəli, **********5260 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilmiş malların gömrük qanunvericiliyinin tələblərin əuyğun olaraq 1 ton vahidinin rəsmiləşdirilməli olduğu dəyər ilə bağlı Təhqiqat şöbəsinə məlumat verilməsi üçün “Sahil” gömrük postuna 34/013/010587 nömrəli 21.04.2021-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya “Sahil” gömrük postundan 34/026/010777 nömrəli 23.04.2021-ci il tarixli cavab raportuna əsasən **********5229, **********5260 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malların gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 1 ton vahidini rəsmiləşdirilməli olduğu dəyər sözü gedən şirkətin Dövlət Gömrük Komitəsinə gətiriləcək mallara dair təqdim etdiyi sənədlərə əsasən DGK tərəfindən verilmiş AZƏRİ-01/14saylı azad olma sertifikatına uyğun olaraq 1 ton üçün 702 USD olmalıdır. Araşdırma zamanı “xxxx” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********5229 və **********5260 sorğu nömrəli 15.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 50 ton Səudiyyə Ərəbistanı mənşəli “MEG, Monoethylene glycol, 25 ton” ticarət adlı malın bir tonunun və ümumilikdə 14 aprel 2021-ci il tarixə orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkən əmtəəşünaslıq ekspertizası təyin edilərək tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqatların nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9/2867 nömrəli 21.05.2021-ci il tarixli ekspert arayışına əsasən internet saytlarında və Bakı şəhər ticarət şəbəkələrində “MEG, Monoethylene glycol, 25 ton” markalanma göstəricisi olan kimyəvi məhlulun qiymətinə dair məlumat olmadığından həmin məhlulun qiymətini müəyyən etmək mümkün olmadı. Materiala əlavə edilmiş “xxxx” MMC 19.12.2020-ci il tarixli 01 nömrəli müraciət məktubuna əsasən həmin Cəmiyyət “MonoethyleGlycol” (MEG) malını 225000 kq çəkisi 157 993,88 ABŞ dolları məbləğində ifadə edilməklə 2020-ci ilin dekabr ayından başlayaraq 12 ay ərzində bu malları idxal edəcəkdir. Bu isə malın 1ton vahidinin 702 ABŞ dollarına uyğun olduğunu göstərir. Materiala əlavə edilmiş HTA **********160 nömrəli 08.04.2021-ciiltari: HTA **********0161 nömrəli 08.04.2021-ci il tarixli invoys sənədlərindən görünür ki, “MEMonoethylene glycol” maddəsi 1 tonu 765 Euro dəyərində ifadə olunuşdur. Materiala əlavə edilmiş valyuta konvertasiyasına dair çıxarışına əsasən 765 EURO kursu 933,36 ABŞ dollarına uyğundur. Gömrük xidmətinin VAİS informasiya resursunda “idxal/ixrac sertifikatının qeydə alınması” bölməsindən çıxarışa əsasən “xxxx” MMC “Azəri-01/14” sertifikatı üzrə bu mala görə azadolma tətbiq edilir. Həmçinin həmin protokoldan müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, bazarda qiymətlər dəyişdiyinə görə ilkin müraciətdə olan qiymətin fərqli ola bilməsini göstərmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “xxxx” MMC (VÖEN **********) ünvanında 13.04.2021-ci il tarixində 34RUC82/34VP8582 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********5229 və **********5260 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan olunan “MEG,Monoethyylene qlycol, 25 ton” adlı yüklərin dəyəri AZƏRİ-01/14 saylı azadolma sertifikatında 1 ton üçün 702 USD olduğu halda, invoys üzrə 1 ton üçün 765 EVR qeyd olunmuşdur. İş materiallarında olan 15.04.2021-ci il tarixli **********5229 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “xxxx” MMC-nin (VÖEN **********) ünvanına Türkiyədən 25000,00 kq “MEG,Monoethyylene qlycol ölkə ərazisinə idxal edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 21 may 2021-ci il tarixli 9/2867 saylı ekspert rəyindən görünür ki, internet saytlarında və Bakı şəhər ticarət şəbəkələrində təqdim edilmiş “MEG,Monoethyylene qlycol markalanma göstəricisi olan kimyəvi məhlulun qiymətinə dair məlumat olmadığından həmin məhlunun qimətini müəyyən etmək mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (“xxxx” MMC) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar