Məhkəmə qərarları › İş №3(009)-1229/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1229/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1229/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail rayon İcra şöbəsinin icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs Maqsud oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, onun vəkili X1 iştirakları ilə, 23.12.1974-cü ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Səbail rayon polis idarəsinin inzibati binasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında Bakı şəhəri protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail rayon Məhkəməsinin 04.08.2020- ci il tarixli, 3(009)-1465/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli, 3(103)-1019/2021 saylı qərarı ilə Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 250/2019 nömrəli, 03.04.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar borcun hissə-hissə ödənilməsi barədə razılığıa gəlmişlər. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq, eləcə də koronavirus pandemiyasına görə işləmədiyini, icra sənədi üzrə borcunu barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. O, məhkəməyə yazılı iltiazm təqdim edərək 25 noyabr 2021-ci il tarixədək borc məbləğini tam ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs Maqsud oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcun hissə-hissə ödənilməsi barədə iltizamı ilə razı olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun vəkili X2 tələbkar və borclu arasnda borcun hissə-hissə 25.11.2021-ci il tarixədə tam ödənilməsi barədə razılıq olduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştiarkçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 nömrəli, 03.04.2019-cu il tarixli icra vərəqəsinə əsasən "SHCMAN SX3315DT326 yük" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təşkil edən 7360 manat pulun Şəxs alınaraq Zərərçəkmiş şəxs və X3 verilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsinə, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan sonra işə məhkəmədə baxıldığı vaxt barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcunun 25.11.2021-ci il tarixədə hissə-hissə ödəyəcəyi barədə iltiazm vermişdir. Tələbkar həmin iltizamla razılaşaraq borcun hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs koronavirus pandemiyasına görə işləmədiyini və qazanc əldə edə bilmədiyinidən borcunu ödyə bilməmiş, tərəflər hazırda borcun hissə-hissə 25.11.2021-ci il tarixədək hissə-hissə ödənilməsi barədə razılığıa gəlmişlər. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyrimüəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar